Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Zurqes
Zurqes— Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Zurnabad oyk., mür. Göygöl rayonunun eyniadı i.ə.v.-də kənd. Gəncəçayın sahilində, Kiçik Qafqaz dağlarının ətəyindədir. Oykonim qədim türk dillərindəki zurum (ordu) və abad (yer, ərazi, kənd) komponentlərindən düzəlib, "ordugah, ordu olan yer", "qarnizon" mənasındadır. Bu mənada oykonim Ordubad və Şahnabad toponimləri ilə sinonimlik təşkil edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996). Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən kürdlərdən ibarətdir.
Gürgən (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. == Həyatı == === Uşaqlığı === 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. === Sənətdə ilk illəri === Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı, Cavanşir qəzası – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). == Həyatı == Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurgen Arutyunyan
Qurgen Mixayloviç Arutyunyan (9 (22) iyun 1905, Yelizavetpol – 2 yanvar 1973, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957). == Həyatı == Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir. Qurgen Arutyunyan 1941-ci ildən Sov. İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943 Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957 "Şərəf nişanı" ordeni == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский.
Qurgen Dalibaltayan
Qurgen Harutyun oğlu Dalibaltayan (5 iyun 1926, Böyük Swift[d] – 1 sentyabr 2015, İrəvan) — erməni əsilli SSRİ və Ermənistan hərbiçisi, Ermənistan ordusunun yaradıcılarından biri, "qəhramanı", Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı, Ermənistan silahlı qüvvələrinin general-polkovniki. == Həyatı == Bu soyad "Dəlibaltayan", azərbaycanlılardan oğurladıqları yüzlərlə soyadlardan biridir. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən "dəli baltalar" ləqəbindən götürülüb. Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andranik Ozanyanın dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin etmişdir. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur. Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, XX əsrin 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada etmişdir. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Vəfatından sonra Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək.
Qurgen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Qurgen Melkumyan
Melkumyan Qurgen Allahverdiyeviç (7 noyabr 1915, Şuşa qəzası – 18 noyabr 2007, Xankəndi) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi == Həyatı == Qurgen Melkumyan 7 noyabr 1915-ci il tarixində Şuşa qəzasında kəndli ailəsində doğulmuşdur. Sov. İKP MK-nın 3 illik Ali Partiya Məktəbini bitirmişdir.
Qurgen Qabrielyan
Qurqen Qabrielyan (erm. Գուրգեն Արտեմի Գաբրիելյան; 11 iyun 1927, Xanyeri, Əsgəran rayonu[d] – 15 noyabr 2005, Xankəndi) — erməni şair və yazıçı. Qarabağdakı erməni separatizminin öncüllərindən. 1986-cı ildə Azərbaycan SSR-nın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Qurqen Qabrielyan 1927-ci ildə Xocalı rayonunun Xanyeri kəndində anadan olmuş, 2005-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1949-cu ildə ikiillik Xankəndi Pedoqoji İnstitunda təhsilini başa vurmuş, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya şöbəsində qiyabi oxumuşdur. 1940-1950-ci illərdə Xocalının Badara kənd məktəbində erməni dili və ədəbiyyatı müəllimi işləmişdir. 1950-1960-cı illərdə Xocalının Yemişcan kəndində müəllim fəaliyyətinə davam etmişdir. 1960-1963-cü illərdə, Xankəndi Xalq Yaradıcılıq Evinin direktoru, 1963-1966-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət Şöbəsinin direktoru, 1971-1974-cü illərdə Radio redaktoru, 1974-1976-cı illdər Xankəndidə Maksim Qorki adına Erməni dram Teatrının direktoru, 1978-1988-ci illərdə isə "Sovet Qarabağı" (rus.
Qurgen Tonunts
Qurgen Ovanesoviç Tonunts — erməni mənşəli sovet kinoaktyoru. == Həyatı == 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub. 1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (“Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri “Admiral Şeer”lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb. Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.
Qurgen Yanikyan
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili. == Həyatı == Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur. Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər" Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Qurqen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı, Cavanşir qəzası – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). == Həyatı == Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurqen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Qurqen Qabrielyan
Qurqen Qabrielyan (erm. Գուրգեն Արտեմի Գաբրիելյան; 11 iyun 1927, Xanyeri, Əsgəran rayonu[d] – 15 noyabr 2005, Xankəndi) — erməni şair və yazıçı. Qarabağdakı erməni separatizminin öncüllərindən. 1986-cı ildə Azərbaycan SSR-nın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Qurqen Qabrielyan 1927-ci ildə Xocalı rayonunun Xanyeri kəndində anadan olmuş, 2005-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1949-cu ildə ikiillik Xankəndi Pedoqoji İnstitunda təhsilini başa vurmuş, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya şöbəsində qiyabi oxumuşdur. 1940-1950-ci illərdə Xocalının Badara kənd məktəbində erməni dili və ədəbiyyatı müəllimi işləmişdir. 1950-1960-cı illərdə Xocalının Yemişcan kəndində müəllim fəaliyyətinə davam etmişdir. 1960-1963-cü illərdə, Xankəndi Xalq Yaradıcılıq Evinin direktoru, 1963-1966-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət Şöbəsinin direktoru, 1971-1974-cü illərdə Radio redaktoru, 1974-1976-cı illdər Xankəndidə Maksim Qorki adına Erməni dram Teatrının direktoru, 1978-1988-ci illərdə isə "Sovet Qarabağı" (rus.
Qürgen Yanıkyan
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili. == Həyatı == Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur. Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər" Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Qurgen Nersisyan
Qurgen Qarnikoviç Nersiyan (erm. Գուրգեն Գառնիկի Ներսիյան; 15 oktyabr 1985, Stepanakert) — Ermənistan siyasətçisi, 2021-2023-cü illərdə DQR-nin baş prokuroru, 22 fevral 2023-cü ildən avqust ayına qədər DQR-nin dövlət naziri. == Həyatı == Qurgen Nersisyan 14 oktyabr 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 2002-ci ildə Xankəndində Avetik İsaakyan adına 10 saylı məktəbi, 2007-ci ildə Xankəndi Universitetinin İqtisadiyyat-hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 2007-ci ildən DQR-nin prokurorluq sistemində işləmiş və Ağdərə rayon prokurorunun köməkçisi-stajyeri təyin edilmişdir. 2008–2009-cu illərdə Ağdərə rayon prokurorunun köməkçisi və həmin prokurorluğun prokuroru vəzifələrində çalışmışdır. 2009–2011-ci illərdə Xankəndi şəhər Prokurorluğunda prokuror vəzifəsində işləmişdir. 2011–2015-ci illərdə Baş Prokurorluğun Korrupsiyaya, əmlak və iqtisadi fəaliyyətə qarşı mübarizə idarəsinin prokuroru, 2019-cu ilə qədər isə böyük prokuror vəzifələrində çalışmışdır. 2019–2020-ci illərdə Baş Prokurorluqda prokuror vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayından hüquq müdafiəsi fəaliyyəti ilə məşğuldur.
Abbarik (Qürvə)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 486 nəfər yaşayır (116 ailə). Əhalisini kürdlər təşkil edir.
Abduabad (Qürvə)
Abduabad (fars. عبدل آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (26 ailə). Əhalisini kürdlər təşkil edir.
Acıçay (Qürvə)
Acıçay (fars. آجي چاي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Allahyarı (Qürvə)
Allahyarı (fars. الهياري‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminabad (Qürvə)
Aminabad (fars. امين آباد حياته بزرگ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 330 nəfər yaşayır (65 ailə). Əhalisini kürdlər təşkil edir.
Asifabad (Qürvə)
Asifabad (fars. آصف آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (44 ailə). Əhalisini kürdlər təşkil edir.