Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göy-Qal
Göy-Qal - türk və altay mifologiyasında bir təbiət layı. Eyni zamanda köhnə türk inancında bir ruh kateqoriyası. Kök-Qal (Gök-Kal), Gök-Kalığ və ya Kovak-Kalığ olaraq da deyilər. Əleyhdarı Yer-Sudur. Atmosferi və kosmosu, həmçinin buralarda olan qoruyucu ruhları ehtiva edər. Yakutcada və Dolqancada Qalan göy deməkdir. == Göy == Göy - yer üzünün xaricində qalan və hava kürə ilə kosmosu əhatə edən bölgə. Gök, (Kök, Kük, Göy) olaraq da deyilər. Monqollar "Tenger" deyərlər. Bəzən kosmos mənasında da istifadə edilər.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Qay
Qay (Orenburq vilayəti)
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aleksey Qay
Aleksey Anatolyeviç Qay (ukr. Олексій Анатолійович Гай; 6 noyabr 1982, Zaporojya ) — Ukrayna futbolçusu, Ukraynanın Olimpik Donetsk klubunun yarımmüdafiəçisi. O, 2002–2011-ci illərdə Ukrayna milli futbol komandasında oynamışdır. == Karyera == === Klub karyerası === Aleksey Qay Futbol üzrə Ukrayna çempionatında 136 oyun keçirmiş və 22 qol vurmuşdur. O, Futbol üzrə Ukrayna Kubokunda 27 oyun keçirmiş və 6 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 17 oyun keçirmişdir. Aleksey Qay 15 iyun 2013-cü ildə "Çyernomorest" FK ilə iki illik bir müqavilə imzalamışdır. Müqavilə 1 iyul tarixində qüvvəyə minmişdir. O, 10 nömrəli forma ilə çıxış etmişdir.Aleksey Qay 2015-ci ilin yanvar ayında Azərbaycanın "Qəbələ" FK ilə bir il yarımlıq müqavilə imzalamışdır. Buna əlavə olaraq, "Qəbələ" FK-nun yeni baş məşqçisi Qayın "Çyernomorest" FK-dakı keçmiş baş məşqçisi Roman Qriqorçuk təyin edilmişdir.Aleksey Qay Futbol üzrə Azərbaycan Çempionatında 51 oyun keçirmiş və 14 qol vurmuşdur.
Baddi Qay
Baddi Qay (ing. George «Buddy» Guy 30 iyul 1936 Letsvors, Luiziana, ABŞ) — amerikalı blüz musiqiçisi, Qremmi mükafatının beşqat sahibi. Rolling Stone jurnalının bütün zamanların ən yaxşı 100 gitaraçısı sırasında 30-cu yerin sahibi. == Bioqrafiya == Baddi Qay 30 iyul 1936-cı ildə fermer ailəsində doğulub. İlk gitarasını siqar qutularından və ağcaqanad əleyhinə olan gərmənc ipdən hazırlanmış tordan istifadə edərək düzəltmişdi. Radio və valları dinləyərək ifa etməyi özü öyrənmişdir. Yamsılamaq üçün ilk nümunələri arasında Con Li Huker, Laytninq Hopkins, Maddi Uoters yer alırdı. Hələ gənc ikən peşəkar səviyyədə çıxış etməyə başladı, amma sıxıntı, utancaqlıq və inamsızlıqdan kürəyi tamaşaçılara tərəf otururdu, bu keyfiyyətləri ona gələcəkdə də mane olacaqdı. == İlk illər == İlk val qeydlərini Luizana ştatında edib, amma əsl blyuzmen karyerası 25 sentyabr 1957-ci ildə Çikaqo ştatına köçməsi ilə başladı. Orada ifasını təsadüfən eşidən Maddi Uoters dərhal onu himayəsinə götürür.
Enola Gay
Enola Gay — İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir. İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır. 1980-ci illərdə bəzi veteranlar Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər.
Gay Times
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.. 1975-ci ildən bəri hər ay buraxılır. == Nəşr və məzmun == Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi). Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər. Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər.
Luzuinyalı Qay
Luzuinyalı Qay (1150 və ya təq. 1129 – 18 iyul 1194, Nikosiya, Nikosiya rayonu[d]) — Qüds krallığının kralı.
Qay (dastan)
Qay — Altay xalq ədəbiyyatında sinə və qırtlaqdan çıxarılan səslərlə oxunan dastan. == Xüsusiyyətləri == Altay türklerinde qəhrəmanlıq dastanlarına "qay" (qaylab) adı verilər. Dastan izahçısına da "qayçı" deyilir. Bu terminlərin törədiyi 'qay' sözü isə insanın sinəsindən çıxan səs deməkdir. Tuvaların Kömey (Hömey) (Monqol: Хөөмэй) adı verilən qırtlaq mahnılarını xatırladır. Dastan söyləmək də "qaylamaq" feliylə istifadə edilər. Qaylar iki min ilə səkkiz min misra arasında dəyişən mənzum əsərlərdir. Deyilmələri bəzən dörd, beş gün və ya bir həftə qədər sürər. Qayçılar xüsusilə; uzun ov gecələri, bayramlar, toylar və əyləncələrdə qay söyləyərlər. Altay qayçıları dastan danışarkən üz ifadələrini və davranışlarını da istifadə edərlər.
Qay (hüquqşünas)
Qay (lat. Gaius; təq. 120-ci illər, bilinmir – təq. 180, bilinmir) — qədim Roma hüquqşünası.
Qay (hərf)
𐕇 (səslənməsi /q/ və ya /χ/, transkripsiyası X̣, x̣) — Alban əlifbasının 24-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հայ (Hay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Qay" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "q" hərfinə çevrilmişdir.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster[d], İngiltərə krallığı), O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. == "Barıt sui-qəsdi" hadisəsi == Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.
Qay Hamilton
Qay Hamilton (ing. Guy Hamilton; d. 16 sentyabr 1922 – ö. 20 aprel 2016) — İngilis rejissor. == Həyatı == Qay Hamilton 93 yaşında vəfat edib. == Yaradıcılığı == Qay Hamilton “Ceyms Bond” çox seriyalı filminin 4 seriyasının rejissoru olub. O, bu seriyadan olan “Qızıl barmaq”, “Yaşa və qoy ölüm”, “Qızıl silahlı adam”, “Ölümsüz almazlar” filmlərini çəkib. Hamilton “Ceyms Bond” filmlərinin bəzilərində aktyor Roger Murla birlikdə çalışmışdı. Rejissorun son filmi 1989-cu ildə çəkdiyi “Try This One For Size” olub.
Qay Luzon
Qay Luzon — Standard Lyej komandasının baş məşqçisi == Həyatı == Qay Luzon 1975-ci ildə İsraildə anadan olub. 2001-ci ildən futbol məşqçisi kimi fəaliyyət göstərir. 4 mövsüm İsrailin Makkabi Petah-Tikva klubunun baş məşqçisi olub. Güclü komanda sayılmayan bu kluba ölkə çempionatının bürünc medallarını qazandırıb. 2007-ci ildə Hapoel Tel-Əviv klubunun baş məşqçisi postunu tutub. Lakin bu klubla uğur əldə edə bilmədiyinə görə istefaya göndərilib. 2008-2010-cu illərdə Bney Yehuda Tel-Əviv, 2010-2013-cü illərdə İsrailin 21 yaşlılardan ibarət millisini| çalışdırıb. 2013-cü ildən Belçikanın Standart Lyej klubunun baş məşqçisidir. Qay Luzon bir dəfə Makkabi Petah-Tikva, bir dəfə isə Hapoel Tel-Əviv klubu ilə UEFA kubokunda iştirak edib və komandalarını qrup mərhələsinə çıxarıb.
Qay Mari
Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) — Roma siyasi xadimi və sərkərdəsi. Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi. Siyasi hakimiyyətə nail olmaq üçün populyarlarla ittifaqa girmiş, e.ə. 100 ildə optimatların tərəfinə, e.ə.
Qay Mbenza
Qay Karel Mbenza Kamboleke (d. 1 aprel 2000) — Konqo Premyer Liqa təmsilçilərindən olan Patroneyc Sent-Anne klubunda və Konqo milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Konqo futbolçusudur. == Milli karyerası == Mbenza Konqo milli futbol komandasında debütünü 11 yanvar 2017-ci ildə Seneqal millisinə qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Sesayre Qandzeni əvəz etmişdir. Yoldaşlıq oyununda Konqo rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Qay Pirs
Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967) — ingilis əsilli avstraliyalı aktyor. O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxma və Təqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur. == Erkən illəri == Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub.
Qay Qrakx
Qay Qrakx, Qay Semproni Qrakx (lat. Gaius Sempronius Gracchus; təq. e.ə. 154, bilinmir – e.ə. 121, Roma) — islahatçı Qrakx qardaşlarından kiçiyi. == Bioqrafiyası == == Qay Qrakxın tribunatı == E.ə 123–122 illərdə Qədim Romada cəmiyyətin içtimai-siyasi strukturunu dəyişə biləcək bir sıra qanun layihələri ilə, Tiberi Semproni Qrakxın kiçik qardaşı, xalq tribunu Qay Semproni çıxış etdi. Qay Qrakxın qardaşından daha qəti niyyətləri vardı. Hər şeydən göründüyü kimi, o romalı siyasətçiləri içində, cəmiyyəti doğrudan da demokratikləşmək istəyən yeganə siyasətçi idi. Bu niyyət qardaşının qisasını, dövlətin idarəçiliyində ali vəzifələr tutanlardan almaq niyyəti ilə dramatikləşirdi. Bundan başqa Qay Qrakx, dövlətin yeni şəraitdə yaranan ağrılı problemlərini həll etməyə çalışırdı.
Qay Ritçi
Qay Stüart Ritçi, (ing. Guy Ritchie; 10 sentyabr 1968[…]) – britaniyalı kinorejissor, ssenarist və prodüser. Daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. 2002-ci ildə Ələ keçirilmişlər filminə görə ən pis rejissor nominasiyası üzrə "Qızıl moruq" mükafatına layiq görülmüşdür. == Həyatı == Baxmayaraq Ritçi özündə pis rayondan olan sadə oğlan obrazını görür, reallıqda heç də hər şey belə deyil. Ömrünün böyük əksəriyyətni valideynləri boşandıqdan sonra ögey atası ser Maykl Litonun on yeddinci əsrə məxsus malikanəsində keçirmişdir. Disleksiyadan əziyyət çəkən Ritçiyə vaxtını məktəbdə keçirmək dözülməz gəlirdi. O orta təhsili təsdiqləyən GCSE sertifikatını əldə etmək üçün ciddi cəhdlər göstərməli olur. "Buç Kessidi və Sandens Kid" filmini izlədikdən sonra Qay özü-özlüyündə gələcəyinin film istehsalı ilə bağlı olacağına dair qəti qərara gəlir. Lakin o heç də kinoməktəblərinə baş çəkmək haqqında düşünmür.
Lyudevit Qay
Lyudevit Qay (xorv. Ljudevit Gaj mac. Gáj Lajos;8 avqust 1809, Krаpinа – 20 aprel 1872[…], Zaqreb, Transleytaniya) — xorvat dilçi, siyasətçi, jurnalist və yazıçısı. O, panslavist İlliriya hərəkatının banislərindən biri olub. == Həyatı == === Mənşəyi === O, 1809-cu il avqustun 8-də Krapinada (daha sonra Xorvatiya krallığının, Varazdin qraflığı) anadan olub. Atası İohan Qay Macarıstan krallığından alman mühaciri, anası isə 1770-ci illərdə gələn alman mühacir qızı Yuliana ne Şmidt idi.Qaylər əslən Burqundiya, Hugenot əsilli idilər. Onlar XVI-XVII əsrlərdə Batizfalvaya (indiki Batizovce, Slovakiya) Macarıstan krallığına gəliblər. Sonradan onlar XVIII əsrdə Mariass de Markusfalva və Batizfalva ailələrinə təhkim olundular. Həmin ərazidə çoxlu etnik almanlar olduğu üçün Qaylər qısa zamanda assimlyasiyaya uğradı. Ljudevitin atası Markuşovce kəndinə köçür.Ljudevit orta məktəbi Varazdin, Zaqreb və Karlovacda bitirmiş, Vyana və Qratsda fəlsəfə (1828-ci ildə bitirmiş), Budapeştdə isə hüquq (1829-1831) üzrə təhsil almışdır.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Abismo Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.