Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Mamadan (Üşnəviyyə)
Mamadan (fars. مامدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
GameFan
"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı. == Tarixi == "GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır. O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır. Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir. == Qalmaqal == "GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır."GameFan" rəhbərliyinin rəsmi izahatında baş verən hadisə yaramaz bir işçinin jurnalın Yaponiyadan olan auditoriyanı və azarkeş bazasını özündən uzaqlaşdırmaq üçün jurnalı sabotaj etməsi ilə əlaqələndirilmişdir.
Gamışan
Gamışan (Bükan)
Gomaran
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Mamakan
Mamakan (Urmiya)
Mamalan
Mamalan (az.-əbcəd مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Maqadan
Maqadan — Rusiya Federasiyasında yerləşən şəhər, Maqadan vilayətinin mərkəzi.
Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. == Tarixi == Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. === Zəngəzur mis-molibden zavodu === Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ. Qaradağ vilayəti — İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən tarixi bölgə.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qayaxan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. == Karyerası == Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29-30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. == Ramazan ayının fəzilətləri və bərəkətləri == İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Gabaran (Urmiya)
Gabaran (fars. گباران‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər. yaşayır (38 ailə).