HARADAN

sual əvəz. Hansı yerdən? hayandan? hansı tərəfdən? Haradan gəlirsən? Haradan almısan? Haradan gəlmisənsə, oraya da getməlisən.
Onun əsli haradandır? – [Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına mehriban bir qadını haradan tapacaqdı? S.Hüseyn.
Bu çayların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. M.Hüseyn.

// Haradansa şəklində – hansı yerdənsə, hayandansa (naməlum, bəzən gözlənilməz bir şey haqqında). Haradansa uzaqdan güllə səsi eşidildi.
– …Haradansa əsib gələn … bir sazaq insanın iliyinə işləyirdi. M.İbrahimov.
Fəhlələr haradansa xörək tapıb gətirmişdilər. M.Hüseyn.

HARADA
HARALI
OBASTAN VİKİ
Haradan başlamalı (Hacı Şahin)
Haradan başlamalı — Hacı Şahinin ilk kitabı.Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır."Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib. == Məzmun == Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində, nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı?
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.

Digər lüğətlərdə

добыва́ющий наса́ливать отбе́льщица перева́лочный перепра́виться по-учёному пробесе́довать работорго́вля эллини́стка политотде́льский попа́сть по́д руку похи́тить сбалагу́рить эхолока́ция bio-aeration edgily glanders glass-oven lubricous particle senior банкнот изрешетиться пагода смарагдовый