Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Dandıq
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Dandıx
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Daniel
Daniel - kişi adı. Daniel Alves - Braziliya futbolçusu. Daniel Batti - peşəkar İngiltərə futbolçusu Daniel Bell - Harvard Universitetinin professoru Daniel Berli Vulfoll - FİFA prezidenti Daniel Brül - Almaniya aktyoru. Daniel Defo - İngilis yazıçısı. Daniel Dixes - ispan müğənni. Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Deniel Kaneman - iqtisadçı və psixoloq Daniel Karvaxal - İspaniya futbolçusu, Daniel Kiz - Amerika yazıçısı. Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Quisa - İspaniya futbolçusu Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı. Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi Daniel Muşitu - peşəkar İsveçli futbolçu Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu. Daniel Orteqa - Nikaraqua prezidenti.
Danone
Groupe Danone (Danone) — süd məhsulları və digər qida məhsulları istehsal edən tanınmış fransız şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir.
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. Danzik GEOnet Names Server-də.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Danae
Danaya bu mənaları ifadə edə bilər:
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Daniel Opritsa
Daniel Opritsa (10 avqust 1981) – Rumıniya futbolçusu. Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub. Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib.
Daniel Orteqa
Xose Daniel Orteqa Saavedra (isp. Jose Daniel Ortega Saavedra; 11 noyabr 1945[…], La Libertad[d], Çontales departamenti[d]) — 1985–1990-cı illərdə və 10 yanvar 2007-ci ildən Nikaraqua prezidenti. Kamilo və Umberto Orteqanın qardaşı. 2021-ci ilin noyabrında Daniel Orteqa Ali Seçki Şurasının açıqladığı ilk qismən rəsmi nəticələrə görə, 75% səslə dördüncü beş illik müddətə yenidən seçildi.
Daniel Orteqo
Xose Daniel Orteqa Saavedra (isp. Jose Daniel Ortega Saavedra; 11 noyabr 1945[…], La Libertad[d], Çontales departamenti[d]) — 1985–1990-cı illərdə və 10 yanvar 2007-ci ildən Nikaraqua prezidenti. Kamilo və Umberto Orteqanın qardaşı. 2021-ci ilin noyabrında Daniel Orteqa Ali Seçki Şurasının açıqladığı ilk qismən rəsmi nəticələrə görə, 75% səslə dördüncü beş illik müddətə yenidən seçildi.
Daniel Payps
Daniel Payps (ing. Daniel Pipes, 9 sentyabr 1949, Boston) — Amerikalı tarixçi, publisist, yazıçı və siyasi şərhçi, İslam və Yaxın Şərq münaqişəsi üzrə mütəxəssis . Harvard Universitetinin tarixçisi və Kremlinologiyaçı Riçard Payps və həyat yoldaşı İrenanın oğlu, Massaçusetsin Boston şəhərində 9 sentyabr 1949-cu ildə anadan olub, 1939-cu ildə Polşadan ABŞ-yə köçmüşdülər. 1967-ci ildə Harvard Universitetinə daxil oldu və 2 il riyaziyyat oxudu, sonra ixtisasını dəyişdirməyə qərar verdi və orta əsr İslam tarixi daxil olmaqla tarix öyrənməyə başladı. Vyetnam müharibəsinə qarşı solun nümayişlərini yersiz hesab etməsi ilə digər tələbələrdən seçilirdi . Üç il Misirdə olmaqla altı il xaricdə təhsil aldı. 1971-ci ildə bakalavr dərəcəsini, 1978-ci ildə isə fəlsəfə doktoru (Ph.D) almışdır . Çikaqo, Harvard Universitetində və ABŞ Hərbi Dənizçilik Kollecində dərs demişdir. O, eyni zamanda ABŞ hökumətində müxtəlif vəzifələrdə çalışmışdı, bunlardan ikisi də ABŞ Prezidenti Corc Buş tərəfindən təyin olundu: Beynəlxalq Elmlər Şurasının sədr müavini. Fulbrayt və Amerika Sülh İnstitutunun idarə heyətinin üzvüdür.
Daniel Quisa
Daniel Quisa (17 avqust 1980[…], Jerez de la Frontera, Əndəlüs) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.