Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Djezzy
Djezzy (ərəb. جازي‎) — Əlcəzairin əsas mobil şəbəkə operatoru, bazar payı 65%-dir və əhalinin 90% -ni əhatə edir. Djezzy Global Telecom Holding-in filialıdır. Əlcəzairin ikinci GSM lisenziyasını 11 iyul 2001-ci ildə 737 milyon dollara satın almışdır . 2002-ci il fevralın 15-də rəsmən istifadəyə verilmişdir.
Drezna
Drezna – Rusiyada şəhər. == Tarix == Drezna 1897-ci ildə əyirmə-toxuculuq fabriki yanında qəsəbə kimi quruldu. Dreznaya 1940-cı ildə şəhər statusu verildi. Şəhərin bütün qalan inkişafı və XX əsrin 90-cı illərinə qədər onun sakinlərinin həyatı Drezna əyirmə-toxuculuq fabriki ilə bağlı idi. Burada yerli sakinlərin əksəriyyəti işləyirdilər. Onların uşaqları fabrik vaxtı yanında peşə-texniki məktəbində (daha əvvəl FZU, fabrik-zavod məktəbi) oxuyurdular və öz işləyən valideynlərini əvəz edirdilər. Buradan isə Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedirdilər.
Yan Bjexva
Yan Bjexva (15 avqust 1898[…] – 2 iyul 1966, Varşava) — Polşa yazıçısı. Yan-Lesman 1898-ci ildə Ukraynada anadan olmuşdur. Onun atası yol üzrə mühəndis işləmişdir. O Ukraynada ğənclik illərini keçirmişdir. Bjexva onun təxəllüsüdür. Byexvanın tərcüməsi yəni bu sözün mənası "coxdanışan" "zarafatcıl" deməkdir. Sonradan o, 1958-ci ildə "Yetkinləşmək zamanı" povestini yazmışdır. Bu povestdə o, öz uşaqlıqlığı və tərcümeyi-halı haqqinda yazmışdır. Onun ilk şeiri 1915-ci ildə jurnalda çap olunmuşdur. Uşaqlar üçün 1938-ci ildə "İynə sap ilə rəqs edirdilər" 1939-cu ildə " Ördək- qəribə qadın" əsərlərini yazmışdır.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Prabhu Deva
Prabhu Deva (3 aprel 1973) — Hindistanlı aktyor, xoreoqraf, rejissor və prodüser Tamil, Teluqu və Hind dillərində film sənayesində iştirak edir. Atası Cənubi Hindistanlı xoreoqraf Muqur Sundar və qardaşları xoreoqraf Radju Sundaram və Naqendra Prasaddir. Prabhudeva ilk dəfə 1986-cı ildə Tamil filmi Mouna Ragamda "Panivizhum Iravu" mahnısı üçün musiqi salonunda ekrana çıxdı. Bir aktyor kimi, İndhu (1994) filmində debüt etdi. Melodrama "Dreams" ona Milli Film Mükafatını gətirdi. Prabhudeva Teluqu, Kannada, Hindi və Malayalam filmlərində oynadı. Və 2005-ci ildə ilk rejissorluq layihəsi "The Unspent Bride 2"ni nümayiş etdirdi. Bir il bundan əvvəl "Yağmur" filmində ən yaxşı xoreoqrafiya üzrə Nandi mükafatına, həmçinin Filmfare Awards və "Həyatın məqsədi" filmində xoreoqrafiya üzrə Milli Film Mükafatına layiq görülmüşdür. O, Ramlatha evləndi, sonra o adını Lathaya dəyişdirdi. Cütün üç oğlu vardı: böyük Vişal 2008-ci ildə xərçəngdən öldü.
Deva Şiqeto
Deva Şiqeto (藤井 較一, 出羽 重遠, 17 yanvar 1856, Ayzu[d], Fukuşima prefekturası – 27 yanvar 1930, Tokio[d]) – Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı döyüş diviziyasına və Dördüncü Donanmaya komandanlıq etmişdir. == Həyatı və karyerası == Deva Şiqeto 1856-cı ildə Yaponiyanın Ayzu hanında doğulmuşdur. 1878-ci ildə Donanma Akademiyasını 5-ci olaraq bitirmişdir. O, kiçik zabit kimi donanma heyətində vəzifə tutmuş, Birinci Çin-yapon müharibəsində ölkənin müdafiə qüvvələrindən olan Qərb Dənizləri Donanmasının zabiti kimi iştirak etmişdir. Növbəti illərdə gəmi və heyət komandanı olmuş, 1900-cü ildə kontr-admiral, 1904-cü ildə isə vitse-admiral rütbəsinə yüksəlmişdir. Rus-yapon müharibəsi zamanı Port-Artura hücumda iştirak etmiş, Sarı dəniz döyüşündə "Yakumo" krayserinin göyərtəsindən İkinci Donanmanın 3-cü Döyüş Diviziyasına komandanlıq etmişdir. Tsuşima döyüşündə dörd krayserdən ibarət olan eyni diviziyaya bu dəfə "Kasagi" kayserinin göyərtəsindən komandalıq etmişdir. 1904-cü ilin iyunun Dördücü Donanmanın komandanı təyin olunmuşdur. Müharibədən sonra 1907-ci ildə baron tituluna layiq görülmüş və 1912-ci ildə admiral rütbəsinə yüksəlmişdir.
Deva Kassel
Deva Kassel (fr. Deva Cassel) — Fransa-İtaliya modeli, media şəxsiyyəti və aktrisası. "Cartier" və "Dior" şirkətlərinin səfiridir. == İlk illəri == Deva Kassel Monika Beluççi və Vensan Kasselin qızıdır. Kassel 12 sentyabr 2004-cü ildə Romada doğuldu, lakin Paris və Rio-de-Janeyro şəhərlərində böyüdü. Səlis şəkildə fransız və italyan dillərinində danışa bilən Kasselin Leonie adında balaca bacısı var. Kassel 5 dildə danışa bilir. == Karyera == === Model === Cassel modellik debütünü 2021-ci ildə "Dolce & Gabbana"da etmişdir. Həmçinin 2021-ci ildə anası Monika Belluççi ilə birlikdə "Vogue Italia" jurnalının iyul ayı buraxılışının üz qabığında yer aldı. 2020-ci ildə "Dolce & Gabbana"nın qoxu kampaniyasında, 2022-ci ildə isə gözəllik kampaniyasında yer almışdır.