Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Dojdevoy adası
Dojdevoy adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Materikdən 1,5 km aralıda yerləşir və ondan Şlyopoçnı boğazı ilə ayrılır. Şimal qutaracağı ilə cənubu (Perekatnı burnu) arasında məsafə 3,2 km-dir. Şərqdən qərbə uzunluğu 3 km təşkil edir. Adanın ən hündür nöqtəsi 8 metrdir. Pyotr adaları qrupunun tərkibinə daxildir. Üzəri mamırla örtülmüşdür.
Holevo teoremi
Holevo teoremi - fizika və kompüter elmlərinin fənlərarası sahəsi olan kvant hesablamaları sahəsində mühüm məhdudlaşdırıcı teoremdir. Bəzən buna Holevo bağlı deyilir, çünki teorem kvant vəziyyəti (mövcud məlumat) haqqında öyrənilə bilən məlumatların miqdarına yuxarı hədd qoyur. Teorem 1973-cü ildə Alexander Semyonoviç Holevo tərəfindən nəşr edilmişdir. == Giriş məlumatı == Kvant informasiya nəzəriyyəsindəki digər anlayışlarda olduğu kimi, məsələnin mahiyyətini iki nəfər arasında ünsiyyət nümunəsi ilə başa düşmək daha asandır. Bizə Alice və Bob olsun. Alis klassik təsadüfi dəyişən X-ə malikdir və müvafiq ehtimallarla {1, 2, ..., n } dəyərlərini qəbul edə bilər. {𝑝1, 𝑝2, …, 𝑝𝑛}. Alice sıxlıq matrisi ilə təmsil olunan kvant vəziyyətini hazırlayır 𝜌𝑋, dəstdən seçilir {𝜌1, 𝜌2, … 𝜌𝑛}, və bu vəziyyəti Boba ötürür. Bobun məqsədi vəziyyətin ölçülməsi ilə həyata keçirilən X dəyərini tapmaqdır 𝜌𝑋 Y ilə işarələnən klassik nəticəni verən . Bu kontekstdə mövcud informasiyanın miqdarı, yəni Bobun X dəyişəni vasitəsilə əldə edə biləcəyi məlumatın miqdarı X və Y təsadüfi dəyişənləri arasında I ( X : Y ) qarşılıqlı məlumatın bütün mümkün olan maksimum dəyəridir.