Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən ABŞ dolları nəzərdə tutulur.. 1 dollar 100 sentə bərabərdir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. == Mədəniyyət == Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir.Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar.Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. == Yayılması == Ümumi əhalisi təxminən 2.2 milyondur. Əksəriyyəti Türkiyədə, Misirdə, İranda və İraqda yaşayır. Liviya, Tunis, Əlcəzair, Mərakeş, Sudan, İordaniya, Suriya və başqa Orta Şərq və Şimali Afrika ölkələrində daha kiçik həcmli dom icması mövcuddur.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. == Toponimi == Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Dehlan (Həştrud)
Dehlan (fars. دهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (28 ailə).
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dollar (ABŞ)
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. == Tarixi == == Baxış == ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Dollar (astana)
Dollar astanası (başq. ҡыҫыҡ) — Katun çayının Manjerok kəndi ərazisindən keçək hissəsində yerləşir. Çayın axdığı bu hissədə suyun dərin olmasına baxmayaraq astanalar böyük dalğalar əmələ gətirir. Astananın sahilində düşərgə və tualet olmasınsa baxmayaraq bunlar pulludur. Dəfələrlə astanada Rusiyanın fristayl üzrə kubok yarışları keçirilmişdir.
Dollar (dəqiqləşdirmə)
ValyutalarDollar
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ıda yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Mixai Pollak
Mixai Pollak və ya Maykl Pollak - (mac. Pollack Mihály, 30 avqust 1773, Vyana – 3 yanvar 1855[…], Peşt[d], Peşt medyesi) Avstriyada anadan olmuş macar memar. Onun məşhur işlərindən biri Macarıstan Milli Muzeyidir. == Həyatı == Mixai Pollak 1773-cü ildə Vyanada anadan olmuşdur. 1793-1794-cü illərdə o memar qardaşı ilə birgə Milanda yaşayır. 1798-ci ildə yenidən Budapeştə qayıdan Mixai 1808-ci ildə Şəhər Abadlaşdırma Komissiyasında mühüm bir rola sahib olur. 1810-1830-cu illərdə Mixai bir çox yaşayış binası, böyük saraylar və ictimai binaların layihələrini hazırlamışdır. Onun memarlıq üslubu ilə bağlı barokko ilə neoklassik üslub arasında bir yerdə olduğunu söyləmək olar. Mixai Pollak 1855-ci ildə Budapeştdə vəfat etmişdir.
Sıldıs Donqak
Sıldıs Donqak (tıva Сылдыс Баазаң оглу Доңгак, 13 sentyabr 1970, Tuva Xalq Respublikası ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı. O, həmçinin tacirliklə də məşğuldur. == Həyatı == 13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur. == Yaradıcılığı == Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir. "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir.
Toplak iyesi
Zöhhak Abbasov
Abbasov Zöhhak Yaqub oğlu (10 aprel 1939, Sarov, Qasım İsmayılov rayonu – 1 mart 2019) — Azərbaycan alimi, texnika elmləri doktoru (1989), professor (2012), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Zöhhak Abbasov 10 aprel 1939-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası Dağ mühəndis ixtisası üzrə bitirmişdi. == Əmək fəaliyyəti == Zöhhak Abbasov 1965-ci ilə qədər Xəzəryanı geoloji kəşfiyyat ekspedisiyasında (Qazaxıstan) operator, böyük geoloq, baş geoloq işləyib. 1965–1975-ci illərdə "Qaradağ-neft" NQÇİ nəzdində Elmi-tədqiqat istehsalat işləri sexinin elmi-tədqiqat laboratoriyasında mühəndisdən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir.Zöhhak Abbasov 1997-ci ildən ABŞ-nin Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Alim cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olmuş, 2000-ci ildən cəmiyyətin Azərbaycan bölməsinin vitse-prezidentidir. O, 1997–1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsini icra etmişdi. Eyni zamanda respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi. == Elmi fəaliyyəti == Zöhhak Abbasov 1969–1973-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aspirantı olub. 1973-cü ildə "Su-neft emulsiyalarının yaranma mexanizminin və onların fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Zöhhak qalası
Zöhhak qalası – İranın Şərqi Azərbaycan ostanında, Marağa – Miyanə yolunun kənarında yerləşən antik və erkən orta əsrlər dövrünə aid qala-şəhər. İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya dövrünə aiddir. Bu təpə e.ə. II – I minilliklərə aid olan məskən izlərini saxlamış çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. == Həyatı == Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. == Filmoqrafiya == Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
Vu Dohvan
Woo Do-hwan (12 iyul 1992, Anyan[d], Kyonqido) Cənubi Koreyalı aktyordur. O, daha çox "Save Me (2017)","Mad Dog (2017)", "Tempted (2018)", "My Country: The New Age (2019)" və "The King: Eternal Monarch (2020)"televiziya dramlarında oynadığı rollarla tanınıb. O, "The Divine Fury" (2019) filmində də rol alıb. == Erkən həyat və təhsil == Vu 12 iyul 1992-ci ildə Kyonqido əyalətinin Anyan şəhərində anadan olub. Dankook Universitetini performans və kino ixtisası üzrə bitirib. == Şəxsi həyatı == Vu məcburi hərbi xidmətinə 6 iyul 2020-ci ildə hərbi xidmətə çağırış kursunda şirkət komandiri stajçısı kimi altı həftəlik təlimdə iştirak edərək başladı. 1-ci Nəqliyyat Tədrisi Departamentini tələbə rəhbəri kimi bitirib. Vu Koreya Respublikası Müdafiə Nazirliyinin qaydalarına uyğun olaraq son məzuniyyətdən sonra hissəyə qayıtmadan 5 yanvar 2022-ci ildə hərbi xidmətdən tərxis olunub.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Dohuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dohuk eli
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dohuk mühafazası
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dolab (Xudabəndə)
Dolab (fars. دولاب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (19 ailə).
Dolan (Kəleybər)
Dolan (fars. دولان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (16 ailə).
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. == Yerləşməsi == Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.