Zöhhak qalası

Zöhhak qalası ya Narin qalaİranın Şərqi Azərbaycan ostanında, Həştrud, Həştəri və ya Sərəskənd şəhərinin 15 kilometrlığənd MarağaMiyanə yolunun kənarında yerləşən antik və erkən orta əsrlər dövrünə aid qala-şəhər.

Zöhhak qalası
Qala divarını bəzəmiş qabartmalardan biri, Azərbaycan muzeyi, Təbriz.
Xəritə
37°23′06″ şm. e. 47°10′02″ ş. u.HGYO
Ölkə  İran
Şəhər Marağa
Yerləşir Həştrud şəhristanı
Aidiyyatı Atropatena
Parfiya imperiyası
Tikilmə tarixi e.ə. IV – b.e. VI əsrləri
Zöhhak qalası (İran)
Zöhhak qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya dövrünə aiddir. Bu təpə e.ə. II – I minilliklərə aid olan məskən izlərini saxlamış çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir. Divarın daxili tərəfindəki binalar kompleksi böyük ərazidə yerləşmişdir ki, bu da tədqiqatçının fikrincə, kompleksin saray xarakteri daşıdığını təsdiqləyir.

Qaleye-Zöhhak qədim şəhər yerinin daha mühüm və yaxşı hifz edilmiş qurğusu pavilyondur. Pavilyon saray kompleksindən cənub-qərbdə yerləşir və həmin kompleksdən terrasla ayrılmışdır. Plan baxımından kvadrat təşkil edən (daxili ölçüləri 5,90x5,80 metr) pavilyon yonulmamış daşlardan olan özül üzərində yanı üstə qoyulmuş kərpiclərdən (32x32x6–33x33x6 santimetr) tikilmişdir. Tağları olan daxili binanın hündürlüyü 9,40 metrə (çəlləyin zirvəsinədək), pavilyonun ümumi hündürlüyü isə 12 metrə, eni 8,90 metrə çatır. Pavilyona girişin eni 2,50 metrdir və bu giriş şimal-şərq tərəfdə yerləşir. Cənub-qərb və şimal-qərb tərəflərdən pavilyon 4 metrdən artıq eni olan yarımdairəvi tağlarla çay vadisinə açılır. Cənub-şərq tərəfdən isə pavilyon bağlıdır və belə hesab edirlər ki, bu cəhət pavilyonun atəşpərəstlik məbədi və yaxud çahartaq kimi ibadət obyekti olduğu fikrini təkzib edir. Eyni zamanda pavilyonun çayın sıldırımlı sahilində, dərin dərənin qarşısındakı uca qayalığın üzərində yerləşməsi onun saray strukturunda görkəmli funksiyaya malik olduğunu göstərir.

Daxili və xarici tərəflərdən divarların üzərində, divar oyuqlarında, habelə tağların daxili səthində bəzi yerlərdə boya təsvirlərinin izləri olan suvaq qalmışdır. Həmin təsvirlər qadın başcıqlarının əks olunduğu kesson, meandr ornamenti, relyef şəklində verilmiş qıvrımşəkilli bəzək rəsmlərindən və s. ibarətdir. Pavilyon İranın, xüsusilə Əhəmənilər dövrünün tikinti ənənəsinə uyğun gələn üçpilləli merlonlara malik olan dişli məhəccərlə başa çatır.

Pavilyonun həm Ön Asiyanın, həm də Romanın memarlığı ilə bənzərliklərə malik olan memarlıq xüsusiyyətləri (Aşşurdakı və Kuhi-Xocadakı saraylar, binaların daxilindəki memarlıq detallarının profilləri, dekor və s.), habelə keramika fraqmentləri onu Parfiya dövrünə, daha dəqiqi eramızın I əsrinə aid etməyə imkan verir.