Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Surət Hüseynov
Surət və ya Sürət Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023, İstanbul) — Azərbaycanlı siyasətçi və sahibkar; Azərbaycan Respublikasının 4-cü baş-naziri, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1992–1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994). Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir. 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb. 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Transonik sürət
Transonik — Aerodinamikada səs sürətindən aşağı və yuxarı olan sürətləri (təxmini olaraq Mach 0.8–1.2) müəyyənləşdirmək məqsədilə istifadə edilən termindir. Həmçinin gövdəsi səs divarını keçə bilən, ancaq əslində səs sürətindən aşağı sürətdə uçmaq üçün yaradılmış olan təyyarələrə transonik təyyarələr deyilir. North American F-86 Sabre buna nümunə göstərilə bilər.
Turet sindromu
Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu, lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir. 1000 uşaq arasında 1–10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur.
Sürət zonası
Sürət zonası (ing. Speed Zone!) – 1989-cu ildə macəra-komediya janrında çəkilən filmdir. Digər adı "Top nüvəsi qaçışı 3" kimi səslənir. Yarışçılar yenidən "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər çoxlu ştatları qət etməlidilər. Şeyx isə yarışçıların hamısını zindana atmağa hazırdır... Top nüvəsi qaçışı Top nüvəsi qaçışı 2 Sürət zonası — Internet Movie Database saytında.
Turet-dü-Şato
Turet-dü-Şato (fr. Tourette-du-Château) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,74 km², əhalisi — 114 nəfərdir (2006) artım tendensiyası ilə: 119 nəfər (2012), əhalinin sıxlığı 12,2 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 117 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 119 nəfər.
Birinci kosmik sürət
Birinci kosmik sürət (rus. Первая космическая скорость) — obyektin cazibə təsiri altında, həmin obyektin ətrafında dairəvi orbit üzrə hərəkət edə bilməsi üçün lazım olan sürətdir. Yer kürəsi üçün təqribən saniyədə 8 kilometrdir. Bu halda cism obyektin süni peykinə çevriləcək.
Üçüncü kosmik sürət
Üçüncü kosmik sürət — Yer səthində yerləşən cismin Yer kürəsi və Günəşin cəbetmə qüvvəsini dəf etməsi üçün lazım olan sürət. Saniyədə təqribən 17 min kilometrdir.
İkinci kosmik sürət
İkinci kosmik sürət (rus. Вторая космическая скорость) — cismin cazibə qüvvəsindən kənara çıxmaq üçün lazım olan sürətdir və cisim nə qədər böyükdürsə, cisimdən azad olmaq üçün bir o qədər böyük sürət lazımdır. İkinci kosmik sürət saniyədə təqribən 11 kilometrdir. Bu sürətə çatmış raket Yerin cazibə qüvvəsini dəf edərək Günəş sistemində səyahət edə bilər.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Sürət həzzi (film, 2014)
Sürət həzzi (ing. Need for Speed) — eyniadlı məşhur video oyunun motivləri əsasında çəkilib. Tobi Marşal qanunsuz maşın yarışlarına həvəsi olan istedadlı avtomexanikdir. Ailəsinin emalatxanasını qoruyub saxlamaq üçün, Tobi “İndikar” yarışının keçmiş avtopilotu zəngin və ərköyün Dino Brüsteri öz şəriki edir. Tobinin işlərində nəyahət irəliləyiş baş verdikdə, şəriki Dino ona “badalaq gələrək” bütün planlarını alt-üst edir. Onu törətmədiyi cinayətdə ittiham edirlər. İllər keçir və qisas hissi ilə yaşayan Tobi azadlığa çıxır. Öz məqsədinə çatmaq üçün indi o mümkünsüz olanı etməlidir. Sübut etməlidir ki, ən sürətli superkarlarla keçirilən yarışda ən az təcrübəli sürücü belə, finiş xəttini birinci keçə bilər.
Sürət zonası (film, 1989)
Sürət zonası (ing. Speed Zone!) – 1989-cu ildə macəra-komediya janrında çəkilən filmdir. Digər adı "Top nüvəsi qaçışı 3" kimi səslənir. Yarışçılar yenidən "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər çoxlu ştatları qət etməlidilər. Şeyx isə yarışçıların hamısını zindana atmağa hazırdır... Top nüvəsi qaçışı Top nüvəsi qaçışı 2 Sürət zonası — Internet Movie Database saytında.
Sürət həddi (film, 2017)
Sürət həddi və ya Overdrayv (fr. Overdrive) — Rejissor Antonio Neqretin çəkdiyi fransız döyüş filmidir. Filmin süjet xətti maşın oğurluğu ilə məşğul olan iki macəraçı qardaşın Fransanın Marsel şəhərinə gəlməsi və burada böyük bir cinayətkar şəbəkənin qəddar lideri ilə görüşündən və bundan sonrakı hadisələrdən bəhs edir. Filmin baş rollarında Skut İstvud və Freddi Torp çəkilmişdirlər. Filmin Rusiyada premyerası 20 iyul 2017-ci ildə baş tutmuşdur. == Süjet xətti == Peşəkar şəkildə həyata keçirdikləri avtomobil oğurluqları ilə bütün Avropanın cinayət aləminə səs salmış Endru və Qarrett Foster qardaşları, Fransanın cənubundakı son oğurluqları zamanı işləri korlayırlar. Belə ki, mafiya başçısı Cakomo Moryerin Bugattisini oğurlamağa cəhd etdikləri zaman yaxalanırlar. Moryer, sağ qalmaları üçün onların qarşısına bir şərt qoyur — ən böyük rəqibi olan Maks Klempin çox dəyərli Ferrari 250 GTO markalı avtomobilini oğrulamalıdırlar və bunun üçün onların sadəcə olaraq 1 həftə vaxtları vardır. == Rollarda == Skott İstvud — Endru Foster Freddi Torp — Qarrett Foster Ana de Armas — Stefani Qaya Vays — Devin Klemens Şik — Maks Klemp Simon Abkaryan — Cakomo Moryer Musa Maaskri — Pənahi Kaaris — Frenk Filmdə Mettyu Qud, Aleks Pettifer, Qarrett Hedlund, Ceymi Bell, Ben Barns, Karl Urban, Sem Klaflin və Emiliya Klark da rol almışdırlar. == Tənqid və rəylər == The Hollywood Reporter bu filmi formal (şablon) və axmaq, lakin xoşbəxtlikdən tamamilə uzaq olmayan bir parodiya kimi qiymətləndirmişdir.
Debet
Dekret
Dekret (lat. decretum-qərar) — ali hakimiyyət orqanının hər hansı məsələyə dair qanuni qüvvəyə malik olan qərarı. Dekret termini ilk dəfə qədim Roma hüququnda istifadə edilmişdir.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Drüel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Aurey
Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir. Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır == İstinadlar == == Əlavə ədəbiyyat == Cohen. Description historique des monnaies frappé essous l’Empire Romain. Paris-London, 1859—1868 Cohen. Description générale des monnaies de la République Romaine Paris-London, 1857 Lenormant.