Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Dehşir (Xudabəndə)
Dehşir (fars. ده شير‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 618 nəfər yaşayır (130 ailə).
Dustin Clare
Dustin Clare (d. 2 yanvar 1982) — Logie mükafatı qazanan avstraliyalı aktyor. == Həyatı == Dustin Avstraliyada doğuldu və orada böyüdü. Əslən Ballina, Yeni Cənubi Uelslidir. O dramatik sənətlər bölümündən 2004-cü ildə məzun olmuşdur. 2006–2007-ci illərdə McLeod's Daughters serialının 48 bölümündə Riley Ward rolunu canlandırmışdır. Amma Dustini daha çox məşhurlaşdıran Spartacus: Gods of the Arena, Spartacus: Vengeance və Spartacus: War of the Damned seriallarındakı Qannikus rolu olmuşdur.
Dülmir (Sərdəşt)
Dülmir (fars. دول مير‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rekurrent düstur
Rekurrent düstur — ( a n ) {\displaystyle (a_{n})} ardıcıllığının ( p + 1 ) {\displaystyle (p+1)} -ci həddindən başlayaraq hər bir həddini əvvəlki hədlərin vasitəsilə ifadə edən a n = f ( a n − 1 , a n − 2 , . . . , a 1 ) , ( n ≥ p + 1 ) {\displaystyle a_{n}=f(a_{n-1},a_{n-2},...,a_{1}),(n\geq p+1)} şəklində düstur ( n ∈ N ) {\displaystyle (n\in N)} . Bu düsturun köməyi ilə, ardıcıllığın ilk p həddi verilibsə, onun bütün hədlərini tapmaq olar. Bu üsul çox məsələnin həlliüçün yarayır. Rekkurent düstur nümunə çevrə daxilinə çəkilmiş düzgün çoxbucaqlının tərəfləri ( a n ) {\displaystyle (a_{n})} sayını ( n ) {\displaystyle (n)} ikiqat artırdıqda onun tərəfinin ( a 2 n ) {\displaystyle (a_{2n})} dwsturudur: a 2 n = 2 R 2 − 2 R R 2 − a n 2 4 , ( n ∈ N ) {\displaystyle a_{2n}={\sqrt {2R^{2}-2R{\sqrt {R^{2}-{\frac {a_{n}^{2}}{4}}}}}},(n\in N)} Burada R {\displaystyle R} xaricə çəkilmiş çevrənin radiusudur. Əgər çevrənin daxilinə çəkilmiş düzgün çoxbucaqlının a n {\displaystyle a_{n}} tərəfi verilibsə, bu düsturun köməyi ilə həmin çevrənin daxilinə çəkilmiş və tərəflərinin sayı ikiqat çox olan düzgün çoxbucaqlının a 2 n {\displaystyle a_{2n}} t'r'fini tapmaq olar. Rekurrentlik latın dilində "geriyə qaçıram", "qayıdıram" deməkdir. Onda "rekurrent düstur" "qayıtma düsturu" deməkdir.
Raca Dahir
Raca Dahir (Sanskrit: राजा दाहिर) (Sind dilində: راجا ڏاھر‎), IAST: Rājā Dāhir; 663 – 712, Hind və ya Nəvabşah[d], Sind əyaləti) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür. Şahnamə Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Saqafi soyadlı bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi. Şahnamədə qeyd olunur ki, Bəsrə hakimi əl-xərac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər.
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.