Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nişasta
Nişasta — (rus. крахмал) bitki aləmində geniş yayılmış polisaxariddir. Məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidrat. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. Nişasta — tərkibi (C6H10O5)n formulu ilə ifadə olunan təbii polimerdir. nişastanın molekulları bir-birindən C6H10O5 elementar halqaların sayı və həmçinin quruluşu ilə fərqlənir. Nişasta xətti (amiloza) və şaxəli (amilopektin) quruluşlu molekullardan ibarətdir. amiloza bir neçə yüz, amilopektin isə bir neçə min C6H10O5 halqası saxlayır. Ona görə nişastanın molekul kütləsi bir neçə yüz mindən bir neçə milyona çatır. Nişasta kartofda (22%-dək), buğdada (72%-ə yaxın), düyüdə (86%-ə yaxın) və bitki köklərində yığılır.
Krepin Diatta
Krepin Diatta (25 fevral 1999-cu ildə anadan olub) — Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqallı futbolçudur. == Karyerası == === Klub === 26 fevral 2017-ci ildə Diatta Norveç təmsilçilərindən olan Sarpsburq 08 klubu ilə dörd illik müqavilə imzalamışdır. 3 yanvar 2018-ci ildə Diatta Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubu ilə dörd üstəgəl bir illik müqavilə imzalamışdır.