Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Zəka
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Əkka
Əkka (ivr. ‏עכו‏‎, ərəb. عكا‎), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. == Tarixi == Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi.
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
Əzna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi. Bu şəhərin binasın gürcülər qoyublar. Azna sözünün kökü gürcüdür və aznauri sözündən alınıb.
Ahura Məzda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Mezdra burnu
Mezdra burnu (bolq. нос Мездра, ‘Nos Mezdra’ \'nos 'mez-dra\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur.Burun şimal-şərqi Bolqarıstanda yerləşən Mezdra şəhərinin adını daşıyır. == Yerləşməsi == Timblon burnundan 1.41 km cənub-qərbdə, İrnik burnundan 1.91 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Normativ etika
Normativ etika — fəlsəfi intizam, mövcud əxlaq normalarını, əxlaqi təlimləri öyrənən etika bölməsidir. Nəzəri etikanın bir hissəsi - normalar elmidir. Normativ etikaya iki baxımdan baxıla bilər: idrak və qeyri-idrak. Eyni zamanda, qeyri-idrakçı bir mövqe baxımından normativ etika əxlaqi şüurun bir elementi kimi qiymətləndirilir və təsvir etikası əxlaq haqqında bilik olaraq buna qarşı çıxır. Koqnitiv baxımdan normativ etika əxlaqdan fərqlənmir və beləliklə, öz araşdırma obyekti olduğundan nizam və əxlaq haqqında biliklər qarışıqdır. Bəzi müasir idrak alimləri norma etikasının elmi nəzəriyyə kimi qəbul edilməməsi lazım olduğunu iddia edirlər, çünki onun mövzusu ciddi şəkildə ümumiləşdirilməyib sistemləşdirilə bilməz. == Normativ etika sahələri == Hər hansı bir rasionalistik əxlaq normativ etikanın, o cümlədən tətbiq olunan etikanın və konkret mənəvi təlimlərin sahələrindən biri sayıla bilər. === Tarixi istiqamətlər === ==== Stoaçılıq ==== Erkən ellinizm dövründə meydana gələn və qədim dünyanın sonuna qədər təsirini qoruyan bir fəlsəfi məktəb. Məktəb adını Stoa Poykile (yun. στοά ποικίλη, hərfən «boyalı portiko»), adından almışdır, burada stoaçılığın banisi olan Zenon Kitiyski əvvəlcə müstəqil müəllim kimi fəaliyyət göstərmişdir.
Osamu Tezuka
Osamu Tezuka (yap. 手塚 治虫 3 noyabr 1928[…] – 9 fevral 1989[…]) — yapon Manqaka sənətçisi. Osaka şəhərində anadan olmuşdur. Ən çox Astro Boy və Kimba the White Lion adlı çalışmaları ilə məşhurdur. Əsasən Animenin atası olaraq bilinir və "yapon Volt Disney" kimi tanınır.
Regina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. == Həyatı == Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. == Həyatı == Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Satoşi Tezuka
Satoşi Tezuka (d. 4 sentyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Takako Tezuka
Takako Tezuka (d. 6 noyabr 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 41 oyun keçirib, 19 qol vurub.
Tibbi etika
Tibbi etika — tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.
Əndika şəhristanı
Əndika şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qala Xoca şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,430 nəfər və 8,708 ailədən ibarət idi.
Erika Benks
Erika Benks (ing. Erica Banks; 5 oktyabr 1998) — amerikalı repçi.
Etika normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etika qaydaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
EOKA-B
EOKA-B ilk dəfə Makariosun 19 iyul 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında etdiyi çıxışlarda istifadə etdiyi terror təşkilatı tərifidir. Kipr adasında qurulan EOKA 1970-ci ilə qədər ingilislərə, kommunistlərə və Kipr türklərinə qarşı (kütləvi məzarlıqlar, insan qırğınları kimi) fəaliyyətlərdə iştirak etmişdi. Lakin 1971-ci ildə Yunan Hərbi Xuntasının lideri Dimitri İonidas, Kipr türklərinin məhv edilməsi üçün Makarios idarəçiliyinin üsullarını kafi görməyib və EOKA-nı yenidən aktivləşdirmək üçün təşkilata pul və silah bağışlamağa başlayıb. Makarios Nikos Sampsonun rəhbərliyi ilə dövlət çevrilişinə səbəb olan bu hərəkətlər dövrünü onun əvvəllər təsdiq etdiyi terror aktları dövründən ayırmaq üçün EOKA-B terminindən istifadə edib.
Edda Művek
Edda Művek — Macarıstan rok qrupu. == Tarixi == József Halász "Edda Művek" qrupunu 1973-cı ildə Miskolc. "Edda Művek" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. == Heyət == Attila Pataky – vokal István Alapi – solo gitara László Kicska – bass gitara Zsolt Gömöry – klaviatura alətləri Zoltán Hetényi – zərb aləti == Diskoqrafiya == === Studiya albomları === 1980 – Edda Művek 1. 1981 – Edda Művek 2. 1983 – Edda Művek 3. 1986 – Edda Művek 6. 1988 – Változó idők 1988 – Pataky-Slamovits 1989 – Szaga van! 1990 – Győzni fogunk 1991 – Szélvihar 1992 – Edda Művek 13. 1993 – Elveszett illúziók 1994 – Sziklaszív 1997 – Edda 20.
Emosional zəka
Emosional zəka (ing. Emotional intelligence) — Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, yəni uyumudur. Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Zəka və ağıl çox geniş və mücərrəd məfhumlardır. == Tarixi == Hər şey 2000 il bundan əvvəl Platonun "Hər tip öyrənmənin emosional bir təməli vardır" sözü ilə başladı. O gündən bəri alimlər, filosoflar, hətta müəllimlər hisslərin necə vacib olduğunu sübut etmək və ya bunun tam mənada nə olduğunu aydınlaşdırmaq üçün müntəzəm şəkildə araşdırmalar aparırlar. Təəssüf ki, çoxlarının gəldiyi nəticə bu idi : " Hisslərimiz yolumuza maneçilik törədir. Bizim düzgün qərar verməyimizə və fokuslanmağımıza izin vermir." Son 300 ildir isə, artan saysız araşdırmalar bunun əksini isbat edir.