ƏZİK-ƏZİK

zərf
1. Tamamilə əzilmiş halda.
□ Əzik-əzik eləmək (etmək)1) tamamilə, hər yerini əzmək. Uşaqlar meyvələri əzik-əzik etdilər;
2) sındırmaq, parça-parça etmək. Maşının çarxları yeşiyi əzik-əzik etdi.
Əzik-əzik olmaq1) tamamilə əzilmək. Əzik-əzik olmuş meyvə;
2) sınmaq, parça-parça olmaq.
Xırdavat [zənbilləri], əl arabaları dəmir təkərlər altında əzik-əzik oldu. Mir Cəlal.

// Sif. mənasında. Əzik-əzik paltarlar.
2. dan. Özünü əzə-əzə, naz-qəmzə ilə, özünü utanan kimi göstərə-göstərə. Əzikəzik danışmaq.
ƏZİK
ƏZİK-ÜZÜK

Digər lüğətlərdə

анималисти́ческий пеклева́ть преодолева́ть прохо́жая риско́ванность гарнизо́нный ева́нгельский жердево́й зно́йно мучи́тельно на зака́з подсократи́ть подчеркну́ть прове́тривание топотня́ черво́вый братан жесткий саврасый great-great-grandfather lettering pataphysics timbered межобластной согласовывать