Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. .6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir. 2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür .
Albersia livida
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Hüms, Liviya
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Liviya Krallığı
Liviya Krallığı (ərəb. المملكة الليبية‎ al-Mamlaka al-Lībiyya) — 1951-ci il dekabrın 24-də yaradılıb və 1969-cu il sentyabrın 1-də idarəetmə forması monarxiyadan respublikaya keçəndən sonra dağılıb. == Konstitusiya == Krallıq konstitusiyalı monarxiya hakimiyyət quruluşuna sahib idi, onun başında Sənusilər sufi ordenindən olan I İdris dururdu. Əsas hakimiyyətə kral malik idi. Parlament iki palataladan ibarət idi: Senat və Nümayəndələr Palatası. Baş naziri kral təyin edə və istefaya göndərə bilərdi. == Tarixi == 1949-cu il noyabrın 21-də BMT-nin Baş Məclisi Liviya 1952-ci il yanvarın 1-dək müstəqillik əldə etməsinə dair qətnamə qəbul etdi. Sonrakı danışıqlar üçün Liviyanı I İdris təmsil edirdi. 24 dekabr 1951-ci ildə Liviya müstəqilliyini elan etdi, və bununla da müstəqilliyini BMT-nin qərarı ilə əldə etmiş ilk ərəb dövləti və ilk müstəqil Afrika dövlətlərindən biri oldu. 1959-cu ildə Liviyada böyük neft yataqları tapıldı və onun sonrakı hasilatından gələn gəlirlər sayəsində Liviya dünyanın ən yoxsul dövlətlərindən ən zəngin birinə çevrildi.
Liviya Soyqırımı
Liviya Soyqırımı və ya II. İtalyan-Sənusi müharibəsi — 1923-1932-ci illərdə Liviyada İtalyan rəhbərliyi altında olan İtaliyanın hərbi birləşmələri ilə yerli Senusi üsyançıları arasında,üsyançı lider Ömər Muxtarın tutulmasına və öldürülməsinə qədər davam edən uzun qarşıdurmalı bir dövrdür. İtaliya'nın Liviyanı idarə etmək cəhdləri sırasında, Sirenayka (Arapça:برقه - Barka) xalqı böyük bir qətliama məruz qaldı. İşğal zamanı Sireneykanın 225.000 əhalisinin dörddə bir hissəsi məhv oldu.Atışmalar zamanı İtaliya; kimyəvi silahdan istifadə, təslim olan müharibə əsirlərini öldürmə, dinc əhalinin öldürülməsi kimi ağır cinayətlərə imza atdı. İtaliyalı səlahiyyətlilər, 100.000 qədər Sireneyka bədəvisini zorla yerlərindın çıxarmış, etnik ttəmizləmə həyata keçirmişdilər.Çünki Bədəvilərin torpaqları İtalyan dövlət tərəfindən italiyalı köçkünlərə vədd edilmişdir. 2008-ci ildə İtalyan müstəmləkə idarəsinin yaratdığı zərərin əvəzlənməsi üçün İtaliya ilə Liviya arasında bir müqavilə imzalanıb. Liviya lideri Muammer Qəddafinin imzaladığı mərasiminə, Ömər Muxtarın İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu zaman ,onun zəncirlənmiş halda çəkilmiş şəklindəki geyimini bənzərini geyinərək qatılmışdı. İtaliya Baş naziri Silvio Berluskoninin imzaladığı mərasimində; "Bu tarixi sənəd ilə İtaliya, müstəmləkə dövründə Liviya xalqına edilən qırğınlar və təzyiqlər üçün üzr istəməkdədir.İtaliya,müstəmləkə dövründə Liviyaya verdiyi zərərin ağırlığını anlayır " deyərək Liviya xalqından üzr istədi. == Hadisələrin inkişafı == İtaliya-Osmanlı müharibəsindən sonra, Liviya Osmanlı İmperatorluğundan əlindən çıxaraq, İtalyan hökmranlığı altına girdiyi andan bir müddət sonra bir üsyan başladı. İtalyanlar bu böyük torpağı idarə etməkdə çətinlik çəkirdilər. Liviya İtalyanın hökumətinə getdiyi andan etibarən Sənusilərlə İtalyanlar arasında bir mübarizə getməkdəydi.İtalyanların Sənusilərlə qarşıdurması,I Dünya Müharibəsi zamanı,Sənusilərin Osmanlı İmperiyası ilə müttəfiq olaraq,İngilis qüvvələrinə qarşı Osmanlıların Levant bölgəsinə başlatdığı hücuma yardım məqsədi ilə,Misirə daxilinə etdikləri axinlara əsaslanırdı.İngilislər və Sənusilər arasındakı müharibə, iki tərəfin sülh razılaşması etdiyi,1917-ci ilə qədər davam etdi.1917-ci ildə İtaliya Liviyanın müstəqilliyini tanıyan Akrama müqaviləsini imzaladı.
Liviya Yuliya
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nigah 6 il sürür.
Liviya bayrağı
Liviya bayrağı — Afrika ölkəsi olan Liviyanın 24 dekabr 1951-ci ildə ilk dəfə istifadə olunan bayrağı, 27 fevral 2011-ci ildə rejimin dəyişikliyindən sonra Liviya hökumətinin Milli keçid Şurası tərəfindən yenidən istifadə verildi. Bayraq, 1951-1969 illəri arasında istifadə edilən Liviya Krallığı bayrağı ilə eynidır. Mülki müharibədən əvvəl istifadə edilən düz yaşıl zəmindən ibarət bayraq Muəmmər Qəddafi rejiminin dayandırılması ilə ləğv edildi.
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi:"'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Liviya dənizi
Liviya dənizi (yun. Λιβυκό Πέλαγος, ərəb. البحر الليبي‎)- Aralıq dənizinin mərkəzi hissəsində Krit adası ilə Afrikanın şimalı arasında yerləşir. Dəniz şimalda Krit dənizi, şərqdə Kipr dənizi, şimal-qərbdə isə İon dənizi ilə hüdudlanır. Bu termin antik dövrdə topoqrafik xəritələrdə öz əksini tapırdı. Ən iri limanı Benqazi şəhəridir.
Liviya səhrası
Liviya səhrası (ərəb. الصحراء الليبية‎, Əl-Libya — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra. == Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri == Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir.
Liviya tarixi
Liviyanın tarixi keşməkeşli olub. == Ümumi tarix == Liviyanın yerli sakinləri daim xaricilərin əsarətində olublar. Əvvəlcə Roma, sonra Ərəb xilafəti, nəhayət Osmanlı imperiyasının əsarətində olan ərazi zamanın müəyyən mərhələsində yunanların da koloniyası olub. Makedoniyalı İsgəndərin Liviyanı işğalından sonra uzun müddət qədim Roma-Yunan sərkərdələri burada hakimlik edirlər. Ərəb istilası zamanında Tripoli və Sirenayka yunan şəhər-dövlətləri dəfələrlə öz ordularını bu əraziyə göndəriblər. 1146-cı ildə Siciliyalı Normanlar Tripolini zəbt etdilər. 1553-cü ildən sonra isə Liviya Osmanlıların hakimiyyətinə keçdi. Sultan Turqut Rəisin dövründə ərazidə islahatlar geniş vüsət aldı. Bundan sonra Liviya bölgələrə ayrıldı və “dayı” adlanan müstəqil bəylər tərəfindən idarə edilməyə başladı. Bu bəylər qonşu həmkarları, həmçinin, ümumi sərhədə malik olan dövlətlərlə mədəni, ticarət, eləcə də siyasi əlaqələr qurdular.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Columba livia
Çöl göyərçini (lat. Columba livia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Jives gölü
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Ranunculus jovis
Ranunculus jovis (lat. Ranunculus jovis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Vanya İveşa
Vanya İveşa — xorvat əsilli futbolçu.
Azərbaycan–Liviya münasibətləri
Azərbaycan–Liviya münasibətləri — Azərbaycan Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 16-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Gövhər Baxşəliyeva olmuşdur. 4 mart 2016-cı il tarixindən Fəzail İbrahimli işçi qrupunun rəhbəridir.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Liviya Milli Ordusu
Liviya Milli Ordusu (LMO), 2019-cu ilin Noyabr ayından etibarən Həftar Silahlı Qüvvələri (HSQ) olaraq bilinən İkinci Liviya Vətəndaş müharibəsində rol oynayan hərbi qüvvədir. Xəlifə Həftar başçılıq edir və Tobruqdakı Nümayəndələr Palatasına bağlıdır. Liviya Milli Ordusu, 2011-ci ildə Liviyadakı vətəndaş müharibəsi zamanı Liviya Silahlı Qüvvələrinin NATO tərəfindən ağır məğlubiyyətindən sonra yeni Liviya hökuməti tərəfindən quruldu. 2014-cü ildə İkinci Liviya Vətəndaş Müharibəsinin başlaması ilə ordu Xəlifə Həftarın nəzdindəki terrorla mübarizə qrupuna və Abdulsalam əl-Obidinin rəhbərlik etdiyi qanuni qrupa bölündü. Qısa bir müddət sonra, eyni ildə Nümayəndələr Palatası Xəlifə Həftəri ordunun rəhbəri təyin etdi və ordunu tək bir dam altında yenidən bir araya gətirdi. Nümayəndələr Palatasının komandanlığı altında Həftər, Baş Milli Konqresə qarşı “Qürur Əməliyyatı” adlı bir əməliyyat başlatdı. İkinci Liviya Vətəndaş Müharibəsi davam edərkən, beynəlxalq səviyyədə tanınan Tripoli mərkəzli Milli Konsensius Hökuməti 2016-cı ildə quruldu. Xəlifə Həftər tabeliyindəki Liviya Milli Ordusu, bu hökuməti sona çatdırmaq üçün 4 aprel 2019 tarixindən etibarən Tripoliyə hücuma başlamışdır və hücum 2020-ci ildə Türkiyənin regiona müdaxiləsi ilə Liviya Milli Ordusu üçün məğlubiyyət ilə başa çatmışdır. Liviya Milli Ordusu böyük ölçüdə muzdlulardan və ya militanlardan ibarətdir. Bu quruluşda sələfi təşkilatlar, Sudan, Çad və Rusiyadan olan muzdlular vardır.
Liviya inqilabı (1969)
Liviya inqilabı (1969). Əl-Fateh inqlabı ― 1 sentyabr 1969-cu ildə Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı tərəfindən Liviyada edilmiş hərbi çevriliş. Liviyanın kralı I İdris inqilab zamanı Türkiyədə müalicə alırdı və bir sıra qərb dövlətlərinin onun hökümətini dəstəkləməsinə baxmayaraq o, heç cür inqlabı dəyandıra bilmədi. Çevrilişin nəticəsində Liviya Krallığı aradan qaldırıldı və yerinə Liviya Ərəb Respublikası yarandı, həm də ölkənin xarici siyasəti radikal dəyişikliyə uğradı və daha çox pan-arabizmə və anti-imperializmə dəstək verildi. == Monarxiya dövründə Liviya == Liviya krallığı müstəqilliyini 1951-ci ildə əldə etdi. Azadlığın alınmasında Kirenaiki əmiri İdiris As-Suensinin böyük rolu vardı, çünki Liviya xalqı məhz onun çevik və bacarıqlı diplomatiyası sayəsində müstəqillik qazandı. Ölkə konstitusiyalı monarxiya rejiminə keçdi, əmir titulu isə kral titulu ilə əvəzləndi. Liviyanın sonuncu kralı I İdris Liviya vətəndaşı kimi Misirdə yaşamış və 1983-cü ildə 93 yaşında orada vəfat etdi. == Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı == 1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytenant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi.