Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir. == Avesta Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə.
Avesta dili
Avesta dili — Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Ravesa Lleşi
Ravesa Lleşi — 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı-nın Cenevrə-dəki Ofisində Albaniya-nın daimi nümayəndəsi oldu. Ravesa Lleşi 1 iyun 1976-cı ildə anadan olub və Hollandiya-da Tilburq Universitetini beynəlxalq və Avropa ictimai hüququ üzrə magistr dərəcəsi ilə bitirib. İngilis və Holland dillərini yaxşı bilir.2010-cu ildən 2014-cü ilə qədər Tiranada, Nyu-Yorkun Tirana Universitetinin təklif etdiyi müəssisədə dərs verdi. Xarici İşlər Nazirinin müşaviri olduğu 2018-ci ilin yanvar ayına qədər ölkəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiyasına rəhbərlik etdiyi vaxtdan 2018-ci ildə Avstriya-da idi.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisində Albaniyanın Daimi Nümayəndəsi oldu. Lleşi, ölkəsinin Dünya Fikri Mülkiyyət Təşkilatındakı təmsilçiliyindən də cavabdehdir, məsələn, 2019-cu ildə Darjeeling çayı kimi regional məhsullara qoruma təmin edəcək beynəlxalq bir müqaviləyə imza atanlardan biri idi.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.
Karan-i Vəsat (Çaldıran)
Karan-i Vəsat (fars. كران وسط‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (11 ailə).
Mərgan-i Vəsat (Şot)
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yarımqaya-i Vəsat (Maku)
Yarımqaya-i Vəsat (fars. ‎يارم قيه وسط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).