Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Favratia
Favratia (lat. Favratia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Favratia zoysii
Favratia zoysii (lat. Favratia zoysii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin favratia cinsinə aid bitki növü. == Yayılması == Bu bitki Avstriya, şimali İtaliya və Sloveniya üçün endemik hesab olunur. Favratia zoysii daha çox əhəngdaşlarından təşkil olunmuş Yuliya Alpları yamaclarında və Kamnik-Savin Alplarında bitir. Bundan başqa İtaliyanın və Avstriyanın Cənub Əhəngdaşları Alplarında da müşahidə edilir. Çox aşağı temperatura davam gətirə bilir — −35 °C və -40 °C. Bitkinin ziyanvericisi ilbizlər hesab olunur. == Botaniki xarakteristikası == Bitki adətən kiçik boyludur. Orta hündürlüyü 5-7 sm olur. Nadir hallarda isə hündürlüyü 23 sm qədər çatır. Bitkinin kasacıq yarpaqları bitki böyüdükcə artır.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.