Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faentsa
Faentsa (it. Faenza) — İtaliyanın Emiliya-Romanya regionunda şəhər.
Syerra-Maestra
Syerra-Maestra (isp. Sierra Maestra) — Kubanın cənub-şərqində dağ massivi. Bu, Kubada ən yüksək dağ massividir və ölkənin ən hündür zirvəsi olan Piko Turkino burada yerləşir (1974 m). Burada həm də Böyük Syerra-Maestra Milli Parkı yerləşir (isp. Gran Parque Nacional Sierra Maestra). Syerra-Maestro massivi ilə Karib dənizi arasında 50 km uzunluğundakı Bakonao parkı yerləşir. 2 dekabr 1956-cı ildə Qranma yaxtası Kuba adasına 82 nəfəri gətirdi. Onların arasında Fidel Kastro, Ernesto Çe Gevara, Kamilo Syenfueqos, Raul Kastro və Kuba inqilabının digər nümayəndələri var idi. İnqilabçılar Syerra-Maestra dağlarında gizlənirdilər və 1 yanvar 1959-cu ildə Kuba diktatoru Fulxensio Batista üzərində qələbə ilə başa çatan partizan müharibəsinə hazırlaşırdılar.