Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanoba
Xanoba — Azərbaycan ərazisində bir neçə yaşayış məntəqələrinin adları: Xanoba (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xanoba (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Qorx-mazoba
Qorxmazoba (Tat. Dərəsiyəo) — Azərbaycan Respublikasının Quba rayonunda, dağlarda yerləşən bir kənddir. Əhalisi təxminən 600 nəfərdən ibarətdir və əsasən etnik Tatlar təşkil edir. Kəndin Dərəsiyəo adı, ərazinin təbii mənzərəsini əks etdirir. "Dərə" dərə, "siyə" qara, "o" isə Tat dilində su deməkdir. Kənd yamyaşıl bitki örtüyü və təbii bulaqlarla əhatə olunub ki, bu camaatı bol su və ruzi bərəkət ilə təmin edir. Kənd kontinental iqlimə malikdir, qışı çox soyuq və yayı isti keçir. Çoxlu ağaclar, bitkilər, meyvələr və tərəvəzlərlə örtülüb ki, gözəl və yaşıl bir mühit təmin edir. Kənd təsərrüfatının əsasını əkinçilik, maldarlıq, meyvə, heyvan və ət satışı təşkil edir. Burada yaşayan sakinlərin özünəməxsus adət-ənənələri və mədəniyyəti var ki, onlar bununla fəxr edirlər.
Xanoba (Xaçmaz)
Xanoba (əvvəlki adı: Zeyxuroba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsi tərkibindəki Zeyxuroba kəndi Xanoba kəndi adlandırılmışdır. Əzəldən kəndin adı Xanoba olub. 1990-cı illərdə kəndin adı dəyişdirilib Zeyxuroba qoyulmuşdur. Kənd sakinlərinin müraciərini nəzərə alaraq 2004-cü ildə kəndə Xanoba adı qaytarılmışdır. 5 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılmışdır.
Xanoba (Xocavənd)
Xanoba (əvvəlki adı: Xnuşinak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xanoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Xnuşinak kəndi Xanoba kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanoba kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ xanlarına məxsus məntəqələrdən biri olmuş, XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Xnuşinak (erm. Xanoba) adlandırılmışdı. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.