Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qatırquyruqyarpaq kazuarina
Qatırquyruqyarpaq kazuarina (lat. Casuarina equisetifolia) — kazuarinkimilər fəsiləsinin casuarina cinsinə aid bitki növü. Avstraliyada yayılmışdır. Hündürlüyü 10-15 metr olan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Elastik, sallaq budaqların üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvarı yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilmişdir. Abşeronda oktyabrda çiçəkləyir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.