Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apataki
Apataki (fr. Faaite) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Arutua atolundan 19 km cənub-şərqdə, Taitidən 350 km şimal-şərqdə yerləşir. Atollun uzunluğu 36 км, eni — 25 km, quru sahəsi isə 20 km²-dir. Daxilində böyük laqun vardır. Şimal-qərb və cənub-qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. İnzibati baxımından Arutua kommunasına daxildir. 2012-ci il məlumatına görə adada 350 nəfər yaşayır. Niutahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.
Zazaki
Zaza dili — Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərbi İran qoluna mənsub dildir. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar. Qrammatika, genetika, dilçilik və lüğət tərkibinə görə Zaza dilinə ən yaxın dillər Xəzər dənizi sahillərində danışılan talış, tat, simnan, səngsər, gilək və mazandaran dilləridir. Zaza dili ilə bağlı ilk tədqiqatlar 19-cu əsrin ikinci yarısında başlamışdır. Dilçi Peter I. Lerch Krım müharibəsi zamanı ruslara əsir düşən Osmanlı əsgərlərinin saxlandığı Roslouya gedərək oradakı zaza əsilli Osmanlı əsgərləri arasında zazaca bəzi kompozisiyalar aparıb. 1856-cı ildə Lerx heç bir linqvistik təhlil olmadan rus və alman dillərində zaza cümlə siyahıları və hekayələr toplularını nəşr etdi. Daha sonra Robert Qordon Latham, Dr. O, 1856 və 1860-cı illərdə H. Sandwith tərəfindən tərtib edilmiş zaza lüğətinin siyahısını nəşr etdi. 1862-ci ildə Wilhelm Strecker və Otto Blau tərəfindən Dersim Zazasına dair bəzi qeydlər nəşr olundu.
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.