Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Rostok Universiteti
Rostok Universiteti (alm. Universität Rostock‎) — Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində yerləşir. Universitet eyni zamanda materik Avropanın şimalındakı ən qədim universitetdir. Universitet 13 fevral 1419-cu ildən fəaliyyət göstərir.
Hanza Rostok FK
Hanza Rostok FK ― Almaniyanın Rostok şəhərində yerləşən peşəkar futbol klubu. 25 Noyabr 2018 tarixinə əsasən 13.000 nəfər üzvə malik Hanza Rostok Almaniyada ən çox üzvə malik komandalardan biridir. Hanza Rostok futbol klubu kimi əsası 28 dekabr 1965-ci ildə Empor Rostok klubundan ayrılmaqla qoyulmuşdur. Komandanın tarixində ən böyük uğuru 1990/91-ci il mövsümündə sonuncu Şərqi Almaniya Futbol Çempionatında qalib olmaqdır. Hal-hazırda (2018/19 mövsümündə) Hanza Rostokun əsas komandası Almaniya Çempionatının 3-cü Liqasında çıxış edir.