Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaşrut
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Todur Zanet
Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur. 1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır. Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş"‎) jurnalının baş redaktorudur. 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.