Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kastiliya
Kastiliyia (isp. Castilla - qəsrlər ölkəsi) İspaniyada tarixi-coğrafi ərazi. Rekonkista vaxtı müsəlmanlara qarşı mübarizədə xristianlar tədricən irəlilədikləri üçün, əraziləri ələ keçirdikcə orada dayaq nöqtələri eyni zamanda feodal qəsrləri tikirdilər. Kastiliya sözü buradan yaranıb. İspaniyanın mərkəzi hissəsi - Kastiliya krallığı bütün yarımadanın beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı. İşğal əsnasında Kastiliyada kilsə, ruhani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların iri,qüdrətli və müstəqil torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyi də xeyli inkişaf etmişdi. Rekonkistada iştirak etmiş cəngavərlər - idalqolar Kastiliyada xüsusi ilə çox idilər. Onlar dinc əməyə həqarətlə baxır, əksəriyyəti çox yoxsul şəraitdə yaşayırdılar. == Bayrağları == == Gerbləri == == İstinadlar == == Mənbə == Orta Əsrlər Tarixi.
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
Eugenia hastilis
Eugenia hastilis (lat. Eugenia hastilis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Kastiliya krallığı
Kastiliya krallığı (isp. Reino de Castilla) (lat. Regnum Castellae) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Krallığın adı IX əsrdə Leon krallığının şərq sərhəddində yerləşən Kastiliya lordluğundan gəlməkdədir. X əsr boyunca lordluğun bölgədəki nüfuzu artdı və 1065-ci ildə müstəqil krallığa çevrildi. 1072–1157-ci illərdə Leon və Kastiliya krallıqları birləşsə də, sonrakı illərdə davam edən taxt mübarizəsində yenidən ayrıldılar. 1230-cu ildə isə bu iki krallıq əbədiyyətə qədər birləşdi. Ardından yarımadanın cənubuna qədər torpaqlarını genişləndirən krallıq buradakı müsəlman krallıqlarla mübarizəyə başladı. == Mənbə == Bernard F. Reilly, The Contest of Christian and Muslim Spain, (Blackwell Publishers, 1995), 27. Guardiola-Griffiths, Cristina (2010–12-10).
Bastiliya Operası
Bastiliya Operası (fr. Opéra Bastille) — Parisdə bir teatr. Əsası 1989-cu ildə qoyulmuşdur. Bu binanın memarı Karlos Ottdur.
Kastiliya-La-Mança
Kastiliya–La Mança (isp. Castilla-La Mancha) — İspaniyanın mərkəzində yerləşən muxtar ərazi. Paytaxtı Toledo şəhəridir.
Kastiliya-La Mança
Kastiliya–La Mança (isp. Castilla-La Mancha) — İspaniyanın mərkəzində yerləşən muxtar ərazi. Paytaxtı Toledo şəhəridir.
Kastiliya kralı Alfonso
Kastiliya kralı Alfonso (ing. Alfonso, King of Castile) — İngiltərə yazıçısı Metyu Lüis tərəfindən yazılmış tarixi faciə. 1801-ci ilin noyabrında nəşr olunmuş və ilk dəfə gələn il Kral teatrında səhnələşdirilmişdir. Əsərin hadisələri XIV əsrdə yaşamış Kastiliya kralı XI Alfonso dövründə cərəyan edir. Orijinal tamaşanın aktyor heyətinə Alfonso rolunda Çarlz Mürrey, Orsino rolunda Corc Frederik Kuk, Sezario rolunda Henri Conston, Amelroza rolunda Nanet Conston və Otilliya rolunda Harriyet Litçfild aid idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Macdonald, David Lorne. Monk Lewis: A Critical Biography. University of Toronto Press, 2000. Nicoll, Allardyce. A History of Early Nineteenth Century Drama 1800-1850.
Kastiliya və Leon
Kastiliya və Leon (isp. Castilla y León ; Leonca: Castiella y Llión ; qalis. Castela e León) - İspaniyanın şimal-qərbində yerləşən muxtar region. == Kastiliya və Leon inzibati vahidləri == Kastiliya və Leonun vilayətləri bunlardan ibarətdir: Avila Burgos Leon Palencia Salamanka Segoviya Soriya Valladolid Zamora Bu vilayətlərin hər biri müvafiq vilayət paytaxtı adını daşıyır.
Kastiliya – La-Mança
Kastiliya–La Mança (isp. Castilla-La Mancha) — İspaniyanın mərkəzində yerləşən muxtar ərazi. Paytaxtı Toledo şəhəridir.
Kastiliya — La-Mança
Kastiliya–La Mança (isp. Castilla-La Mancha) — İspaniyanın mərkəzində yerləşən muxtar ərazi. Paytaxtı Toledo şəhəridir.
III Henri (Kastiliya kralı)
Kastiliyalı III Henri və ya Yaslı Henri (isp. Enrique el Doliente) (4 oktyabr 1379, Burqos, Kastiliya və Leon – 25 dekabr 1406, Toledo) – Kastiliya kralı. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ən böyük oğlu idi və atasının vəfatının ardından Kastiliya kralı olmuşdur. == Həyatı == === İlk illəri === Henri 1379-cu ildə Burqos şəhərində dünyaya gəldi. Yenicə Kastiliya kralı olan I Conun və xanımı Araqonlu Eleonoranın ilk övladı idi. Gələcəkdə Araqon taxtına oturan kiçik qardaşı Ferdinandla birlikdə böyüdü. Uşaqlıq illəri kralın yaxın adamlarından Don Ninonun xanımı İnes la Veqanın himayəsində keçdi. Dövrün önəmli din adamlarından dərslər aldı və gələcəkdə Sevilya yepiskopu olan Dieqo Maldonado onun dini təhsilindən məsul idi. === Evliliyi === Doğumundan qısa zaman sonra Portuqaliya taxtının varisi Beatrislə evlənməsinə qərar verildi. Bu evlilik uzun zamandır davam edən Portuqaliya-Kastiliya müharibəsinə son vermək məqsədilə planlaşdırılmışdı ancaq baş tutmadı.
II Con (Kastiliya kralı)
Kastiliyalı II Con (isp. Juan II) (6 mart 1405 – 21 iyul 1454, Valyadolid) – Kastiliya kralı. Kastiliya kralı III Henri və xanımı Lankasterli Yekaterinain ən kiçik övladı idi və atasının ölümünün ardından hələ 1 yaşında ikən Kastiliya kralı elan edildi. Əmisi Araqon kralı I Ferdinand və anası isə taxt naibi oldular. 1416-cı ildə əmisinin, 2 il sonra isə anasının vəfatı ilə təkbaşına hakimiyyəti ələ aldı. == Həyatı == II Conun 48 il davam edən səltənəti Kastiliya tarixinin ən uzun dönəmlərindən biridir. Bununla yanaşı, o, tarixdə güclü monarx olaraq tanınmadı. Belə ki, günlərini ibadətlə, ov əyləncələri və cəngavər yarışları tərtibləməklə keçirirdi. Ən yaxın adamı olan Alvaro Luna, kralın ikinci xanımı Portuqaliyalı İzabellanın sarayda güc qazandığı dönəmə qədər onu təsiri altında saxlayırdı. Kraliçanın da hazırladığı intriqalarla Alvaro Luna kral tərəfindən edam edildi və ömrünün sonuna qədər bu səbəblə özünü günahlandırdı.
II Henri (Kastiliya kralı)
II Henri (isp. Enrique II) və ya Qardaş qatili Henri (isp. Enrique el Fratricida) (13 yanvar 1334, Sevilya – 29 may 1379) — Trastamar sülaləsinə mənsub ilk Kastiliya və Leon kralı. Saysız üsyan və döyüşlərin ardından 1369-cu ildə ögey qardaşı Zalım Pyotru qətlə yetirərək taxta çıxdı. == Həyatı == === Atasının səltənətində === Don Henri Kastiliya kralı XI Alfonsonun məşuqəsi Eleonora Quzmandan doğulan 10 övladından dördüncüsü idi. Anası Leon kralı IX Alfonsonun nigahdan kənar şəcərəsindən idi. Üstəlik o və əkiz qardaşı Fadriki Alfonso cütlüyün yetkinlik yaşına çatan ən böyük oğlanları idi. Doğulduqdan sonra yerli əsilzadələrdən Rodriqo Alvarez tərəfindən övladlıq alınsa da, atalığı bir il sonra vəfat etdi. Daha sonra atası tərəfindən bir çox mülk hədiyyə edildi və Trastamar qrafı təyin olundu. Beləcə, Trastamar sülaləsinin əsası qoyulmuş oldu.
IV Henri (Kastiliya kralı)
Kastiliyalı IV Henri (isp. Enrique IV) (5 yanvar 1425 – 11 dekabr 1474, Madrid, Madrid vilayəti[d]) – Kastiliya kralı. Kastiliya kralı II Con və ilk xanımı Araqonlu Mariyanın ən böyük oğlu idi və atasının ölümünün ardından Kastiliya kralı elan edildi. Onun səltənətində yerli əsilzadələr gücləndi və mərkəzi hakimiyyət zəiflədi. == Həyatı == === İlk illəri === Henri 1425-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı II Con, anası isə Araqon kralı I Ferdinandın qızı Mariya idi. Dünyaya gəldikdən sonra "Asturiya şahzadəsi" ünvanı böyük bacısı Elyanoradan alınaraq ona verildi və atasının varisi olaraq elan edildi. Doğulduğu əsnada ölkənin idarəsi atasının yaxın adamı Alvaro Lunanın əlində idi. Kralın yeganə varisi olaraq Henri də Alvaronun himayəsində böyüdü. Ölkədə ayaqlanan zadəganlara qarşı mübarizə aparan Alvaro Luna bu mübarizəsində vəliəhdin gücündən istifadə etdi.
I Con (Kastiliya kralı)
Kastiliyalı I Con (isp. Juan I) (24 avqust 1358 – 9 oktyabr 1390, Alkala-de-Enares[d]) – Kastiliya kralı. Kastiliya kralı II Henri və xanımı Yuanna Manuelin ən böyük oğlu idi. O, rəsmi tacqoyma mərasimi keçirilən son Kastiliya monarxı idi. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico.
I Filip (Kastiliya kralı)
I Filip və ya Kastiliyalı Filip (fr. Philippe de Castille; 22 iyun 1478, Brügge – 25 sentyabr 1506[…], Burqos, Kastiliya və Leon) — Burqundiya hersoqu və Habsburq ailəsinə mənsub olan ilk Kastiliya kralı. Müqəddəs Roma imperatoru Maksimilian və xanımı Burqonlu Mariyanın oğlu olan Filip hələ 4 yaşında ikən anası vəfat etdi və beləcə 4 yaşlı Filip Burqundiya hersoqu oldu. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın qızı Yuanna ilə evləndi. Bundan başqa razılaşmaya görə Filipin bacısı Marqarita da İspaniya kralının oğlu və varisi Conla evləndi. Nikahdan 4 il sonra xanımı Yuanna qardaşı, böyük bacısı və bacısının kiçik oğlunun vəfatı ilə Kastiliya taxtının varisi oldu. 1504-cü ildə qaynanası Kastiliyalı İzabellanın vəfatı ilə xanımı Yuanna Kastiliya taxtına keçdi və beləcə, Filip Kastiliyanın de-yure kralı oldu. Ancaq bundan 2 il sonra vəfat etdi. Filip İspaniyadakı ilk Habsburq monarxı idi və bu günədək gələn bütün İspaniya krallarının əcdadı hesab olunur. Atasından öncə vəfat etmişdi və bu səbəblə nə Müqəddəs Roma imperatoru ola bildi, nə də onun mientras me la agarraba con 2 manos.
I Pyotr (Kastiliya kralı)
I Pyotr (isp. Pedro I) və ya Zalım Pyotr (isp. Pedro el Cruel) (30 avqust 1334, Burqos, Kastiliya və Leon – 23 mart 1369) — Kastiliya və Leon kralı. Din xadimlərinə qarşı etdiyi zülm və işgəncələr səbəbilə Papa V Urban tərəfindən aforoz edildi. == Mənbə == Tuchman, Barbara Wertheim (1978), A distant mirror: the calamitous 14th century, Random House Taylor, Nathaniel Lane (2004). "The Literary Heritage of Sancha de Ayala". nltaylor.net. Mérimée, Prosper (1849). The History of Peter the Cruel, King of Castile and Leon. London: R. Bentley Dillon, John Talbot (1788).
Kastiliya və Leon krallığı
Kastiliya və Leon krallığı (isp. Corona de Castilla-León) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Bu krallıq 1230-cu ildə Kastiliya və Leon krallıqlarının üçüncü və sonuncu dəfə birləşməsi ilə meydana gəlmişdir. Belə ki, həmin il Leon kralı IX Alfonso vəfat etmiş, taxtını isə o əsnada Kastiliya kralı olan oğlu III Ferdinanda deyil, ikinci evliliyindən olan qızlarına vəsiyyət etmişdir. Ancaq bununla razılaşmayan III Ferdinand ögey anasıyla müzakirələr apararaq Leon taxtını təzminat ödəyərək satın aldı və beləcə, bu 2 krallıq əbədiyyətə qədər birləşdi. 1469-cu ildə Kastiliya kraliçası İzabella ilə Araqon kralı II Ferdinandın evlənməsi ilə V Filipin 1715-ci ildə nəşr etdirdiyi qərarnaməyə qədər Araqon krallığı da bu ittifaqa qoşulmuşdur. Beləcə, onlardan sonra artıq bu müttəfiq krallıqlar vahid İspaniyanı yaratdılar. 1492-ci ildə başlayan dünya səyahətlərinə maddi dəstək verməklə Amerikanın və Hindistana dəniz yolunun kəşfindən sonra Kastiliya və Leon krallığı dünya miqyasına yüksəldi. XVI-XVII əsrlərdə "Kastiliya kralı" ünvanı Habsburq monarxları tərəfindən istifadə edildi. Ancaq XVIII əsrdə Burbonlu Filip İspaniyada başlayan taxt mübarizəsində qalib gəldi və düşmənlərinin sığındığı Araqon krallığını İspaniya taxt-tacına birləşdirməyi qərara aldı.
Portuqaliyalı Yuanna (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası. Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu. Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.
Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal) (d. 1428 - ö. 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı. İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi. İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi.
III Enrike (Kastiliya kralı)
Kastiliyalı III Henri və ya Yaslı Henri (isp. Enrique el Doliente) (4 oktyabr 1379, Burqos, Kastiliya və Leon – 25 dekabr 1406, Toledo) – Kastiliya kralı. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ən böyük oğlu idi və atasının vəfatının ardından Kastiliya kralı olmuşdur. == Həyatı == === İlk illəri === Henri 1379-cu ildə Burqos şəhərində dünyaya gəldi. Yenicə Kastiliya kralı olan I Conun və xanımı Araqonlu Eleonoranın ilk övladı idi. Gələcəkdə Araqon taxtına oturan kiçik qardaşı Ferdinandla birlikdə böyüdü. Uşaqlıq illəri kralın yaxın adamlarından Don Ninonun xanımı İnes la Veqanın himayəsində keçdi. Dövrün önəmli din adamlarından dərslər aldı və gələcəkdə Sevilya yepiskopu olan Dieqo Maldonado onun dini təhsilindən məsul idi. === Evliliyi === Doğumundan qısa zaman sonra Portuqaliya taxtının varisi Beatrislə evlənməsinə qərar verildi. Bu evlilik uzun zamandır davam edən Portuqaliya-Kastiliya müharibəsinə son vermək məqsədilə planlaşdırılmışdı ancaq baş tutmadı.
II Xuan (Kastiliya kralı)
Kastiliyalı II Con (isp. Juan II) (6 mart 1405 – 21 iyul 1454, Valyadolid) – Kastiliya kralı. Kastiliya kralı III Henri və xanımı Lankasterli Yekaterinain ən kiçik övladı idi və atasının ölümünün ardından hələ 1 yaşında ikən Kastiliya kralı elan edildi. Əmisi Araqon kralı I Ferdinand və anası isə taxt naibi oldular. 1416-cı ildə əmisinin, 2 il sonra isə anasının vəfatı ilə təkbaşına hakimiyyəti ələ aldı. == Həyatı == II Conun 48 il davam edən səltənəti Kastiliya tarixinin ən uzun dönəmlərindən biridir. Bununla yanaşı, o, tarixdə güclü monarx olaraq tanınmadı. Belə ki, günlərini ibadətlə, ov əyləncələri və cəngavər yarışları tərtibləməklə keçirirdi. Ən yaxın adamı olan Alvaro Luna, kralın ikinci xanımı Portuqaliyalı İzabellanın sarayda güc qazandığı dönəmə qədər onu təsiri altında saxlayırdı. Kraliçanın da hazırladığı intriqalarla Alvaro Luna kral tərəfindən edam edildi və ömrünün sonuna qədər bu səbəblə özünü günahlandırdı.
IV Enrike (Kastiliya kralı)
Kastiliyalı IV Henri (isp. Enrique IV) (5 yanvar 1425 – 11 dekabr 1474, Madrid, Madrid vilayəti[d]) – Kastiliya kralı. Kastiliya kralı II Con və ilk xanımı Araqonlu Mariyanın ən böyük oğlu idi və atasının ölümünün ardından Kastiliya kralı elan edildi. Onun səltənətində yerli əsilzadələr gücləndi və mərkəzi hakimiyyət zəiflədi. == Həyatı == === İlk illəri === Henri 1425-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı II Con, anası isə Araqon kralı I Ferdinandın qızı Mariya idi. Dünyaya gəldikdən sonra "Asturiya şahzadəsi" ünvanı böyük bacısı Elyanoradan alınaraq ona verildi və atasının varisi olaraq elan edildi. Doğulduğu əsnada ölkənin idarəsi atasının yaxın adamı Alvaro Lunanın əlində idi. Kralın yeganə varisi olaraq Henri də Alvaronun himayəsində böyüdü. Ölkədə ayaqlanan zadəganlara qarşı mübarizə aparan Alvaro Luna bu mübarizəsində vəliəhdin gücündən istifadə etdi.
I Pedro (Kastiliya kralı)