Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batisit
Batisit — mineral, Na2BaTi2[Si2O7]2 == Haqqında == Batisit - rombik. Kristalları lövhəvari. Ayrılma{100} üzrə. Rəngi tünd qəhvəyi. Sərtliyi 8. Xüsusi çəkisi 3,4. Qələvi peqmatitlərdə ramzait, evdialit, torit və b. ilə birlikdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Datsit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
Tatuidris tatusia
Tatuidris tatusia — Agroecomyrmecinae yarımfəsiləsinin yeganə müasir təmsilçisi, relikt növ. Cənubi və Mərkəzi Amerikada yayılmışdır. Uzunluq təxminən 3 mm-dir. Torpaq qarışqaları sarımtıl-qəhvəyi rəngdə olur. İşçi və dişilərin bığcıqları 7 buğumludur (erkəklərdə bu rəqəm 12-dir. İynələri inkişaf etmişdir. Tropik meşələrin torpaqlarında və çırpılıqlarda yaşayırlar. Az görülən qarışqalardır. Tatuidris cinsi eosenin fosil Agroecomyrmex və Eulithomyrmex ilə birlikdə Agroecomyrmecinae yarımfəsiləsini təşkil edir. Bolton B. (1992).
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.