Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zoluşka (film, 2015)
Sindirella (ing. Cinderella) — 2015-ci ildə çəkilmiş ABŞ filmi. Küllücə movies.disney.com/cinderella — Sindirellanın rəsmi saytı Cinderella — Internet Movie Database saytında.
Molyuska
Molyusklar (lat. Mollusca) — heyvanlar aləminə aid heyvan tipi.Xaricdən çanaq ilə örtülmùşdür Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir. Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır. Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.
Molukka dənizi
Molukka dənizi (ing. Molucca Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Mindanao, Sanqixe, Sula, Molukka və Talaud adaları arasın yerləşir. Sahəsi 291,000 km², dərinliyi 4180 m təşkil edir. Temperatur il ərzində 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Filippin arxipelaqı ilə İndoneziya adaları arasında yerləşir. Əsas limanı Davaodur ki, oda Mindanao adasında yerləşir.
Zolski rayonu
Zolski rayonu (kab.-çərk. Дзэлыкъуэ куей, qaraç.-balk. Зольск район)) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zalukokoaje qəsəbəsidir. Zolski rayonu Kabarda-Balkariya Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Baksan rayonu, cənub-şərqdə Elbrus rayonu, həmçinin qərbdə Qaraçay-Çərkəz Respublikası və şimalda Stavropol diyarı. Rayonun sahəsi 2124,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.