Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çulumlar
Çulumlar (çulımca Çulımnar (Чулымнар)) - Türk xalqlarından biri. Əsasən Rusiyanın Tomsk vilayəti və Krasnoyarsk diyarında yaşayırlar. Milli cəhətdən xakaslara yaxındırlar. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 656 nəfər çulum türkü yaşayır.2010-cu ilin siyahıyaalmasında isə yalnız 355 çulum qeyd olunub."Çulum / Çulım" adını çox güman ki Çulım çayından alıblar. Özlərini Ös-kijiler (Öс кижилер) (ös kişilər (insanlar)), Pestın-kijiler (Пестын кижилер) (Bizim kişilər (insanlar)), və rusların tarix boyu türk xalqlarını "tatar" adlandırmalarına görə Tatarlar / Çulım tatar (Татарлар / Чулым татар) adlandırırlar. Ruslar vaxtı ilə təhqir, alçaltma üçün onları "isaşnıye" (исашные) (əslində "yasaçnıye" (ясачные) sözünün təhrifi), yəni "yasaq ödəyənlər", və ya "aborigenı", yəni "aborigenlər" olaraq adlandırırdılar; Sibirdə bəziləri hələ də belə ifadələrdən istifadə edirlər.
Zulular
Zulular — Cənubi Afrikadakı ən böyük etnik qəbilələrdən biri. Zulu dilində danışırlar. == Əcdadları == Zulular əcdadlarını "Mukuru" ("kuru" "qoca, çox qoca" deməkdir) adlandırırlar. Hesab edirlər ki, o həm insanlarla heyvanları, quşları yaratmışdır, həm zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir.