DEMONİZM
DESPOTİK
OBASTAN VİKİ
Anya Şovaqoviç-Despot
Anya Şovaqoviç-Despot (tam adı: Anya Şovaqoviç-Despot, xorv. Anja Šovagović-Despot; 25 mart 1963, Zaqreb) — Xorvatiya kino və teatr aktrisası. == Həyatı və fəaliyyəti == Anya Şovaqoviç Xorvatiyanın ən hörmət edilən aktyorlarından biri olan Fabiyan Şovaqoviçin və Maya Blaşkovun ailəsində dünyaya göz açmışdır. Kiçik qardaşı Filip Şovaqoviç kimi Anya da aktorluq fəaliyyəti ilə hələ kiçik yaşlarından məşğul olmağa başlamışdır. Orta məktəbi başa vurduqdan sonra Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olur. Burada teatr rejissoru Kreşimir Dolençiç ilə birgə 1981-ci ildə "Lift" teatr qrupunun əsasını qoyur. İki il sonra Zlatko Vitezlə əməkdaşlıq etməyə başlayır və onun "Histrion" teatr şirkətinə qoşulur. 1986-cı ildən Qavella Dram Teatrında fəaliyyət göstərir. Şovaqoviç Xorvatiya aktyoru Draqan Despotla evlidir. Onların iki övladı var.
Stanislav Despot-Zenoviç
Stanislav Despot-Zenoviç (1833, Vilnüs – 19 may 1900, Batumi) — 1878–1894-cü illərdə Bakı Şəhər Dumasının başçısı. == Həyatı == Stanislav Despot Zenoviç (Stanisław Despot-Zenowicz) 1835-ci ildə Vilnüsdə anadan olmuşdur. 15 may 1900-cü ildə Batumidə 65 yaşında ağır xəstəlik nəticəsində vəfat etmişdir. Qujufda, Krımda dəfn olunmuşdur.. === Ailəsi === Subay idi. Onun nəslinin ilk tanınmış namizədi Bartoşanın adı 1837-ci ildə qeyd olunur. 1401-ci ildə Bartoşa Zenoviç və onun oğlu Zenon polyak kralına öz loyallıqları haqda akt imzalamışdırlar. "Despot" (Deszpot) ləqəbi XVII əsrin sonunda Zenoviçlərin Serbiya despotlarından gəlməsinə əsaslanaraq peyda olmuşdur. Despot-Zenoviç nəslinin ilhaq olunduğu zaman Minsk quberniyasının zadəgan (szlachta) cəmiyyətində qeydiyyatdan keçmişdirlər. Böyük qardaşı Aleksandr Despot-Zenoviç 1850-ci ildə konspirativ fəaliyyətinə görə Sibirə sürgün edilmişdir.
İoann Paleoloq (despot)
İoann Paleoloq (q.yun. Ἱωάννης Δούκας Παλαιολόγος, translit. Ioánnis Doúkas Palaiológos; 1225, Kiçik Asiya – 1275) — Nikeya və Bizans sərkərdəsi, sevastokratı və despotu. == Həyatı == İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun (hak. 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.
Despotizm
Despotizm (yun. Δεσποτισμός, despotismós) vahid bir qurumun mütləq hakimiyyətlə hökm sürdüyü idarəetmə formasıdır. Normalda həmin qurum fərdidir, despotdur; lakin (avtokratiyada olduğu kimi) müəyyən qruplara hörmət və hakimiyyəti məhdudlaşdıran cəmiyyətlər də despotik adlanırdı.Danışıq dilində despot sözü xalqa, təbəələrə və ya tabeliyində olanlara zülm etmək üçün öz güc və səlahiyyətlərindən istifadə edənlərə alçaldıcı şəkildə aid edilir. Daha dəqiq desək, bu termin çox vaxt dövlət və ya hökumət başçısına şamil edilir. Bu mənada o, tiran və diktator terminləri ilə əlaqəli olan aşağılayıcı mənalara bənzəyir. == Etimologiya == Despot sözünün kökü yunan dilində despotes sözündəndir ki, bu da “ağa” və ya “güc sahibi” deməkdir. Bu termin tarix boyu bir çox hökmdarları və hökumətləri təsvir etmək üçün istifadə edilmişdir. Bu, Qədim Misir Fironları tərəfindən həyata keçirilən mütləq səlahiyyət və hakimiyyəti, Bizans saraylarında zadəganlığı ifadə edir, Bizans vassal dövlətlərinin hökmdarlarını göstərir və Bizans imperatorları üçün bir titul hesab olunurdu. Bu və digər yunan və ya yunan təsirli kontekstlərdə bu termin aşağılayıcı deyil, şərəf kimi istifadə edilmişdir. Tarix boyu refleksiv konnotasiyaya görə despot sözünü obyektiv şəkildə təyin etmək mümkün deyil.
Moreya despotluğu
Moreya despotluğu - 1349-cu ildə Axeya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.
Serbiya despotluğu
Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir. == Mənbə == Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2 Dušan Spasić, Aleksandar Palavestra, Dušan Mrđenović: Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele, Second edition (1991); Bata; ISBN 86-7685-007-0 Vladimir Ćorović: Ilustrovana istorija Srba, Vol.
Epir despotluğu
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).

Digər lüğətlərdə

благослови́ться дедукти́вный мелочни́к настора́живать обсою́зить перепу́дривание притума́ниваться вы́ползок долеви́к оптимисти́чески предвари́ть противога́зный чистопоро́дный Cheboksary damper teetery unfranchised делянка карлик кортесы парнокопытные присоединиться противопожарный разливательный содрогаться