Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.
Lizbirt
Lizbirt— Naxçıvan Muxtar Respublikasında, Kəngərli rayonunun tərkibində kənd. == Mənbə == Lizbirt GEOnet Names Server-də.
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
Lizbirt Mergel Yatağı
Lizbirt Mergel Yatağı — Şərur rayonu ərazisində, Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Lizbirt çayının orta axınındadır. == Haqqında == Geoloji quruluşunda Üst Tabaşirin Kampan mərtəbəsinin mergel, əhəngli mergel və gilli mergel tərkibli karbonat-terrigen süxurları iştirak edir. Yatağın tektonik quruluşunda yerli əhəmiyyət daşıyan şimal-qərb. İstiqamətli antiklinal və sinklinal qırışıqlıq qeyd olunur. Sahəsi 3,5 km2, faydalı qatın orta qalınlığı 20,5 m- dir. Mergel, bəzi əlavələr edilməklə, sement istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 169 milyon tondur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Lizbirt yaşayış yeri
Lizbirt yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Abidə Cəhri-Buzqov yolunun sol tərəfində, Cəhriçayın sağ sahilində, Lizbirt dərəsi adlanan ərazidə yerləşir. Yaşayış yerinin ərazisində dördkünc formalı binaların və su kanalının qalıqları qalmaqdadır. Burada kahaların yaxınlığındakı uzunsov təpənin üzərindən çəhrayı rəngli şirli və şirsiz qab qırıqları toplanmışdır. Bəzi yerlərdə dördkünc və dairəvi formalı daş düzümlərinə təsadüf olunur. Yaşayış yerinin yaxınlığında, bir neçə yerdə dağın altında qazılmış kahalar vardır. Kahalar dördkünc olub, yuxarısı tağşəkilli formada tamamlanır. Onların bəzisinin divarlarında his qalıqları, döşəmədə isə ocaq yerləri izlənilir. Şübhəsiz ki, Lizbirt yaşayış yeri və buradakı kahalar maldar tayfalar tərəfindən salınmışdır. Yaşayış yerinin keramika məmulatı forma verməyən qırıqlardan ibarətdir.