Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İoannis Kapodistrias
İoannis Kapodistrias (yun. Ιωάννης Καποδίστριας; 10 fevral 1776 və ya 11 fevral 1776[…], Kerkira, İon adaları[…] – 27 sentyabr 1831 və ya 9 oktyabr 1831[…]) — Osmanlı Dövlətindən müstəqilliyini qazanan Yunanıstanın ilk dövlət başçısıdır. 11 fevral 1776-cı ildə o zamanlar Venesiya Respublikasının bir hissəsi olan Korfu adasında anadan olub. İtaliyada Padova Universitetində tibb, hüquq və fəlsəfə sahələrində təhsil alıb. 1809-cu ildə Rus çarı I Aleksandrın xidmətinə girib. 1813-cü ildə Rusiyanın nümayəndəsi olaraq İsveçrənin 19 kantondan ibarət tərəfsiz bir Avropa ölkəsi halında qurulmasında rol oynadı. 1815-ci ildə Napoleon müharibələri sonrasında Avropa ölkələri arasında qurulan Vyana konqresində Rusiyanı təmsil etdi. Bu müvəffəqiyyətləri nəticəsində I Aleksandr tərəfindən Rusiyanın xarici işlər nazirliyinə gətirildi. İoannis Kapodistrias ilk dəfə 1821-ci ildə Mora yarımadasında Osmanlı Dövlətinə qarşı çıxan üsyanlardan sonra Yunan siyasətinə də qarışdı. 1822-ci ildə Rusiyanın xarici işlər nazirliyindən ayrıldı.
İoannis Kosti
İoannis Kosti (17 mart 2000, Larnaka) — Kipr Birinci Divizion təmsilçilərindən olan Nea Salamina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. Kosti Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Kosti öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə AEK Larnaka klubuna qarşı oyunda etmişdir. O, 93 dəqiqədə Pedritonu əvəz etmişdir. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.
İoannis Filimon
İoannis Filimon (yun. Ιωάννης Φιλήμων; 1798, Konstantinopol – 1 (13) yanvar 1874, Afina) — Yunanıstan tarixçisi və naşiri, Yunanıstan iqilabının iştirakçısı və tarixşünası. == Həyatı == Filimon 1798-ci ildə Konstantinopolda anadan olmuşdur. O, gizli yunan inqilabi təşkilatı Filiki Eteriyanın üzvü idi. 1821-ci ildə Yunanıstan inqilabının başlaması ilə ortodoks yunan əhalisinə qarşı qırğınlar və qırğınlar dalğası Osmanlı İmperiyasını bürümüşdü. Filimon özü qırğından xilas ola bildi və Peloponnesə getdi. Burada ailəsi ilə uzun illər dost olduğu Dmitri İpsilantinin ətrafına qoşuldu və onun katibi olmuşdur. == Əsərləri == Δοκίμιον ιστορικόν περί της Eλληνικής Eπαναστάσεως. Δοκίμιον ιστορικόν περί της Ελληνικής Επαναστάσεως Τ.Α'/ παρά Ιωάννου Φιλήμονος [1] Δοκίμιον ιστορικόν περί της Φιλικής Εταιρείας.