Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Tkotsa
Tkotsa (gürc. ტკოცა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 689 nəfər idi. 2014-cü ildə 487 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
İmatra
İmatra — Finlandiyanın şərqində şəhər və bələdiyyə. İmatranın əksər hissəsi Sayma gölü və Vuoksa çayı ilə əhatə olunmuşdur və Rusiya ilə sərhəddə yerləşir. Sahəsi 19128 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 27357 nəfər təşkil edir.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
IATA
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Akemi İvata
Akemi İvata (d. 19 yanvar 1954) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ayumi İvata
Kassa aparatı
Kassa aparatı (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. == Tarix == Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. == Haqqında == Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Katya Rimann
Katya Hannçen Leni Rimann (1 noyabr 1963[…], Vaye[d], Aşağı Saksoniya) — alman aktrisa. == Filmoqrafiyası == 1985–1986: Sommer in Lesmona (série télé), de Peter Beauvais 1988: Faust – Vom Himmel durch die Welt zur Hölle, de Dieter Dorn 1989: Tatort – Katjas Schweigen (série télé), de Hans Noever 1989: Salz für das Leben (court-métrage), de Rainer Kaufmann 1990: Regina auf den Stufen (série télé), de Bernd Fischerauer 1991: Von Gewalt keine Rede, de Theodor Kotulla 1992: Der Fahnder – Zwischen den Stühlen, (série télé) 1992: Abgeschminkt!, de Katja von Garnier 1992: Ein Mann für jede Tonart, de Peter Timm 1992: Die Distel, de Gernot Krää 1993: Polizeiruf 110 – Blue Dream – Tod im Regen (série) de Bodo Fürneisen 1994: Les nouveaux mecs, de Sönke Wortmann 1994: Himmel und Hölle (téléfilm), de Hans-Christian Schmid 1995: Nur über meine Leiche, de Rainer Matsutani 1995: Stadtgespräch, de Rainer Kaufmann 1996: Pour l'amour du risque − Operation Jennifer (série), de Tom Mankiewicz 1996: Nur aus Liebe, de Dennis Satin 1996: Die Apothekerin, de Rainer Kaufmann 1997: Bandits, de Katja von Garnier 1997: Comedian Harmonists, de Joseph Vilsmaier 1999: Männer sind wie Schokolade 1999: Balzac (téléfilm), de Josée Dayan 1999: Else – Geschichte einer leidenschaftlichen Frau, d'Egon Günther 1999: Long Hello and Short Goodbye, de Rainer Kaufmann 2000: Desire, de Colleen Murphy 2001: Goebbels und Geduldig (téléfilm), de Kai Wessel 2001: Girl, de Piers Ashworth 2002: Bibi Blocksberg, d'Hermine Huntgeburth 2002: Nachtmusik (court-métrage) de Johannes Thielmann 2003: Rosenstrasse, de Margarethe von Trotta 2003: Der Job seines Lebens, de Rainer Kaufmann 2004: Der Job seines Lebens 2 – Wieder im Amt, de Hajo Gies 2004: Une famille allemande (Agnes und seine Brüder), d'Oskar Roehler 2004: Bibi Blocksberg und das Geheimnis der blauen Eulen, de Franziska Buch 2004: Bergkristall, de Joseph Vilsmaier 2005: Die Diebin und der General, de Miguel Alexandre 2005: Küss mich, Hexe!, de Diethard Küster 2006: Je suis l'autre (Ich bin die Andere), de Margarethe von Trotta 2006: Das wahre Leben, d'Alain Gsponer 2007: Le Goût du sang (Blood and Chocolate), de Katja von Garnier 2007: Ein fliehendes Pferd, de Rainer Kaufmann 2007: Mon Führer : La Vraie Véritable Histoire d'Adolf Hitler (Mein Führer – Die wirklich wahrste Wahrheit über Adolf Hitler), de Dani Levy 2007: Shanghai Baby, de Berengar Pfahl 2008: Up! Up!
Katya Sambuka
Katya Sambuka (rus. Катя Самбука; doğum adı: Yekaterina Mixailova (rus. Екатери́на Миха́йлова); 27 avqust 1991, Leninqrad, RSFSR, SSRİ) — Rusiya müğənnisi, aktrisası, televiziya aparıcısı və erotik modeli.
İvata (şəhər)
İvata (yapon dilində: 磐田市 İvata-si) Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 164,08 km² , əhalisi 164 792 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 1004,34 nəfər. İvata şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Xamamasu, Fukuroi şəhərləri və Mori qəsəbəsi ilə həmsərhəddir . Şəhərin əhalisi 164 792 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Pyatsa dei Mirakoli
Pyatsa dei Mirakoli (it. Piazza dei Miracoli) — Pizada yerləşən meydan. Məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir. Turizm baxımdan böyük əhəmiyyətə sahib olan Piza qülləsi İtaliyada turistlərin ən çox ziyarət etdiklərdən yerlərdən biri hesab olunur. Tikili 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınmışdır.
Beki İkala Erikli
Beki İkala Erikli (1968 – Dekabr, 15 2016) — Yəhudi əsilli Türkiyəli yazıçı və bio enerji mütəxəssisi. O, 16 dekabr 2016-cı ildə İstanbulda odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi.
Satyaprem Ki Katha
Satyaprem Ki Katha ( Şablon:Translation ) baş qəhrəmanları Kartik Aaryan və Kiara Advaninin oynadığı problemli evlilikdən bəhs edən 2023-cü ildə hindi dilində çəkilmiş romantik dram filmidir . Rejissor Sameer Vidwans və Entertainment və Namah Pictures tərəfindən birgə istehsal olunur. Film 2021-ci ilin iyununda elan edildi. Əsas çəkilişlər 2022-ci ilin sentyabrında başlayıb və 2023-cü ilin aprelində yekunlaşıb.