Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saccharum indum
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Iduk Baş döyüşü
Iduk Baş döyüşü — Çinlə İkinci Göytürk xaqanlığı arasında baş vermis döyüş. == Arxa plan == Tanq imperatoriçası Vu Zetianın qurduğu Zhou sülaləsi (690-705) və İkinci Göytürk xaqanlığı arasındakı döyüşlər 693-cü ildə Qapağan xaqan və Ayqucı Tonyukukun şimali Çinə axınları ilə başladı. Bu Göytürk-Tanq müharibəsinin müxtəlif səbəbləri var idi. Bunların əsasında Qapağan xaqanın dövləti gücləndirin böyütmə istəyi dururdu. Qapağan xaqanın bir qızını Vu Zetianın hakimiyyətdən uzaqlaşdırdığı Tanq xülaləsindən şahzadə ilə evləndirmək istəməsi, lakin Vu Zetianın bu istəyi geri çevirin, öz ailəsindən birini namizəd olaraq göndərməsi müharibə üçün yetərli bəhanəni yaratdı. == Döyüş == Edilən bir çox axından sonra 701 və 702-ci illərdə, yəni Kül Tigin 16 yaşında ikən, Göytürk ordusu şimali Şindəki Qansu bölgəsinin şimal-şəqinə axın təşkil etdi. Qumilyov ilə Giraudun bu hücumun Məvaraünnəhrə edildiyini irəli sürməsinə baxmayaraq, əksər tarixçilər hücum yerinin Qansu-Ordos bölgəsi olduğu fikirindədir. Bu hücuma Kül Tigin və Bilgə xaqan da qatılmışdılar. Orxon yazılarında Iduk Baş (Müqəddəs Yer) olaraq keçən yer də Göytürk ordusu Onq Tutuk komandanlığındakı 50 minlik Zhou ordusu ilə döyüşdü. Kül Tigin piyada olaraq döyüşdə iştirak etmiş və şəxsən Onq Tutukun qayınını öldürmüşdür.
Indri indr
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Indri
İndri (lat. Indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinə aid heyvan cinsi.
Menduk
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Viaduk
Viadúk (fr. viaduc; lat. via — yol, və duco — aparıram, sözlərindən əmələ gəlib) — yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusudu. Viaduklar, bir qayda olaraq, əhəmiyyətli uzunluğa və yüksək dirək elementlərinə malik olurlar; onlar torpaq tökümünün iqtisadi və ya texniki cəhətdən məqsədəuyğunlu olmadığı yerlərdə tikilir. Estakadadan fərqli olaraq, viaduka müxtəlif hündürlü dayaqlar və müxtəlif uzunluqlu gözlər xasdı. Vacib nəqliyyat kommunikasiyaları üzərində viadukların tikintisi Qədim Roma dövründən tətbiq edilir.
Vindhuk
Vindhuk (ing. Windhoek, afrik. Windhoek, alm. Windhuk‎) — Namibiya ən böyük şəhəri və paytaxtı. Namibiyanın iqtisadi, siyasi və inzibati mərkəsi. Əhalisi — 334 580 nəfər (2012-ci il).
İndau
İndau (lat. Eruca) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
İndeks
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. == Alınması == Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. == Fiziki xassələri == Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. == Kimyəvi xassələri == Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
İndium
İndium (In) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 49-cu element. 1863-cü ildə F. Reyx və T. İ. Rixter tərəfindən sfalerit (ZnS) mineralında spektral üsul ilə kəşf olunmuşdur. Onlar spektrdə Hindistandan gətirilmiş qədim boyaq indiqonun iki parlaq rəng xəttini aşkar etmişlər. Yeni element indium adlandırılmışdır. Gördüyümüz kimi onun adı dolayısı ilə Hindistan ilə əlaqədardır. Həmin kimyaçılar az miqdarda bəsit maddə — indium metalını da ayırmışdılar. İndiumun ekvivalentini müəyyən etdikdən sonra D. İ. Mendeleev inandırıcı olaraq sübut etdi ki, bu elementin yeri beşinci dövrdə və III qrupda və yaxın keçmişdə boş qalmış xanadadır. İndiumun başlıca nuklidi təbiətdə nisbi miqdarına görə 115In-dur (95.71%). Bu radionuklid nəhəng yarımparçalanma dövrünə malikdir: T1/2=4.4∙1014(440 trilion) il. Yer mövcud olduğu dövrdən onun cəmi 7∙10–4 % nüvəsi parçalanmışdır.
İndol
İndol (benzopirol, 2,3-benzpirol) - heterotsiklik qatılaşdırılmış aromatik birləşmədir, kələmi xatırladan qoxusu olan rəngsiz kristallar. == Tarixi == İndol nüvəsi bir çox biokimyəvi təbii birləşmələrə daxildir. Sərbəst halda, kömür qatranında və bəzi efir yağlarında, məsələn, jasmin yağında olur. indolun quruluşu 1869-cu ildə Bayer tərəfindən təklif edilmişdir. İndolun tədqiqi bitki boyası olan indiqonun tədqiqi ilə başladı. İzatini indiqodan oksidləşmə yolu ilə, sonra isə indoksilə almaq olar. 1866-cı ildə Adolf fon Bayer sink tozu ilə indoksili indola qədər azaldır. Bəzi indol törəmələri XIX əsrin sonlarına qədər boyalar kimi çox geniş istifadə edilmişdir. 1930-cu illərdə indol nüvəsinin bir çox mühüm alkaloidlərin molekullarına, triptofan amin turşusuna, auksinlərə və digər biokimyəvi əhəmiyyətli maddələrə daxil olduğu məlum olduqda, indola maraq yenidən artdı. Lakin bu gün də intensiv şəkildə öyrənilməkdə davam edir İndol öz adını "İndiqo" sözündən almışdır.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
IYDU
Beynəlxalq Gənc Demokrat İttifaqı (IYDU) sağ mərkəzçi siyasi gənclər təşkilatlarının qlobal alyansıdır. 1981-ci ildə yaradılmışdır. Sonradan isə 1991-ci ildə bərpa edilmişdir. IYDU-nun 80 ölkədən127 tam hüquqlu üzvü və müşahidəçi üzvləri vardır. İDU-Beynəlxalq Demokrat İttifaqının gənclər təşkilatları qoludur. IYDU-nun İnternet Arxivləşdirilib 2006-07-18 at the Wayback Machine səhifəsində təşkilatın aparıcı dəyərləri kimi demokratiya, insan hüquqlarına ehtiram və azad ticarət göstərilmişdir: IYDU hesab edir ki, hökumətin ən uzun müddətli forması tam məşğulluq vəziyyətində olan bir cəmiyyətdə möhkəm kökləri olan həqiqi demokratiya ola bilər. IYDU hesab edir ki qorxu və təqib olmadan, xüsusən də irqi, dini və ya cinsi əsaslara dayanaraq yaşamaq əsas insan hüququdur. Bu əsas azadlıq növü digər insan hüquqlarının mövcudluğunu təmin edən ilkin zəmindir. Qorxudan azad olmaq hissi mövcud olduqda, bütün fikirlər ifadə edilə bilir. Həqiqi demokratiya yalnız o halda inkişaf edir.
Nuuk
Nuuk, Qotxob (Nuk, dan. Nuuk və ya dan. Godthåb) — Danimarka Krallığı tərkibində Qrenlandiya özünü idarə ərazisinin şəhəri və paytaxtı. == Əhalisi == 2021-ci ilin yanvarına olan məlumata əsasən 18.800 nəfər əhalisi olan Nuuk Qrenlandiyanın ən böyük şəhəridir. Nuukun əhalisi 1977-ci ildən bəri iki dəfə, 1990-cı ildən bəri 1/3 qədər, 2000-ci ildən bu yana isə 21% artmışdır. 2015-ci il statistikasına görə, Qrenlandiyada doğulanlardan başqa, 3826 nəfər ölkədən kənarda doğulmuşdur. Yüksək məvacibli və cəlbedici iş imkanlarına görə danimarkalılar şəhərə köçməyə davam etmişlər. Hazırda Nuuk Qrenlandiyada danimarkalıların əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu şəhərdir. == İdman == Şəhərdə B-67 idman klubu və süni otla örtülmüş milli stadion vardır.
İnək
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Baduk gölləri
Baduk gölləri — Qaraçay-Çərkəz Respublikasında kaskad göllər. Üç göldən ibarət dağlıq Baduk gölləri Baduk çayı üzərində olub Qərbi Qafqazdakı Xajıbey və Baduk silsilələri arasında yerləşir. Bu üç göldən başaqa Baduk çayının yuxarı axarlarında, daha az tanınan və çatılması çətin olan başqa göllər də var. Aşağıda olan üç gölü bəzən Aşağı Baduk gölləri adlandırırlar. Yerli əhali isə çox vaxt bütün gölləri Baduklar adlandırır. Geoloji araşdırmalara görə göllər uçqun — bənd mənşəlidir. Göllərin təxmini yaşı 150–200 ildir. Göllər ətrafında şam və ağcaqayın meşəliklər var. Hər üç göl əsrarəngiz gözəlliyinə görə bölgədə məhşurdur. Göllər Teberdin qoruğunun ərazisində olmaqla qorunur.
Donduk Kuular
Donduk Kuular (tıva Куулар Дондук; 1888 – 1932) — Tıva dövlət və siyasət xadimi, Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin sədri. Tannı-Tıvanın 6-cı Baş naziri. Kuular Tıva bank sisteminin yaradıcılarından biri olub. == Həyatı == Şemi ərazisindən olan (indiki Tıvanın Dzun-Xemçik kojuunun Şemi kəndi) zəngin aratın oğlu idi. Urqadakı Buddist monastırında və Üstü Xuredə təhsil almışdır. (geşe elmi dərəcəsinə sahib idi, Yuxarı Çadanski xurasının aparıcı lamalarından biri idi). Yeni yaranan Tıva ziyalılarının orta rəhbərliyənə aid idi, ideyalarında köhnə mədəniyyət təcrübəsi ilə yeni zaman meyllərini birləşdirməyə çalışdı. == Müstəqil Tıva dövründə == 14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. == Formula 1 == === 2008. Komandanın debüt mövsümü === Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. === McLaren Mercedes ilə əməkdaşlıq === 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10].
Index Kewensis
Índex Kewénsis (qısaca IK, ing. Kew Index) — 1893-cü ildə Cozef Huker tərəfindən əsası qoyulmuş və indiyə qədər Kyu kral botanika bağları (İngiltərə) tərəfindən nəşr olunan botanik adlandırma məlumat kitabçası.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Indri brevicaudatus
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Indri niger
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.