Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lineynıy adası
Lineynıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 qərbdə Slitıy adası yerləşir. == Təsviri == Ensiz formaya malikdir, cənub-şərqdən şimal-qərbə uzanır. Dili xatırladır. Uzunluğu 2 km, eni 300 m təşkil edir. Yüksəklik yoxdur. Gölə sahib deyildir.
Zmeynıy adası
Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı.
Dəniz inəyi
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Sara Neyni
Sara Neyni (23 iyul 1981, Şiraz) — İranlı müğənni və bəstəkar. Sara Neyni 23 iyul 1981-ci ildə Şirazda anadan olub. Əlirza Əsər, Məhəmməd İsfahani və Homayun Şəcəryan kimi müğənnilərlə işləmə təcrübəsi var.