Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.196 nəfər yaşayır (221 ailə).
Əl-Aməl Əl-İştiraki (qəzet)
"Əl Aməl Əl İştiraki" (ərəb. الامل الاشتراكي‎) — həftəlik qəzet. "Sosialist fəhlə" mənasını verən “Əl Aməl Əl İştiraki” qəzeti ərəbcə həftəlik qəzet olub, təsisçisi Rəcəb Tulfah Əl Cümeyli, məsul baş yazarı Dr. Xəlil Əlabbas idi. Redaksiyası Kərkükdə xalq çalışmaları milli təşkilatında (Əl Munazzamat Əl Vataniyyə Əl Aməl Əl Şəbi) yerləşirdi. Bircə sayı 1963-cü il iyulun 6-sı nəşr edilmiş bu qəzet 12 səhifəlik olub Kərkük bələdiyyə mətbəəsində nəşr edilib.
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı — Efiopiya–Eritreya müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi məsləhətçilərinin, həm Eritreya Silahlı Qüvvələri, həm də Efiopiya Silahlı Qüvvələrinin tabeliyində olan ukraynalı muzdluların fəaliyyəti . 1998-ci ilin mayında Eritreya ilə Efiopiya arasında ərazi mübahisəsi zəminində silahlı münaqişə baş tutmuşdur. Qarşıdurma həm də etnik mənbəyə malik idi. Toqquşmalar sərhəddəki insidentdən sonra başlamış, ardınca Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray və Afar vilayətlərinin ərazisinə daxil olmuşdu. Rusiya ordusuna güvənən efiopiyalılardan fərqli olaraq, eritreyalılar Ukraynanın hərbi-texniki dəstəyinə müraciət etmişdilər. Artıq yayda Kiyev–Əsməra hava körpüsü təşkil edilmişdi. Elə həmin il bir qrup eritreyalı pilot Ukraynanın təlim mərkəzlərində yeni avadanlıqlar üçün sürətləndirilmiş yenidən hazırlıq kursu keçmişdi. Ukrayna və Bolqarıstan texniki işçiləri Eritreya Hərbi Hava Qüvvələrinə xidmət etmək üçün ölkəyə gəlmişdilər. Ukraynalılar təlimatçı pilot kimi də fəaliyyət göstərirdilər. Eyni zamanda, üçüncü dövlətlər tərəfindən Eritreyaya verilən silah və hərbi texnikanın daşınması ilə də məşğul olurdular.
İran-İraq müharibəsində ermənilərin iştirakı
İran–İraq müharibəsində ermənilərin iştirakı (fars. ارمنی‌ها در جنگ ایران و عراق‎; erm. Հայերը Իրանա-իրաքյան պատերազմում) — 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi dövründə əsasən İran tərəfdən iştirak etmiş ermənilərin sözügedən müharibədəki fəaliyyətini əks etdirməkdədir. İran erməniləri İranda yaşayan ikinci ən böyük qeyri-müsəlman icmadır. Ölkədə yaşayan 400 minlik bəhai icmasından sonra sayları təxminən 70–100 min arasında dəyişən iran erməniləri əsasən ölkənin mərkəzi ostanlarında və xüsusi ilə Tehran şəhərində yaşamaqdadırlar. 1980-ci ildə Səddam Hüseyn rəhbərliyindəki İraqın İranda baş vermiş İran İslam İnqilabından sonra İrana hücum etməsi və səkkiz davam edən müharibə İranda 188 min əsgər və mülkü şəxsin ölümü ilə nəticələnmişdir. Həlak olan şəxslər arasında ölkənin əksəriyyətini təşkil edən müsəlmanlardan əlavə qeyri-müsəlman icmaların nümayəndələri də vardı. 1980-ci ilin sentyabr ayında İraqın İrana hücumu ilə başlayan və səkkiz il davam edən İran-İraq müharibəsi ölkədə yüz minlərlə insanın cəbhələrə səfərbər edilməsi və bir o qədərdə şəxsin könüllü olaraq döyüşlərə qatılması ilə nəticələnmişdir. İranda sonuncu şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinə qarşı başladılan İran İslam İnqilabı zamanı ölkənin erməni, zərdüşt və assuriyalı icmaları əvvəlcə tərəfsiz mövqe tutmağa çalışsalar da, zamanla üstünlüyün inqilabçıların əlinə keçdiyini görüb onlara yaxın maraqlardan çıxış etməyə başlamışdılar. 1981-ci ildə İsfahan şəhərində yerləşən erməni məhəlləsi Yeni Culfadakı kilsənin baş rahibi, eyni zamanda iran ermənilərinin mənəvi dini rəhbəri hesab olunan Koriyon Papyan öz çıxışlarında İranın müdafiəsi məqsədilə düşmənə qarşı mübarizə aparmağın əhəmiyyətindən danışmağa başlamış və zamanla İranı sözügedən müharibədə dəstəkləyən əsas qeyri-müsəlman dini icma rəhbərlərindən birinə çevrilmişdir.
İran–İraq müharibəsində ermənilərin iştirakı

Rus-türk müharibələrində ermənilərin iştirakı (kitab)
Kitab AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. "Azərbaycanlıların soyqırımı haqqında" Respublika prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı əsasında hazırlanmışdır. Elmi məsləhətçi: Yaqub Mahmudov əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Redaktorları: Cəbi Bəhramov (t.ü. fəlsəfə doktoru) Hacı Həsənov (t.ü. fəlsəfə doktoru) Kitabda "Böyük Rusiya" uğrunda rusların, "Böyük Ermənistan" uğrunda ermənilərin birgə qüvvələrlə türk torpaqlarında apardıqları qanlı müharibələrdən, türklərə qarşı törətdikləri dəhşət və vəhşətlərdən bəhs edilir. Məmmədov İsrafil Süleyman oğlu. Rus-türk müharibələrində ermənilərin iştirakı. Səbəb və nəticələr. Баkı, "Elm və təhsil", 2011. – 272 səh.
Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.