Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toqo
Toqo — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir. Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir. Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var. Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var.
Toqo Heyhaçiro
Markiz Toqo Heyhaçiro (東郷 平八郎; 27 yanvar 1848 – 30 may 1934[…], Banço[d], Tokio) — Yaponiya hərbi-dəniz zabiti, admiral və Yaponiya imperiyasının marşalı (21 aprel 1913-cü il), 1904–1905-ci illər rus-yapon müharibəsində Yaponiya birləşmiş donanmasının komandanı. Yapon admiralı Toqo hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz "Paniva" kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı.
Toqo Xeyxatiro

Toqo bayrağı
Toqo bayrağı — Toqonun Dövlət bayrağı
Xiyaxiro Toqo

Toqo Qırmızı Xaç Cəmiyyəti
Toqo Qırmızı Xaç Cəmiyyəti (ing. Togolese Red Cross) — 1959-cu ildə yaradılmışdır və baş qərargahı Toqonun Lome şəhərində yerləşir.
Toqo 2018 Qış Olimpiya Oyunlarında
Serbiya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 2 idman növündə 4 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Toqo «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır. Ölkəni təmsil etmək hüququ Appesiya Api Dipola məxsusdur. Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əsasən Toqo «A» kateqoriyası üzrə yarışlar üzrə 1 idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. İtotu:The Plant List saytında takson barədə məlumat.
Logo
Logo – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir; yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.
Loqo

TOGG
TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır. Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı. Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM (türk. Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.) quruldu. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir. 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı. TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu il tarixində təşkil edilən mətbuat konfransında təqdim edilmişdir. TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı.
Toqa
Toqa (lat. Toga, lat. tego – örtürəm) — Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş. Adətən ağ yun parçadan tikilirdi. Toqa böyük yun parçadan olub, dairəvi və ya oval şəkilə malikdir. Onun uzunluğu 6 m və daha artıq olub, dairəvi kənarı 2 m-ə çatır. Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.
İEOÖ
İnkişaf etməkdə olan ölkələr qısaca İEOÖ— bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır. İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.
Adi itotu
Adi itotu (lat. Marrubium vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇totu cinsinə aid bitki növü.
Hyoqo prefekturası
Hyoqo prefekturası (yap. 兵庫県 Hyōgo ken) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Itziar Ituño
İtsiar İtunyo Martines (18 iyun 1974) — baskmənşəli İspaniya aktrisası. O, ispan teleserialı olan Pul soyğununda (La casa de papel)dəki inspektor Rakel Murilyo roluna görə daha çox tanınır. == Erkən Həyatı == İtunyo 1974-cü il 18 iyunda Bassauridə doğulmuşdur. O, Bassauri Teatr məktəbində oxumuş, həmçinin Bask Ölkəsi Universitetindən şəhər-sənaye və siyasi sosiologiya fakültəsini bitirmişdir.
Kiçik itotu
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
İtalo-disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Balbo
İtalo Balbo (6 iyun 1896[…] – 28 iyun 1940[…], Tobruq[…]), İtaliya Hərbi Hava Qüvvələrinin marşalı (Maresciallo dell'Aria), Liviya general-qubernatoru, İtaliya Şimali Afrika Qüvvələrinin (Africa Settentrionale Italiana və ya ASI) baş komandanı və italyan diktatoru Benito Mussolininin "varisi" kimi təsvir edilmiş İtalyan faşist. Birinci Dünya Müharibəsində xidmət etdikdən sonra o, Ferrara regionunun aparıcı faşist təşkilatçısı olmuşdur. O, 1922-ci ildə Mussolini və faşistlərin hakimiyyətə gətirilməsinin dörd əsas memarından biri olmuşdur. O, 1926-cı ildə İtaliya Kral Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır və İtaliya aviasiyasının bütün dünyada populyarlığının təbliğində aparıcı rol oynamışdır. 1933-cü ildə İtaliya Liviyasına Liviya general-qubernatoru təyin edilmiş və İtaliyada onu əhatə edən gərginlikdən xilas olmaq üçün ömrünün qalan hissəsini burada keçirmişdir. Balbo, antisemit irqçi qanunlar qəbul edən Mussoliniyə və İtaliyanın nasist Almaniyası ilə ittifaqına qarşı çıxan yeganə faşist lideri olmuşdur. İtalo Balbo Misirin işğalının planlaşdırılması işindən məsul olan şəxs olmuşdur. İkinci dünya müharibəsi zamanı Marşal Balbo texnologiyanın döyüş meydanına təsirini müasirlərindən daha yaxşı qiymətləndirən bir italyan zabiti kimi tanınmışdır. O, İtaliyanın Şimali Afrikada yeganə müvəffəqiyyət şansının sürprizə əsaslanan sürətli hücumda olduğu qənaətində idi. O, hələ İtaliya müharibəyə girməzdən əvvəl Mussolini ilə görüşərək ona öz şübhələri haqqında məlumat vermişdir.
İtalo Disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Kalvino
İtalo Kalvino (15 oktyabr 1923 – 19 sentyabr 1985) - İtaliya yazıçısı.
İtalo Qariboldi
İtalo Qariboldi (20 aprel 1879 – 3 fevral 1970) İkinci dünya müharibəsindən əvvəl və müharibə ərzində İtaliya Kral Ordusunda xidmət etmiş ordu generalıdır. Stalinqrad döyüşü zamanı İtaliya qoşunlarına rəhbərlik etdiyi üçün Adolf Hitler tərəfindən Dəmir xaç ordeninin Cəngavər xaçı mükafatına layiq görülmüşdür. Qariboldi İtaliyanın Lombardiya vilayətinin Lodi şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsi başa çatdıqdan sonra o, ard-arda daha yüksək rütbələrə sahib olmuşdur. Qariboldi 1935-ci ildə İkinci İtaliya-Həbəşistan müharibəsinin şimal cəbhəsində mübarizə aparan 30-cu piyada diviziyasına rəhbərlik etməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu diviziya Eritreyada yerləşən I Ordu Korpusunun tərkibinə daxil idi. 1936-cı ilin may ayında İtaliya Efiopiyanı məğlub etdikdən sonra Eritreya, Həbəşistan və İtaliya Somalisi 1 iyun 1936-cı ildə İtalyan Şərqi Afrikası adı altında krallığın müstəmləkəsinə çevrildi. Qariboldi 1939-cu ildən 1941-ci ilə qədər Marşal İtalo Balbonun rəhbərliyi altında olan hərbi birləşmədə ordu komandiri vəzifəsində xidmət etmişdir. 1940-cı ilin iyun ayında İtaliya müharibəyə qoşulduqda Qariboldi Fransanın nəzarəti altında olan Tunislə sərhəddə yerləşən 5-ci Ordunun komandiri idi. O, bununla eyni vaxtda Liviyada dislokasiya olunmuş orduya da rəhbərlik edirdi.
Dioqo Jota
Dioqo Jota (4 dekabr 1996, Portu) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Tiaqo Alkantara
Tiaqo Alkantara (11 aprel 1991[…]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun ispan əsilli futbolçusu.
Tiaqo Silva
Tiaqo Fernando Penela Silva (28 mart 2000) — Portuqaliyalı futbolçu. Azərbaycan Premyer Liqasında "Zirə" klubunda qapıçı mövqeyində çıxış edir. == Klub karyerası == Tiaqo Silva Seyşalda anadan olub. Gənclik karyerasının böyük hissəsini "SL Benfika B" klubunda keçirib. Daha sonra "Vitoriya Quimaraeş B" klubunda inkişafını davam etdirib. 2018-ci ilin oktyabr ayında klubla müqavilə bağlayıb və 23 yaşadək komandasının heyətinə daxil edilib. 18 may 2019-cu ildə o, klubun əvəzedici komandasında "Portu B" komandasına qarşı oyunda debüt edib. 2023-cü ilin iyul ayında Tiaqo Silva "Zirə" ilə müqavilə imzalayıb.