Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sehun İbrahimzadə
Sehun Rafiq oğlu İbrahimzadə (28 yanvar 1997; Tatarlı, Şəmkir rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehun İbrahimzadə 1997-ci il yanvarın 28-də Şəmkir rayonunun Tatarlı kəndində anadan olub. 2003–2014-cü illərdə R. Gülməmmədov adına Tatarlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sehun İbrahimzadə 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sehun İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sehun İbrahimzadə oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Tatarlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Seyhun
Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra). == Təsvir == Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır. Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Mao Tsedun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. ÇXR-nın qurucusu Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib.
Şəhrun Yusifova
Şəhrun Yusifova (23 mart 1984) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Şəhrun Yusifova 1984-cü il martın 23-də anadan olub. == Karyerası == Şəhrun Yusifova 2005-ci ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatının bürünc, 2006-cı ildə Bonn şəhərində (Almaniya) baş tutan Avropa Çempionatının isə gümüş medalına sahib olub.
Aleksandr İşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Sehen xan
Sehen xan — türk, monqol və altay mifologiyasında müdriklik ilahı. Müdrikliyi və öyrətməyi təmsil edir. İnsanlara nəsihət edər verər və keçmişdə yaşanan hadisələri izah edir. == Etimologiya == (Çeç/Çes/Seh/Ses) kökündən törəmişdir. Yakutcada izah edən deməkdir. Çeçen sözü digər Türk dillərində natiq mənasını verər. Monqolcada Sehe (köhnə monqol Sekege) sözü zəka, anlayış, Çeçen/Sesen/Sise/Titen isə müdrik mənası daşıyır.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yuyçzülyü Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Şəhub Mürsəlov
Şəhub oğlu Mürsəlov (1896, Pensər, Lənkəran qəzası – 7 may 1943, İlski[d], Krasnodar diyarı) — talış əsilli Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Mürsəlov Şəhub Osman oğlu 1896-cı ildə Bakı quberniyasının Lənkəran qəzasının Pensər kəndində mülkədar, dövrünün xeyriyyəçisi Hacı Osmanın ailəsində anadan olub. Şəhubun atası Hacı Osman 1912-ci ildə Pensər kəndində yalnız dünyəvi elmlərin tədris edildiyi ilk məktəbi açır. Məktəb açılana qədər kənddə ancaq Hacı Osmanın atası Hacı Teymurun inşa etdirdiyi Hacı Teymur məscidinin nəzdində mədrəsə var idi. Sovet dövründə, 1930-cu illərdən məktəb "Sovet işçiləri məktəbi" kimi açıldı və artıq qızlar orada təhsil alırdılar. Mürsəlov atası tərəfindən yaradılmış bu məktəbi bitirib.Mürsəlov Bakı şəhərində Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsilini davam etdirdikdən sonra, Mürsəlov 1930-cu illərə qədər Astaranın mərkəzində o vaxtlar "Daş məktəbi" adlanan məktəbdə dərs deyirib. == Yaradıcılığı == 1920-ci illərdən milli diyarşünaslıq siyasəti dövrü başladı, talışlar üçün sosial və mədəni qurumlar yaradıldı və inkişaf etdirildi. Talışlar arasında savadsızlığı aradan qaldırmaq üçün 1928-ci ildə latın qrafikası əsasında talış dili əlifbası yaradıldı. Bu dövrdə talış dilində məktəblər açıldı, Lənkəran şəhərində Talış Pedaqoji Texnikumu təşkil edildi. Talış məktəblərində 6-cı sinfə qədər natamam orta təhsil üçün dərsliklər yazılırdı.
Şehu Abdullahi
Şehu Abdullahi (12 mart 1993-cü ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Bursaspor klubunda müdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçudur. == Klub karyerası == === Qadsiya === 2014-cü ilin iyul ayında Abdullahi $480,000 qarşılığında Kano Pillars klubundan Küveyt Premyer Liqası təmsilçilərindən olan Qadsiya klubuna transfer olmuşdur. Transferdən Abdullahi $330,000, Kano Pillars isə $150,000 gəlir əldə etmişdir. === Yuniao da Madeyra === 6 iyun 2015-ci ildə Şehu Primeyra liqa təmsilçilərindən olan Yuniao da Madeyra klubu ilə iki illik müqavilə imzalamışdır. === Anortosis Famaqusta === 2 sentyabr 2016-cı ildə Şehu Kipr təmsilçilərindən olan Anortosis Famaqusta klubu ilə iki illik müqavilə imzalamışdır. Transfer qiymətinin 20%-i digər Avropa ölkəsinə ödənmişdir. == Milli karyerası == 2014-cü ilin yanvar ayında komandanın baş məşqçisi Stefen Keşi Şehunu 2014 Afrika Millətlər Çempionatında iştirak etmək üçün Nigeriya milli futbol komandasına dəvət etmişdir. O, Zimbabve millisi ilə üçüncü yer uğrunda qarşılaşmada komandasının qələbə qolunu vurmuşdur.Şehu 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Nigeriya millisinin 35 nəfərlik heyətinə daxil edilmişdir.
Ryu Seun-Min
Ryu Seun-Min (5 avqust 1982) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ryu Seun-Min Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Ryu Seun-Min Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində gümüş medalın sahibi olub.