Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
Yeşim Ustaoğlu
Yeşim Ustaoğlu (18 noyabr 1960, Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi. 18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü.
İshaqlı (Vərziqan)
İshaqlı (fars. ايشقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (5 ailə).
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Yusif bəy Ustaclu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.