Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anna Karenina
Anna Karenina (roman)
Anna Karenina (roman)
Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir. Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır. == Məzmunu == Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı.
Anna Karenina (film, 1997)
Anna Karenina (ing. Anna Karenina) — 1997-ci ildə çəkilmiş amerikan filmi. == Məzmun == Rusiya, XIX əsrin sonları. Ailəli zadəgan Anna Karenina Moskvaya səfəri zamanı Aleksey Vronski ilə tanış olur və ona vurulur. Ancaq cəmiyyətin qınağından qorxan Anna ona rədd cavabı verir və Peterburqa gedir. Aleksey inadlı şəkildə ondan əl çəkmək istəmir və onunla Peterburqa gedir. Monoton gündəlik həyatdan qaçan Anna sonda Alekseyin sevgisini qəbul edir. Onların münasibətləri haqqında hamı xəbər tutur. Bundan sonra Anna israrla boşanmaq istəsə də Aleksey razı olmur. Vronski müharibəyə gedən zaman o ümidini tamamilə itirir.
Anna Karenina (film, 2012)
Anna Karenina (ing. Anna Karenina) — kinorejissor Co Raytın Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş filmi. Beynəlxalq kinopremyerası 2012-ci ildə olmuşdur. == Süjet == Filmin əsas süjeti evli xanım Anna Kareninanın gənc zabit qraf Vronskiyə olan faciəli sevgisi haqqında olan hekayədir.