Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faiq Quliyev (kardioloq)
Faiq Əlimuxtar oğlu Quliyev — Dosent == Həyatı == Faiq Əlimuxtar oğlu Quliyev 1984–87-ci illərdə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almış və 1988-ci ildə "Yeniyetmələrdə bronxoobstruktiv sindrom" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən o, Ə. Əlyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirsə İnstitutunun I Terapiya və funksional diaqnostika kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışır. 1989–93-cü illərdə institutun Urologiya və operativ nefrologiya kafedrasının doktoranturasında təhsilini davam etdirmişdir. O, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Latviya, Portuqaliya, Almaniya, İtaliyada keçirilən terapiya, kardiologiya və farmakoterapiya problemlərinə həsr olunan beynəlxalq konfranslarda iştirak etmişdir. F. Ə. Quliyev 150-dən artıq elmi məqalə, "Prostat vəzinin adenoması olan xəstələrdə mərkəzi və ağciyər hemodinamikası" monoqrafiyası və 10-dan artıq dərs vəsaitinin müəllifidir. O, eyni zamanda Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. Ümumdünya kardioloji cəmiyyətin konqresslərində 2006-cı ildə Barselona, 2008-ci ildə Buenos-Ayresdə və Avropa Kardioloji Cəmiyyətinin konqresslərində Münxendə (2004, 2008 illərdə), Stokholmda 2005-ci ildə, Vyanada 2007-ci ildə, Barselonada 2009-cu ildə iştirak edib. Avropa Kardiologiya Cəmiyyətinin və Türkiyə Kadioloji Cəmiyyətinin üzvüdür. 2007-ci ildə Milan şəhərində "Hipertension" konfransında "Angiotenzin II reseptorlarının blokatoru valsartanla arteriyal hipertoniyanın pilləvari müalicəsi" elmi məruzə ilə çıxış edib. 2008-ci ilin iyun ayında Berlin şəhərində "Hypertension" konfransında "Arterial hipertenziyalı xəstələrdə atorvastatinin endoteliy reseptorlarına təsiri və effekti" məruzə ilə çıxış edib.
Birinci Türk Dövlətləri Kardioloji Qurultayı
Birinci Türk Dövlətləri Kardioloji Qurultayı — kardiologiya sahəsində irəliləyişləri və problemləri müzakirə etmək üçün türkdilli xalqlardan alim və mütəxəssisləri bir araya toplayan beynəlxalq tədbir. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digərləri də daxil olmaqla türkdilli dövlətlərdən olan iştirakçılar arasında dialoq və bilik mübadiləsini asanlaşdırmaq məqsədilə təşkil edilib. Qurultayda kardiologiya sahəsində elmin ən son nailiyyətləri və ürək xəstəlikləri ilə bağlı aktual problemlər müzakirə edilmiş, müvafiq təkliflər hazırlanmışdır. == Qurultay == Birinci Türk Dövlətləri Kardioloji Qurultayı Gülnaz Dadaşovanın sədrliyi ilə Səhiyyə Nazirliyi və nazirliyin akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda keçirilib. Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Hersoqovina, Şimali Kipr Türk Respublikasından institut direktorları, professor-həkim heyəti də olmaqla ümumilikdə 1000-dən çox iştirakçı qatılmışdır. Qurultayda 8 sessiyada elmi müzakirələr aparılmış, satellit simpoziumlar keçirilmişdir. Qurultay çərçivəsində Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil edilib. "Ürək-damar xəsətliklərində kardiak görüntüləmə" kursu zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların effektivliyi və əhəmiyyəti interaktiv şəkildə müzakirə olunub. Xarici həkimlərin iştirakı ilə baş tutan "Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)" adlı kursda qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla bərpası, transkateter aorta qapağının implantasiyası (TAVI simulyasiyası) nümayiş olunub. Eyni zamanda, "Endovaskulyar anevrizmanin (EVAR) və torakal endovaskulyar anevrizmanın (TEVAR) bərpası və müalicəsi" kursunda bu əməliyyatlar barədə ətraflı məlumat verilərək, EVAR və TEVAR əməliyyatlarının simulyasiyası aparılıb.