Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764–1826) sahibkar idi. Anası Elizabet Renkin (1772–1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Xerardo Martino
Xerardo Martino (20 noyabr, 1962, Argentina) — futbolçu.
Kartin Xorni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Adrara San Martino
Adrara San Martino (it. Adrara San Martino, lombard lomb. Dréra) İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 1908 nəfərdir, əhalinin sıxlığı 152 nəfər / km²-dir. Sahəsi 12.53 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 00035. Turlu Müqəddəs Martin şəhərin hamisi sayılır. Şəhər Festivalı hər 11 noyabrda qeyd olunur. == Tarixi == Şəhərin tarixi orta əsrlərə gedib çıxır.
Çertoza-di-San-Martino
Çertoza di San Martino (it. Certosa di San Martino, müqəddəs Martinin kartezian monastırı) - Neapolda yerləşən keçmiş kartezian monastırı. Şəhərin tarixi mərkəzindən cənub-qərbdə, yüksək Vomero təpəsində yerləşir. Çertoza şəhərin istənilən nöqtəsindən görünür və əksinə oradan Neapol körfəzi və Vezuviyə görüntü açılır. Kartezian monastrının tikintisi 1368-ci ildə kraliça I Covannanın dövründə tamamlanmışdı. Turlu müqəddəs Martinin şərəfinə adlandırılıb. Monastırda XVI əsrdə və XVII əsrin birinci yarısında fəal şəkildə yenidən qurulma işləri aparılmışdır. Monastrın indiki şəkli neapolitan barokkosunun sayılıb seçilən nümunələrindən sayılır. Abidənin bu stili memar Kozimo Fanzaqo tərəfindən yaradılmışdır. XIX əsrin əvvəllərində fransızlar monastırı bağlamış və karzetian ordenini ləğv etmişdilər.
San Martino de Mondonedo bazilikası
San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir. Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur. İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır.