Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karusel əməliyyatı
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Karusel (seçkilər)
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Carousel
Carousel — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Saruşen
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Brusel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Aleksandr Katuşev
Aleksandr Katuşev (2 yanvar 1996) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Aleksandr Katuşev Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Aleksandr Katuşev 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.695 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu.
Carousel (qrup)
Carousel — 2015-ci ildə Latviyada qurulmuş Sabine Juqa və Markis Vasilyevskisdən ibarət musiqili duet. Onlar "That Night" mahnısı ilə Latviyanın Avroviziya üçün təşkil etdiyi milli seçim turu Supernova 2019-da qalib gələrək, Latviyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə ediblər.
Kartvel dilləri
Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir. Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir. Yalnız gürcü dilinin yazısı vardır.
Maqnus Karlsen
Maqnus Karlsen (30 noyabr 1990, Tönsberq[d], Norveç) — Norveç şahmatçısı, qrosmeyster (2004), 5 qat Dünya Şahmat Çempionu, 4 qat Dünya Sürətli Şahmat Çempionu, 6 qat Dünya Blitz Şahmat Çempionu. Karlsen 2011-ci il iyulun 1-dən FİDE-nin dünya şahmat reytinqində 1-ci yerdədir və dünyanın ən yüksək reytinqli oyunçusu kimi Harri Kasparovdan (255 ay) sonra ikincidir. Ən yüksək reytinqi 2882-dir, tarixdə ən yüksək reytinqdir. == Həyatı == Maqnus Karlsen 30 noyabr 1990-cı ildə Tonsberqdə anadan olub. 2008-ci ildə Veyk-an Zee və Linares turnirlərində ikinci yeri tutmaqla öz potensialını bir daha sübuta yetirib. Dünya reytinqində durmadan irəliləyir, hazırda "onluğun" 1-ci pilləsindədir.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Korsel (En)
Korsel (fr. Corcelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01119. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi.
Marsel (rayon)
Marsel (fr. Marseille) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Marsel. Rayon əhalisi 2006-cı ildə 1 029 736 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1532 nəf / km². Rayon ərazisi — 672 km².
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssam Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Marsel Efroimski
Marsel Efroimski (ivr. ‏מרסל אפרוימסקי‏‎; doğ. 13 fevral 1995, Kfar Saba, İsrail) — israilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2016). == Şahmat karyerası == Efroimskinin valideynləri İsrailə keçmiş Sovetlər ittifaqından köçüblər. Eforimski iki dəfə gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olub: 2007-ci ildə Kemerdə keçirilən 12 yaşadək şahmatçılar kateqoriyasında və 2009-cu ildə Antalyada keçirilən 14 yaşadək şahmatçılar kateqoriyasında. Eforimski 2009-cu ildə 14 yaşadək gənclər arasında Avropa çempionu olub. 2011-ci ildə 16 yaşadək gənclər arasında Avropa çempionatında Mariya Severina, Mariya Tançyura, Filiz Osmanoca və Amalya Aranas ilə 1–4-cü yerləri bölüşdürmüşdür. O, 2008 Drezden, 2010 Xanti-Mansi və 2012 İstanbul Şahmat Olimpiadalarında İsraili təmsil etmişdir. Efroimski, 2008-ci ildə qadınlar arasında FİDE ustası adına, 2011-ci ildə qadınlar arasında beynəlxalq usta adına və 2016-cı ildə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Marsel Efroimski.
Marsel Eme
Marsel Eme(fr. Marcel Aymé; 29 mart 1902[…] – 14 oktyabr 1967[…], Paris) — fransız yazıçı. == Həyatı == Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. "Vuivra" romanının mövzusu da elə Jura əyalətinin bir əfsanəsindən götürülüb. Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır. Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə "Adsız küçələr", 1933-cü ildə "Yaşıl madyan", 1934-cü ildə "Cırtdan", 1935-ci ildə "Alçaq ev", 1936-cı ildə "Surdin dəyirmanı" romanlarını, "Şəkilli quyu" adlı hekayələr kitabıın nəşr etdirib. 40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub.
Marsel Erdal
Marsel Erdal (1945) — Alman dilçisi və türkoloqu. Frankfurt-Maynda İohann Volfanq Hete adına universitetin türkologiya kafedrasının müdiridir. İstanbulda Robert kolleci bitirib.MDB-də yaşayan türklərin dilini, əsasən də Şor dilini öyrənir.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[…] – 12 fevral 1958[…]) — Fransa siyasətçisi, kommunist. == Həyatı == Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Marsel Kipaç
Marsel Kipaç (12 fevral, 1894 - 12 avqust, 1915) — Elektronika, maqnetizm, akustika, səs siqnallarının ötürülməsi sahələri üzrə xorvat ixtiraçı. == Haqqında == Marsel Krijevtsıda nüfuzlu Kipaç ailəsində anadan olmuşdur. Kipaç ailəsi Krijevtsıya XIX əsrin əvvəllərində gəlmiş və şəhərdə nüfuzlu ailəyə çevrilmişdir. O, Berlində iqtisadiyyat, Şarlottenburqda isə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 16 mart 1910-cu ildə Berlində 15 yaşlı oğlan - Marsel dəmir və ya maqnitik gücün köməyi olmadan şimalı göstərə bilən dəniz kompası hazırlamışdır. O, təkmilləşdirilmiş versiyanı 20 dekabr, 1911-ci ildə Londonda patentləşdirdi. Fransada o arabanın işıqlandırılması üçün dinamonu patentləşdirdi. Bu ixtira elektrik generatorun arabanın mexaniki sürücüsü ilə kombinəedilmiş versiyası idi. Onun "kiçik transformatoru" aşağı gərginlikdə "Kipaç-Veyland Sistemi" nə uyğun olaraq geniş tətbiq olundu. O elektrikin qidalandırma blokunu söndürməyi də patentləşdirib.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-cı dairəsi[d]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.