Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İvelin
İvelin (fr. Yvelines) — Fransanın şimali mərkəzində yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 76 .İnzibati mərkəzi — Versal. Əhalisi — 1 435 448 nəfər (departamentlər arasında 9-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 2284 km². Departamentin ərazisində Sena çayı axır. Departamentə 4 rayon, 39 kanton və 262 kommun daxildir. == Tarixi == İvelin — 1968-ci ildə Sena və Uaza ləğv edilmiş departamentlərin ərazisində yaradılmışdır.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Evelin Ebhomien
Evelin Ebhomien (1 yanvar 1981) — Nigeriyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nigeriyanı təmsil edir. Evelin Ebhomien 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evelin Vo
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır. Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Stefanie Kaelin
Stefanie Kaelin — 1995-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Stefanie Kaelin 1995-ci ildə anadan olmuşdur. == Karyerası == Stefanie Kaelin 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2011, 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Vəlin (Miyanə)
Vəlin (fars. وليين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (24 ailə).
Evelin Vonun biblioqrafiyası
İvlin Vo (1903-1966) — İngiltərə yazıçısı, jurnalist və tənqidçisi. O, ümumilikdə XX əsrin aparıcı ingilis yazıçılarından biri sayılırdı. == Romanları == “Samanlıqda məbəd” / ing. The Temple at Thatch, (1924 — 1925); "Tənəzzül və süqut" / ing. Decline and Fall, (1928); “Murdar bədənlər” / ing. Vile bodies, (1930); "Qara fitnəkar" / ing. Black Mischief, (1932); "Bir ovuc toz" / ing. A handful of dust, (1934); "Sensasiya" / ing. Scoop, (1938); "Bayraqları atın" / ing. Put out more flags, (1942); “Braydşedə qayıdış” / ing.
Gmelin
İohann Fridrix Gmelin (alm. Johann Friedrich Gmelin‎, 8 avqust 1748, Tübingen[d] – 1 noyabr 1804[…], Göttingen, Braunşveyq-Lüneburq elektoratlığı[d]) — alman bioloqu, zooloqu, kimyaçısı, Peterburq Elmlər Akademiyasının 1794-ci ildən xarici fəxri üzvü. == Həyatı == == Gmelinin şərəfinə adlandırmalar == Artemisia gmelinii Webb ex Stechm. — Gmelin yovşanı == Çap olunmuş işləri == lat. Onomatologia botanica complecta, 1772—1778 (в 10 частях, без фамилии автора) alm. Allgemeine Geschichte der Gifte‎, 2 тома, 1776—1777 alm. Allgemeine Geschichte der Pflanzengifte‎, 1777 alm. Allgemeine Geschichte der mineralischen Gifte‎, 1777 alm. Einleitung in die Chemie‎, 1780 alm. Grundriss der allgemeinen Chemie‎, 1789 alm.
Kelvin
1848- ci ildə ingilis fiziki Vilyam Tomson (Lord Kelvin) temperaturun yeni şkalasını yaradır. Bu şkala mütləq temperatur və ya Kelvin şkalası adlanır. Kelvin — K hərfi ilə göstərilən və intervalı, sıfır nöqtəsi olaraq mütləq sıfıra (–273.15°C) sahib temperatur ölçü vahidi. Mütləq sıfır temperatur adlanır. Kelvin şkalasında suyun qaynama temperaturu isə, 373 K-dir. Lord Kelvinin şərəfinə adlandırılmışdır. Mütləq temperatur vahididir. Selsi dərəcəsi sıfır nöqtəsini suyun donma nöqtəsi olaraq aldığından, 0°C 273,15 K'e bərabər olur. Bənzər şəkildə Selsi dərəcə olaraq ifadə edilən hər hansı bir istiliyi kelvinə çevirmək üçün üzərinə 273,15 əlavə olunur. Məsələn: 22°C = 22 + 273,15 = 295,15 K. BS-nin əsas vahidlərindən biridir.
Kovellin
Kovellin — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – tünd-göydən qarayadək, çox vaxt, xüsusilə nəm olduqda, əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozdan qarayadək; Parıltı – tutqun; qatran və yarımmetal parıltısından metal parıltısınadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,60–4,76; Sərtlik – 1,5–2,5; nazik təbəqələri əyilgəndir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – yarımkeçirici xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir hallarda; lövhəcik şəkilli; Mineral aqreqatları: yaxmalar, təbəqələr, toz şəkilli, his-, torpaq- və vərəqvari, bütov sıx kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik ekzogen mineraldır. Mis filizi, polimetal, kolçedan yataqlarının törəmə sülfidlərlə zənginləşmə zonaları üçün səciyyəvidir. Həm ilkin (xalkopirit, tetraedrit, tennantit, enargit və b.), həm də törəmə (bornit, xalkozin və b.) mis minerallarının dəyişilməsi zamanı əmələ gəlir. İlkin hidrotermal mineral kimi nadir hallarda bəzi sulfid yataqlarında qeyd edilir. Lavalarda da kovellinin nadir tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: xalkozin, xalkopirit, enargit, idait, bornit və b. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Syerra-de Famatina (Argentina); Mansfeld, Badenveyler (Almaniya); Vezuvi vulkanı, Kalabona (İtaliya); Karpuşin, Beryozov (Rusiya); Kavau ad.
Kremlin
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Gəlin
Gəlin - ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
"Evelina" münaqişəsi
"Evelina" münaqişəsi — "Evelina" gəmisinin daşnak-bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi. == Hadisələr == 1918-ci ilin martında Bakıda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Şəhərdə Azərbaycan hərbi qüvvələrinin zəif olduğunu yaxşı bilən Bakı Sovetinin rəhbərliyi, Stepan Şaumyan başda olmaqla, müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı. Bu məqsədlə zavod və mədənlərdə erməni və rus fəhlələri müxtəlif bəhanələrlə "Qırmızı ordu" sıralarına qəbul edilirdilər. Erməni Milli Şurası cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamaq üçün martın əvvəllərində "Erməni əsgərlərinə" müraciət etdi. Erməni milyonçusu Mantaşevin zavodları isə ermənilərin silah-sursat cəbbəxanası rolunu oynamağa başladı. İrandan və Orta Asiyadan Sovet hökumətinin adına göndərilən silahlar da ermənilərin əlinə keçdi. 1918-ci il martın 17-də qırğın törətmək üçün bəhanə yaratmaq məqsədilə "Müsavat" partiyası üzvlərinin və azərbaycanlı əsgərlərin-yunkerlərin olduğu "Avetik" gəmisi Şaumyanın əmri ilə atəşə tutuldu. Elə həmin gün B. Avakyan "Astoriya" mehmanxanasında Hərbi İnqilabi Komitə adından daşnaklara silah payladı. Martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Aleksandr Averin
Aleksandr Dmitriyeviç Averin 11 aprel 1954-cü il təvəllüdlü təqaüdçü Sovet velosipedçisidir. O, Azərbaycan velosiped məktəbinin yetirməsi, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və kubokunun 6 qat qalibidi. == Həyatı == 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib, və 17-ci yeri tutmuşdu. 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olub. 1980-ci ildə Averin mövsümündə yarışıb, lakin Moskva Olimpiadaları üçün seçilməyib. 1978-80-ci illərdə Tour de l'Avenir-də 1978 və 1979-cu illərdə xalların təsnifatını qazanaraq, 1979-cu ildə ikinci yerə yüksəlib. 1977 və 1979-cu illərdə Tour de France-ın Şərqi Avropadakı ekvivalentini 1977-ci ildə 21-ci və 1979-cu ildə 28-də bitirib. 1977-ci ildə Averin də Küba turunda ikinci yeri tutub. Onun oğlu Maksim Averin də velosipedçidi və Ukraynanı təmsil edib. 2011-ci ildə Trofeo Edildə ikinci yerə layiq görulub.
Aleksandr Karelin
Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996). Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir.
Balian İbelin
İbelinli Baliyan — səlibçi zadəgan. == Həyatı == Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.
Bencamin Edelin
Bencamin Edelin (23 fevral 1993) — Fransalılı peşəkar kişi trek velosipedçisi. Bencamin Edelin Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bencamin Edelin 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:01.967 saniyəlik nəticəsi ilə 6-cı yeri tutdu.
Corc Karlin
Corc Denis Patrik Karlin (ing. George Denis Patrick Carlin; 12 may 1937[…], Nyu-York, Nyu-York ştatı – 22 iyun 2008[…], Santa-Monika, Kaliforniya) — ABŞ əsilli komediyanın stend-ap janrında komik, aktyor, yazıçı, ssenarist, prodüser, dörd Qremmi və Mark Tven adına mükafatlarının sahibi.