Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Keql
Keql — sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Bir sıra standart keqllər vardır.
Keila şəlaləsi
Keila (est. Keila juga) − Estoniyanın şimal-qərbində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Keila rayonu ərazisindədir. Şəlalə Keila çayı üzərində yerləşir və Keila-Yoa qəsəbəsi yaxınlığındadır. Tallin şəhərindən 30 km qərbdə yerləşir. Keila şəlaləsinin hündürlüyü 6 metr, eni isə 70 metrdir. Keila böyüklüyünə görə ancaq Narva və Yaqala şəlalələrindən geri qalır. Şəlalənin suyu il boyu eyni deyil. Əsasən yaz aylarında, qar əridikdən sonra ən yüksək səviyyədə olur. Qış aylarında şəlalə qismən donur.
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.
Salvia regla
Salvia regla (lat. Salvia regla) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Kehra
Kehra (est. Kehra) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Fin körfəzinə tökülən Yaqala çayının ətrafında yerləşir. == Qalereya == == Web link == Kehra mõisa lehekülg Eesti mõisaportaalis Agnes Ojala: Kehra tüürib juba läbi elatud vaikelu poole, EPL, 31.
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. == Tarix == Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir. Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir. Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. == Arxeologiyası == 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Kesha
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
Kəhya
Kəhya (az.-əski. کهیا‎, fars. کهیا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 582 nəfər yaşayır (177 ailə).
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Keria
Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır. == Həyatı == Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur. == Karyerası == Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.
Kəhlan
Kəhlan (ərəb. كهلان‎) — qədim Yəməndə səbailərin əsas qəbilə konfederasiyalarından biri. Onlar Kəhlan bin Səba bin Yişcab bin Yarub bin Qəhtanın nəslindəndir.
Kegelia
Eleutheranthera (lat. Eleutheranthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Eleutheranthera ruderalis (Sw.) Sch.Bip. Eleutheranthera tenella (Kunth) H.Rob.