Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Backspace klavişi
Backspace klavişi-klaviaturada kursoru bir simvol sola hərəkət etdirən və bu zaman həmin simvolu silən klavişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş klavişi
Dönüş klavişi (en. Return key) – Apple klaviaturalarında: IBM klaviaturalarında və IBM-uyumlu klaviaturaların əksəriyyətindəki Enter klavişinə tam yuğun olan klaviş. Klavişin adı yazı makinasından alınıb, belə ki, orada bu klaviş çap mexanizminin karetini sətrin başlanğıcına döndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Enter klavişi
Enter klavişi, daxiletmə klavişi – kompüterə daxil edilən sətrin bitdiyini və ya komandanın başladılmasını bildirən klaviş. Belə klaviş, adətən, klaviaturanın əsas blokunda yerləşdirilir. IBM firmasının və onlarla uyumlu kompüterlərdə həmin klaviş, Enter kimi, Apple Macintosh klaviaturalarında isə Return kimi qeyd olunur. Enter klavişi əməliyyat sisteminə komandanın çalışdırılmasının gərəkliyini, mətn emalı proqramına isə abzasın sonunu göstərir. Macintosh klaviaturalarında və təkmilləşdirilmiş IBM klaviaturalarında rəqəm klaviaturası hissəsində daha bir Enter klavişi nəzərdə tutulub.
Escape klavişi
Escape klavişi – IBM PC/XT klaviaturasının sol yuxarı küncündə və ya orijinal IBM AT klaviaturasının sol yuxarı küncündə yerləşən klaviş; tətbiqi proqramlar və əməliyyat sistemləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bir çox tətbiqi proqramlarda Escape klavişi istifadəçini menyu strikturunun öndəki daha yüksək səviyyəsinə qaytarır və ya proqramdan çıxışı həyata keçirir. Digər proqramlarda Escape klavişi menyunu çağıra, iş rejimini dəyişə və ya əməliyyatı ləğv edə bilər. Apple firmasının kompüterlərinin ADB və Extended klaviaturalarında IBM firmasının kompüterləri ilə uyğunlaşmaq üçün sol yuxarı küncündə Esc klavişi var; o, Apple Macintosh kompüteri meynfreymlərlə birləşmək üçün istifadə edildikdə və ya onda MS-DOS proqramları çalışdıqda gərəkli olur.
Qısayol klavişi
Qısayol klavişi (shortcut,1. "Быстрая" клавиша,kısayol tuşu) – klaviaturada: ayrıca və ya başqa klavişlərlə birlikdə basıldıqda menyu bəndini seçən, yaxud müəyyən komandanı başladan klaviş, yaxud klavişlər kombinasiyası. Məsələn, mətn redaktorunda işləyərkən Ctrl + A kombinasiyası bütün mətni seçdirir. Bəzən belə klavişlər kombinasiyasını “qaynar” klavişlər, klaviatura qısaltmaları, “cəld” açarlar da adlandırırlar. Bax: ACCELERATOR KEY, HOT KEY. 2. Ярлык ~ kısayol ~ qısayol – obyektin, proqramın, yaxud komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl. “Əlverişsiz” yerlərdə saxlanılan proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların qısayolları yaradılır. İş masasındakı simgənin faylın özünə, yoxsa qısayoluna məxsus olmasını simgənin aşağısındakı kiçik oxa görə bilmək olur. Qısayol faylının ölçüsü, adətən, onlarla baytdan yüzlərlə baytadək ola bilir. Ayrıca fayl olduğundan qısayol faylı ilə bağlı hər hansı dəyişiklik onun göstərdiyi obyektin özünə təsir etmir.
Shift klavişi
Shift klavişi(Shift key,клавиша Shift,üst karakter tuşu)-başqa klavişlərin adi qiymətini dəyişən klaviş; bunun üçün hərf, yaxud rəqəm klavişini basarkən Shift klavişini basıb-saxlamaq gərəkdir. Shift klavişindən həmçinin standart olmayan işarələri almaq, yaxud xüsusi funksiyaları çalışdırmaq üçün istifadə olunur. Məsələn, IBM PC-uyumlu kompüterlərdə Shift + funksional klaviş kombinasiyası təkcə funksional klavişin özünü basdıqda çalışdırılan komandadan başqa komandanı göstərə bilər. İlk PC/XT klaviaturasında Shift klavişi yuxarıya yönəli oxla qeyd olunub. Başqa IBM klaviaturalarına həmin klaviş həm oxla, həm də Shift sözüylə qeyd oluna bilər.Shift düyməsinə aid klaviatura simvolu (ISO / IEC 9995 beynəlxalq standart seriyasında Level 2 Select düyməsi olaraq adlandırılan) ISO / IEC 9995–7-də simvol 1, ISO 7000-də "Avadanlıqlarda istifadə üçün qrafik simvollar" ISO-7000–251 simvolunun yönlü variant kimidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 774 s.
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Num Lock klavişi
Num Lock klavişi (ing. Num Lock key və ya ing. Numeric Lock key) — kompüterlərin klaviaturasında olan, rəqəm klaviaturasının ədədlərin daxil edilməsi və kursorun idarəolunması rejimləri arasında keçidi təmin edən düymə. Qoşulduqda rəqəm klavişləri ədələri daxil etmək üçün istifadə olunur, söndürüldükdə isə kursoru idarə etmək üçün.
Page Down klavişi
Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda uyumlu) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Page Up klavişi
Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş dürlü proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla uyarlı) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasındaəsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 627 s.
System Request klavişi
Sys Req klavişi(Sys Req key,клавиша Sys Req)-bəzi IBM və onunla uyumlu klaviaturalarda olan və klaviaturanı yenidən kökləməyə, yaxud bir seansdan başqasına keçməyə imkan verən klaviş. Adətən, Print Screen ilə eyni klavişdə yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 832 s.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Lalisa
Lalisa (albom)
Larisa
Larisa — Qadın adı. Larisa Xələfova — Aktrisa. Larisa Məmmədova — 20 yanvar şəhidi. Larisa Dolina — SSRİ və Rusiya estrada müğənnisi.Yaşayış məntəqələriLarisa (şəhər) — Yunanıstanda şəhər.
Achyrocline flavida
Achyrocline flavida (lat. Achyrocline flavida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Aglaia flavida
Aglaia flavida (lat. Aglaia flavida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineyadan Solomon adalarına qədər yayılmışdır.
Agrostis flavida
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Klavdiya Rot
Klavdiya Benedikta Rot (alm. Claudia Benedikta Roth‎; 15 may 1955[…], Ulm, Baden-Vürtemberq) — Almaniya siyasətçisi. O, 2004–2013-cü illərdə Yaşıllar Partiyasının həmsədri olmuşdur. O, hazırda Bundestaqın vitse-prezidentlərindən biridir. Rot eyni zamanda 2021-ci ildən kansler Olaf Şolts hökumətində Federal Hökumətin Mədəniyyət və Media üzrə Komissarıdır. == Həyatı == Klavdiya Benedikta Rot 15 may 1955-ci ildə Almaniyanın Ulm şəhərində anadan olmuşdur. O, Yaşıllar Partiyasının üzvüdür. Klavdiya Rot 2006-cı ildə Türkiyənin Diyarbəkir şəhərinə getmiş, bələdiyyə sədri Osman Baydəmirlə görüş keçirmişdir. Burada o, kürd münaqişəsinin həllinə demokratik yanaşma gözlədiyini bildirmişdir.
Flaviya Domisilla
Flaviya Domisilla (lat. Flavia Domitilla; bilinmir, Roma – ən tezi 95, bilinmir) — Roma zadəgan qadını. == Həyatı == Flaviya Domisilla Flavilər sülaləsindən idi. O, imperator Vespasianın nəvəsi, imperator Tit və Domisianın qardaşı qızı idi. Domisilla atası Tit Flavi ​​Sabinin vasitəsilə öz əmisioğlu konsul Tit Flavi ​​Klement ilə evlənmişdir. Tit Flavi Klementə "tanrısızlıq" ittihamı altında 95-ci ildə ölüm hökmü verilmiş, özü isə 96-cı ildə Pandateriya adasına sürgün edilmişdir. Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir. Svetoni sürgündən ümumiyyətlə bəhs etmir. Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.
Yuliya Flaviya
Yuliya Flaviya (lat. Iulia Flavia) — Flavilər sülaləsinin nümayəndəsi. İmperator Tit və Marsiya Furnillanın qızı olmuşdur. Onun doğulmasından az sonra valideynləri boşanmışdılar. 79-cu ildə Yuliyanın atası imperator olmuşdur. Tit Yulianı qardaşı Domisianla evləndirmək niyyətində idi, lakin o, bundan imtina etmişdir. O, 81-ci ildə növbəti il konsul olan, Tit Flavi Klementin qardaşı Tit Flavi ​​Sabin ilə evlənmişdir. 82-ci ildə Yuliyanın əri edam edilmişdir. Bundan sonra o, artıq imperator olan Domisianın məşuqəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Anthony A. Barrett (Hrsg.): Lives of the Caesars.
Germania Slavica
Germaniya Slavika (lat. Germania Slavica; mənası – "Slavyan Almaniyası") — 1950-ci illərdən bir tərəfdən Mərkəzi Avropada germanlar və slavyanların yaşadığı ərazilər arasında orta əsrlərdə mövcud olmuş dil sərhədi zonasını ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini.Germaniya Slavika I minilliyin sonundan bəri birlikdə vendlər adlanan slavyan tayfalarının yaşadığı yerdir. Şərqi Avropada germanların məskunlaşması zamanı slavyanlar german ekspansiyasına məruz qalmışdılar. Onlar son orta əsrlərin bu dövründə çox böyük sosial dəyişikliklərə, eləcə də alman köçkünlərinin axınına məruz qalmışdılar.
Germaniya Slavika
Germaniya Slavika (lat. Germania Slavica; mənası – "Slavyan Almaniyası") — 1950-ci illərdən bir tərəfdən Mərkəzi Avropada germanlar və slavyanların yaşadığı ərazilər arasında orta əsrlərdə mövcud olmuş dil sərhədi zonasını ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini.Germaniya Slavika I minilliyin sonundan bəri birlikdə vendlər adlanan slavyan tayfalarının yaşadığı yerdir. Şərqi Avropada germanların məskunlaşması zamanı slavyanlar german ekspansiyasına məruz qalmışdılar. Onlar son orta əsrlərin bu dövründə çox böyük sosial dəyişikliklərə, eləcə də alman köçkünlərinin axınına məruz qalmışdılar.
Riçard Klarida
Riçard Klarida (18 may 1957, Herrin[d], İllinoys) — 2018-ci ildən 2022-ci ilə qədər Federal Ehtiyat Sisteminin 21-ci vitse-prezidenti vəzifəsində çalışmış amerikalı iqtisadçı. FED-ə qoşulmazdan əvvəl Klarida həm özəl sektorda, həm də akademik sahədə çalışıb. O, Pacific Investment Management Company (PIMCO) şirkətində icraçı direktor və qlobal strateji məsləhətçi və Kolumbiya Universitetində iqtisadiyyat və beynəlxalq əlaqələr professoru olub. O, həmçinin prezident Corc Buşun dövründə Maliyyə Nazirliyinin iqtisadi siyasət üzrə köməkçisi vəzifəsində çalışıb, İqtisadi Siyasət üzrə Xəzinədarlıq katibinin keçmiş köməkçisidir və Xəzinədarlıq medalı laureatıdır. Klarida pul siyasəti və beynəlxalq iqtisadiyyatı dərindən bilən, hörmətli və təcrübəli iqtisadçı kimi qəbul edilir. O, bu mövzularda çoxsaylı akademik məqalələr və kitablar nəşr etdirib və pul siyasəti və makroiqtisadi təhlil sahəsində təcrübəsi ilə tanınır. FED-in sədr müavini vəzifəsində çalışdığı dövrdə Klarida pul siyasətinin müəyyən edilməsində və FED-in iqtisadiyyatla bağlı fikirlərinin ictimaiyyətə çatdırılmasında əsas rol oynamışdır. O, FED-in qiymət sabitliyini təşviq etmək və maksimum məşğulluğu dəstəkləmək üçün çevik inflyasiya hədəfləməsinin istifadəsini vurğulayan pul siyasətinə yanaşmasının güclü müdafiəçisi olmuş, həmçinin COVID-19 pandemiyası zamanı inflyasiyanın keçici olması nəzəriyyəsinin tərəfdarı idi. 2016-cı ildə o, öz musiqisi, sözləri və vokallarından ibarət 13 trekdən ibarət Time No Changes albomunu buraxdı.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.