Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klepetan və Malena
Klepetan və Malena— biri-birilərinə olan sevgi və sədaqətləri ilə Xorvatiyada məşhurlaşan bir cüt ağ leylək (Ciconia ciconia). 2001-2021-ci illər arasında Klepetan hər ilin yaz aylarında aldığı güllə yarası səbəbindən səyahət edə bilməyən Malena ilə cütləşmək üçün Cənubi Afrikadan Xorvatiyanın şərqindəki Slavonski Brod qəsəbəsinə gəlirmiş. 14 il aşiq olan bu iki quş, hər çoxalma mövsümündə bir yuvada yaşayırlar və 60-dan çox cücə yetişdirirlər. 7 iyul 2021-ci ildə qocalıq və təbii səbəblərdən Malena ölsə də Klepetan sağ qalır. == Hekayəsi == Xorvatiya ağ leyləklər üçün məşhur yuva yeridir. Ölkədə təxminən 1500 yuva quran cütlük yaşayır, bəzi kəndlərdə insanlardan daha çox leylək var. Xorvat qapıçı Stjepan Vokić 1993-cü ildə Malenanı balıq tutarkən tapdı. Leylək ovçular tərəfindən vurulmuşdu və bu səbəbdən uça bilmirdi. Vokiç Malenanı xilas etdi və onun baxıcısı oldu. 2001-ci ildə Vokiçin Klepetan adını verdiyi erkək leylək Malenanı ziyarət etməyə başladı.