Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kleoma
Bu fəsiləyə 150 növ birillik və çoxillik bitki aiddir.Onlar əsasən tropik və subtropik ərazilərdə geniş yayılmışdır.Bəzi növlər mülayim qurşaqlarda da bitir.Azərbaycanda quşayaq kleoma-C.Ornithopodioides,steven kleoması-C.steveniana növü bir çox ərazilərdə bitir.Dekorativ gülçülükdə tikanlı kleoma (C.Spinosa) növü geniş yayılmışdır.Bu kol bitkisinin hündürlüyü 130 sm-ə çatır,gülləri çəhrayı,bənövşəyi və ya yasəmən rənglidir,uzun erkəkcikləri olub,həşərat formasındadır.Hazırda gülçülükdə iki növündən istifadə olunur.Sort və hibridləri isə geniş yayılmışdır.Amerika kleoması (C.americana) gülçülükdə az istifadə olunur.Tikanlı kleoma növü hündürlüyünə və hamaşçiçəyinin formasına görə fərqlənir.Kleoma üçün mənənə təhlükəlidir,bu,cavan bitkilərə ziyan vura bilər.Kleoma qələmlə çoxaldılır.Torpağa əkildikdə bitkilər arasındakı məsafə 45 sm olmalıdır.Kleoma günəşli yerdə yaxşı bitir.Bitki hündür olduğuna görə qazonlarda tək-tək istifadə edilir. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine == İstinadlar == Kleoma:The Plant List saytında takson barədə məlumat.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Dilemma
Dilemma — İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət. == Növləri == Dilemmanın iki növü vardır: Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Əgər nəticədə şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə - qurucuya, inkar idilirsə - dağıdıcıya aiddir. Qurucu dilemmaya nümunə olaraq Y. Semyonovun "Baharın on yeddinci anı" kitabından əsərin baş qəhrəmanı Ştirlisin mühakiməsini verək: "Əgər Berlinə getsəm, məni gestapo həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm. Lakin mən Berlinə gedə bilmərəm, yaxud Moskvaya qayıda bilmərəm. Məni gestapo həbs edəcəkdir, yaxud tapşırığı yerinə yetirə bilməyəcəm". Gətirilən nümunədə alınan nəticə konkret deyil. Lakin belə bir qayda əsas tutulur ki, iki çətin vəziyyətdən ən az çətin olanı seçilir. Dağıdıcı dilemmada isə kiçik müqəddimələrdə verilmiş şərtlər, alternalar da, nəticə də inkar olunur. Məsələn: "Yetərincə vaxtım olarsa, ya kitab üzərində işləyəcəm, ya da səyahətə çıxacam".
Kalema
Kalema - Afrikanın qərb sahilboyunun çox yerində sakit havada bərk ləpədöyməyə deyilir. Güman olunur ki, belə ləpədöymənin səbəbi uzaqlarda – Atlantik okeanında şiddətli dalğalanmanın «əks-sədasıdır».
Müəmma
Müəmma — klassik Şərq ədəbiyyatında geniş yayılmış formalardandır. Müəmmanı "mənzum tapmaca" da adlandırırlar. Məlum olduğu kimi, müəmmalardan bir çoxu əbcəd hesabı əsasında yazılır. Belə ki, bəzən rəqəm söylənilir, onun müqabili olan hərf nəzərdə tutulur, bəzən də hərf söylənilir, onun müqabili olan rəqəm nəzərdə tutulur. Orta və Yaxın Şərq ədəbiyyatında İ.Nəsimi və M.Füzulinin müəmmaları daha məşhurdur. Müəmmalarda şair fikrini müxtəlif sözlər, təşbehlər, rəmzlər içərisində bir növ gizlədib ifadə edir. Müəmmalarda əsas fikri, mətləbi tapmaq üçün fikirləşmək lazımdır. Aşıq yaradıcılığında, xüsusən də deyişmələrdə müəmmalardan geniş istifadə olunmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Molla Cumanın müəmmaları məşhurdur. Ustadlar müəmmalardan müxtəlif məqsədlərlə, xüsusən də aşıq və sinədəftərlərlə deyişmə-qarşılaşma zamanı imtahan-sorğu vasitəsi kimi istifadə etmişlər.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. == Arxeologiyası == 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri.Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9. Robert W. Hefner; Muhammad Qasim Zaman, redaktorlarSchooling Islam: The culture and politics of modern Muslim education.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Müəmma filmi
Müəmma filmi — Kino janrlarından biridir. Bu janr detektiv və cinayət filmləri ilə sıx əlaqəlidir. Müəmma filmlərində dolaşıq situasiyalar yaranır, şübhə və sürpriz sonluq əsas süjet xəttini təşkil edir.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Cemma Skulme
Cemma Skulme (latış. Džemma Lija Skulme‎; d. 20 sentyabr 1925, Riqa, Latviya — ö. 9 noyabr 2019, Riqa, Latviya) — Sovet və Latviya rəssamı. Latviya SSR xalq artisti (1976). SSRİ dövlət mükafatı laureatı (1984). == Bioqrafiyası == Latviya Rəssamlıq Akademiyasının Rəssamlıq şöbəsini, İ. E. Repin rəssamlıq, heykəltaraşlıq və arxitektura İnstitutunun aspiranturasını bitirmişdir. 1956-cı ildən Latviya Rəssamlar İttifaqının üzvü, 1977-1982-ci illərdə sədr vəzifəsini icra edən, 1982-1992-ci illlərdə isə sədri olmuşdur. Cemma Skulmenin fərdi sərgiləri Rusiya, Avstriya, Almaniya, Kanada və ABŞ-da keçirilmişdir. Latviya SSR Ali sovetinin üzvü olmuşdur.
Cemma Çan
Cemma Çan (ing. Gemma Chan; 29 noyabr 1982, Sautark[d]) — İngiltərə aktrisası.
Jemma Brovnlov
Jemma Brovnlov (d. 14 noyabr 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Jemma Brovnlov, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Jemma Brovnlov, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Kemmu bərpası
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Lemmi Kilmister
Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı. == İlk dövrləri == 1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı. Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır. 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub. 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib. == Musiqi fəaliyyəti == === 1960-1970 === Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu. 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı.
Leyma Qbovi
Leyma Roberta Qbovi (ing. Leymah Roberta Gbowee; 1 fevral 1972-ci il, Liberiya) — liberiyalı sülh aktivisti, 2011-ci ildə "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" Elen Conson-Serlif və Tavakul Karman ilə birlikdə Nobel sülh mükafatı laureatçısı. == Bioqrafiya == Leyma Qbovi 1 fevral 1972-ci ildə mərkəzi Liberiyada anadan olub. 1989-cu ildən 1996-cı ilə qədər ölkədə xaosa səbəb olan Birinci Liberiya vətəndaş müharibəsi başlayanda o, 17 yaşında valideynləri və 3 bacısından ikisi ilə Monroviyada yaşayırdı. Müharibə qurtardıqdan sonra o, UNİCEF tərəfindən həyata keçirilən "İnsanları müharibə nəticəsində travma alanlara məsləhət verəcək sosial işçi olmağa hazırlamaq" adlı bir proqram haqqında öyrəndi. Qbovi bu haqda 2011-ci ildə xatirəsində yazırdı. O, üç aylıq bir təlim keçdi. O, müharibə illərində psixologiyanı öyrəndi və hərbi əməliyyatlarda iştirak edən uşaqlarla işlədi. Leyma Qbovi “yalnız analar cəmiyyətdə dəyişikliklər edə bilər” qənaətinə gəldi. O, özü altı uşaq anasıdır.
Qemma Beadsvort
Qemma Beadsvort (17 iyul 1987, Pert) — Avstraliyanı təmsil edən su poloçusu. Qemma Beadsvort, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Qemma Beadsvort, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Qemma Beadsvort, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Xulio İemma
Xulio İemma (31 iyul 1984) — Venesuelalı atıcı. Xulio İemma Venesuelanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xulio İemma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 612.7 xal toplayaraq 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Qemma Makkou
Gemma McCaw— (2 may 1990, Tauranqa (Yeni Zellandiya)) Yeni Zelandiyayın otüstü xokkeyçisi == Həyatı == Gemma McCaw Tauranqa'da doğulub. Mişel Flinnin ən kiçik övladı və yeganə qızıdır. Tauranqa Orta Məktəbində və Tauranqa Qızlar Kollecində oxuyub. Massey Universitetində idman elmini öyrənib. == Karyerası == Gemma McCaw 2008 Yay Olimpiya Oyunları və 2012 Yay Olimpiya Oyunları, 2010 və 2014-cü il Birlik Oyunları da daxil olmaqla, 2008-ci ildən Yeni Zelandiya Qadınlardan İbarət Otüstü Xokkey üzrə Milli komanda da mübarizə aparıb. 2009-cu ildə Qadınlararsı "İlin Gənc Oyunçusu" adına layiq görülüb. Həm 2012, həm də 2016-cı il Olimpiadalarında onun komandası Bürünc medal oyununda uduzub və dördüncü olub. 2016 Yay Olimpiya Oyunlarından sonra o, xokkeyə uzun müddət fasilə verib və daha sonra təqaüdə çıxmaq qərarına gəlib. 2019-cu ilin noyabrında təqaüdə çıxıb. Gemma McCaw 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yenidən yarışmaq niyyətində olub.
On üç müəmma
On üç müəmma ilk dəfə 1932-ci ildə Böyük Britaniyada müəllifi Aqata Kristi olmaqla Collins Crime Club tərəfindən nəşr olunmuş detektiv hekayələr toplusudur. ABŞ-da toplu 1933-cü ildə Dodd, Mead and Company tərəfindən The Tuesday Club Murders adı ilə nəşr edilmişdir. Kolleksiyaya on üç hekayə daxildir ki, onların hər biri Miss Marplın qonaqlarından birinin “anlatdığı” detektiv hekayəsidir. Qalan qonaqlar sirri həll etməyə və cinayətkarın adını çəkməyə dəvət olunur. == Klub Üzvləri == Miss Marple - əyri , həvəskar detektivRaymond West - Miss Marplın qardaşı oğlu, gənc yazıçıCoys Lamprier - rəssam, Raymondun sevgilisiSer Henry Clittering - Scotland Yardın keçmiş komissarıDoktor Pender - qoca kahinCənab Peterik - yerli hüquqşünasBir il sonra kluba daxildir: Polkovnik BantriDolli Bantri - Polkovnikin arvadıJane Helier - aktrisaDr Lloyd == Süjetləri xülasəsi == "Çərşənbə axşamı" klubu Ser Henrinin hekayəsi. Üç nəfər - evli cütlük və arvadın yoldaşı - şam yeməyinə otururlar. Nahardan sonra hamı özünü pis hiss edir, amma sonda arvad ölür. Ölüm səbəbi naharda verilən konservlərin tərkibində olan ptomain ilə zəhərlənmə olub. Xidmətçinin şəhadəti göstərir ki, ər arvadının ölümünü arzulayır. Polis cəsədi çıxarır və ölümün arsenik zəhərlənməsindən olduğunu müəyyən edir .
Sen-Kleman (Alye)
Sen-Kleman (fr. Saint-Clément) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03224. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 355 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 211 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 61.7%). Aktiv olan 140 nəfərdən 121 nəfər (63 kişi və 58 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. Aktiv olmayan 10 nəfər arasında şagird və ya tələbə, 35 nəfər təqaüdçü, 26 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Zaqornıye Kletya (Şaran)
Zaqornıye Kletya (başq. Загорные Клетья, rus. Загорные Клетья) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 23 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 18 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), ruslar (31%) üstünlük təşkil edir.
Bulbophyllum gemma-reginae
Bulbophyllum gemma-reginae (lat. Bulbophyllum gemma-reginae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Massimo D'Alema
Massimo D'Alema (tam adı: Massimo D'Alema, it. Massimo D'Alema; 20 aprel 1949[…], Roma) — İtaliya siyasətçisi, İtaliyanın 53-cü baş naziri (1998-2000). Sonralar 2006-2008-ci illərdə baş nazirin müavini və xarici işlər naziri kimi çalışmışdır. O, həmçinin jurnalistdir. Adı Massimo olduğuna, eləcə də İkinci Respublika dövründə solçu koalisiyalarda hakim mövqeyinə görə KİV-də onu Lider Maksimo (ing. Leader Maximo) da adlandırırdılar. İlk işlədiyi illərdə İtalyan Kommunist Partiyasının üzvü olmuşdur. O, həmçinin NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və İtaliyanın yeganə keçmiş kommunist baş naziridir. == Həyatı == Massimo D'Alema 20 aprel 1949-cu ildə Romada kommunist siyasətçi Cüzeppe D'Alemanın ailəsində anadan olmuşdur. Siena Universitetinin professoru Linda Giva ilə ailə həyatı qurmuşdur və Culiya və Françesko adlı iki övladı var.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. == Həyatı == O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu.Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı. Bir-birinin namusuna təcavüz etməkdə həddi-hüdudu aşan, buna təəssüflənməyən və bu səbəbdən parlər adlandırılan, dinsizlik və kafirlikdə məlum və məşhur olan Sarulu tayfasının adamlarından bəzilərinə seçmə əmirlik rütbələri verməklə hamısını öz tərəfinə çəkdi".1531-ci ildə Təbriz bəylərbəyi Üləma sultan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı.