Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Knifa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Knifa brevistylis
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Karl Knis
Karl Knis (alm. Karl Gustav Adolf Knies‎; 29 mart 1821[…], Marburq, Hessen – 3 avqust 1898[…], Heydelberq, Baden knyazlığı[d]) — Almaniya iqtisadçısı. == Həyatı == == Yaradıcılığı == 1853-cü ildə Marburq, Freyburq və Heydelberq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K. Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885–86-cı illər) əsəridir. Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu. Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Tarix məktəbi Fridrix Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Nisa Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisa (Türkmənistan)
Nisa (həmçinin Parthaunisa ), Türkmənistanın Aşqabad vilayətinin 18 km cənub-qərbində yerləşən Bagır kəndi yaxınlığında salınmış qədim bir şəhərdir. Nisa Parfiya mərkəzi administrasiyasının ilk mərkəzi kimi qəbul edilir. Şəhərin əsasının I Arşak (e.ə. 250-ci illərdə hakimiyyətdə olmuşdur) tərəfindən qoyulduğu qəbul edilir. Nisadakı qalanın tikilmə məqsədi dəqiq olaraq məlum olmasa da, onun nekropol kimi istifadə edildiyi təxmin edilir. Nisa ərazisində aparılmış olan arxeoloji qazıntılar zamanı mühüm tikililər, türbələr və məbədlər, çox sayda yazılı sənədlər və talan edilmiş xəzinə aşkar edilmişdir. Bir çox Hellenistik sənət əsərləri ilə yanaşı, fars süjetləri (İran ədəbiyyatının və mədəniyyətinin müxtəlif mövzuları) və ya klassik mifoloji səhnələrlə bəzədilmiş çox sayda fil sümüyündən hazırlanmış ritonlar və sikkələr aşkar edilmişdir. Nisanın adı daha sonralar Parfiya hökmdarı olan I Mitridat (e.ə. 171 - e.ə. 138) tərəfindən Mitradatkirt ("Mitridat qalası") olaraq dəyişdirilmişdir.
Nişa Yontararak
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Nişa Tulu xaqan
Nişa Tulu xaqan (əsl adı - Aşina Nişu 阿史那泥孰, taxt adı - Tulu xaqan, tam titulu və adı - 吞阿娄拔奚利邲咄陆可汗) — Qərbi Göytürk dövlətinin VIII xaqanı. 631-ci ildə Qaraşəhrə qaçmışdı. Si Yabqunun taxtdan endirilməsindən sonra, Nuşibilər tərəfindən xaqan elan edilmişdi. Atası Yanq Soux Teginin beşinci oğlu Bağa Şad idi. Tan sülaləsi tərəfindən xaqan kimi tanınmışdı, sonrakı il xəstələnərək öldü. İrbis İşbara Yabqu xaqanın atasıdır.
ANİİA
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Fəaliyyəti == Assosiasiya Azərbaycan narının yerli və xarici bazarlara mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, xammal təchizatı sahələrində və ixracının təşviq edilməsi istiqamətində fəaliyyət və xidmət göstərir. ANİİA 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilmişdir. == Rəhbərlik == Assosiasiyaya rəhbərliyi sədr edir. İlk sədri Fərhad Qaraşov olmuşdur.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Edişa
Edişə (Cəlilabad)
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i dəricə, 27%-i puştuca, 17%-i isə paşayi dilində danışır.
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Kniffa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.
Knoss
Knoss və ya Knos (yun. Κνωσός, lat. Cnossus, minoy dilində orijinal adı – KA-NU-TI) — Krit adasında, müasir İraklion yaxınlığında, şimal sahilində, dənizdən 4 km məsafədə, qədim zamanlarda iki limanı olan qədim şəhər. Minoy sivilizasiyası dövründə adanın əsas şəhəri Fest və Maliya ilə birlikdə onun mədəni və siyasi mərkəzlərindən biri idi. Knoss özünün çiçəklənməsi və gücü dövründə bütün Aralıq dənizinin ən nüfuzlu şəhərlərindən biri idi. Minoy dövründə Knoss öz sarayı ilə bəşər tarixində çoxmərtəbəli binalar, təbii və süni işıqlandırma, santexnika və kanalizasiya, ventilyasiya, istilik və asfalt yollar kimi mühəndislik və memarlıq nailiyyətlərindən istifadənin ilk nümunələrindən birini təmsil etmişdir. Miken sivilizasiyası zamanı Axeya yunanlarının hakimiyyəti altına düşmüşdür. Knossun dramatik ölümü bütün minoy sivilizasiyasının tədricən tənəzzülünə səbəb olmuşdur. Yunan mifologiyasında Knoss əfsanəvi Krit padşahı Minosun adı ilə əlaqələndirilir. Rəvayətə görə, yaxınlıqda Minotavrın həbs olunduğu Dedal labirinti var idi.
Alisa (Alisa möcüzələr ölkəsində)
Alisa və ya Elis – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanıdır. Personajın prototipi Alisa Plezens Liddell (ing. Alice Pleasance Liddell) adlı şəxsdir.