Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Qurdabənzər korilan
Qurdabənzər korilan (lat. Typhlops vermicularis) — Kor ilanlar cinsinə aid ilan növü. Kiçik ilandır və 38 sm uzunluğa malik olur. Xariçi görünüşündən qurdu xatırladır. Quyruğu çox qısa olur. Üzəri çox hamardır. Yuxarı hissəsi qəhvəyi və ya qırmızı-bənövşəyi, quyruğu isə nisbətən tünddür. Qarın nahiyəsi nisbətən açıqdır. Onlara Balkan yarımadası, Kiçik Asiya, Suriya, Qafqaz, Orta Asiya İran və Əfqanıstanda rast gəlinir. Qurdabənzər korilan daşlıq və kserofit bitkilərin yayıldığı ərazilərdə rast gəlinir.
Kiçik Kovlar
Kiçik Kovlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Kəvilan (Soyuqbulaq)
Aşağı Kəvilan (fars. كاولان سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 378 nəfər yaşayır (63 ailə).
Yuxarı Kəvilan (Soyuqbulaq)
Yuxarı Kəvilan (fars. كاولان عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (31 ailə).
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. == Yerləşməsi == Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir.