Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.
Aymani Kadırova məscidi
Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır. == Tikinti == Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı. == Açılışı == Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı. Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı.