Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Kolosov adaları
Kolosov adaları — Şimal Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında qərarlaşır. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Blizkiy adası 8,2 km şimal-şərqdə, Bazovıy adası 2,7 km şərqdə və Pustoy adasından 9 km şmalda yerləşir. Arxipelaqa daxil adalar arasında 500 m məsafə vardır. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 750 m uzunluğa malikdir. Sahilləri sıldırımlıdırc. Ada alcaqboylu otlarla örtülü tundra bitkiləri ilə örtülü olur.
Dimitrios Kolovos
Dimitrios Kolovos (1940, Afina) — Yunanıstanlı keçmiş üzgüçü. Dimitrios Kolovos Yunanıstanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dimitrios Kolovos birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:13.8 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kolokol adası
Kolokol adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 5,9 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Krayniy adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 500 m və 650 m). == Təsviri == Uzunluğu bir km-dən çox, eni isə 250 metr təşkil edir. Adanı ilk kəşf edənlər onu iri kilsə zənginə bənzətdiyindən bu cür adlandırmışlar. Cənubunda elədə böyük olmayan göl vardır.
Qavriil Kolesov
Qavriil Qavriloviç Kolesov (rus. Гаврил (Гавриил) Гаврильевич Колесов, saxa Гавриил Гаврилович Колесов; 8 mart 1932, Meqino-Xanqalas ulusu, Yakutiya MSSR – 31 avqust 1997) — Yakutiya aktyoru və yazıçı. RSFSR-in əməkdar artisti (1982), Yakutiya ASSR xalq artisti (1971). Qavriil Kolesov 1932-ci il 8 martda Yakutiyanın Meqino-Xanqalas ulusunun 2-ci Batarinski qəsəbəsində anadan olmuşdur. Atası kolxozçu olmuşdur, məktəb yaşına çatmamış xalq mahnıları və nağıllara maraq göstərməyə başlamışdır. Olonqoları dinləyərək, hekayələr və mahnıları əzbərləyirdi. 1950-ci ildə on səkkiz yaşında Yakutsk Radio Komitəsinin xoruna qəbul edildi. 1954-cü ildə Platon Oyunskinin “Nurgün Bootur Stremitelni" olonqosunu ilk dəfə ifa etdi. 1957-1997-ci illərdə P. A. Oyunskinin adına Yakutiya Dram Teatrında artist kimi çalışmışdır. Drama və musiqili tamaşalarda bir sıra yadda qalan obrazları yaratmışdır.
Qavril Kolesov
Qavril Qavrilov Kolesov — Rusiyanın dama ustası, 64 xanalı dama üzrə ixtisaslaşmış mütəxəsis. Kişilər arasında Rus və Braziliya daması üzrə dünya çempionu. 2010-cu ildə kişilər arasında Rus daması və bliz növü üzrə avropa çempionudur. Dəfələrlə kişilər arasında rus daması üzrə Rusiya çempionu, Dama üzrə Rusiya və dünya qrossmeysteri. Qavril Kolesov 7 sentyabr 1979 ildə Yakutiya MSSR Çurapçinski rayonu Dyabıla kəndində anadan olmuşdur. Artıq beş yaşından dama ilə məşğul olmağa başlayır. 1995 ildə D. P. Korkin adına respublika idman internat məktəbini bitirmişdir. 1996-cı ildə ilk dəfə olaraq Rus daması üzrə dünya çempionu olmuşdur. O, yakutlar arasında ilk beynəlxalq qrossmeysterdir. 2001-ci ildə Yakutiya Dövlət Universitetinin flialı olan Yakutiya pedoqojii instutunun Sosial müəllim fakultəsini bitirmişdir.
Rodoslu Kolossu
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Cerard Kloson
Cerard Kloson (ing. Sir Gerard Leslie Makins Clauson; 1891[…], London – 1974[…], Birləşmiş Krallıq) — Böyük Britaniya dövlət xadimi, diplomat, şərqşünas, Türk dilləri üzrə mütəxəssis. == Həyatı == Cerard Kloson 28 aprel 1891-ci ildə Londonda doğulmuşdur. Bir minbaşının oğludur. İton kollecindən sonra ali təhsilini Oksford Universitetinə bağlı Corpus Christi Collegedə almışdır. 1914-cü ildə buradan məzun olmuş və çox keçmədən əsgər olaraq qatıldığı I Dünya Savaşı boyunca Çanaqqala, Misir və İraqda orduda xidmət etmişdir. Savaşdan sonra 1919-cu ildə daxil olduğu Müstəmləkələr Nazirliyində 1951-ci ildə təqaüdə çıxıncaya qədər önəmli mövqelərə yüksəlmişdir. Əməkli olduqdan sonra isə özünü bütünlüklə elmi araşdırmalara vermək imkanı əldə edərək ən önəmli çalışmalarını bu dövrədə ortaya qoymuşdur. Cerard Kloson 1 may 1974-cü ildə Londonda vəfat etmişdir. == Əsərləri == G.Clauson, An Etymological Dictionary of Pre-13th-century Turkish 1972 G.Clauson 'Turkish and Mongolian Studies' 1962.
Koloss (personaj)
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır. "Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir. 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir. 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Rusiyada bir fermer ailəsində anadan olur.
Rodoslu Koloss
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Vaşinqton Koroso
Vaşinqton Brian Koroso Beserra (isp. Washington Bryan Corozo Becerra; 9 iyul 1998, Kevedo, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda hücumçu kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. Koroso peşəkar karyerasına İndependente del Vale klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Keunka klubuna qarşı oyunda etmişdir. Koroso ikinci hissədə Brian Kabesası əvəz etmişdir. Koroso ilk qolunu 20 iyul 2016-cı ildə İndependente klubu ilə El Nasyonal klubuna qarşı oyunda vurmuşdur. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Çili, Kolumbiya və Boliviya millilərinə qarşı oyunlarda Koroso dörd qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir.
Rodoslu Kolosun Heykəli
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.